Arxeologiya — Vikipediya
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Arxeologiya — Yunan sözləri olan αrxayos(qədim) və loqos(söz, elm) sözlərindən əmələ gələn düzəltmə sözdür. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir.
İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir.
Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür:
- Əmək alətləri
- Silahlar
- Məişət əşyaları
- Dini-inanc xarakterli əşyalar
- Bəzək əşyaları
Arxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər,qayaüstü rəsmlər- petroqliflər aid edilir.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Azərbaycan Arxeologiya saytı Arxivləşdirilib 2011-06-15 at the Wayback Machine
- Arxeologiya və Etnoqrafiya İnstitutu
- arxeoloq.az
- Azərbaycan arxologiyası I cild,Baxşəliyev V.
- Azərbaycan arxologiyası, 6 cilddə: I cild (daş dövrü), VI cild (orta əsrlər). Bakı: Şərq-Qərb, 2008.
- Baxşəliyev V. Azərbaycan arxologiyası (ali məktəblər üçün vəsait), 6 cilddə. I cild. Bakı, 2006. Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine
- Göyüşov R. Azərbaycan arxeologiyası. Bakı: "İşıq" red., 186 səh.
Vikianbarda Arxeologiya ilə əlaqəli mediafayllar var.