Mehman Allahverdiyev — Vikipediya

Mehman Allahverdiyev
Ümumi məlumatlar
Tam adı Mehman Əhliman oğlu Allahverdiyev
Ləqəbi İmperator
Doğum tarixi (64 yaş)
Doğum yeri Gəncə şəhəri, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 172 sm
Çəkisi 70 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Vəzifəsi İcraçı direktor
Karyerası
Kəpəz PFK, Neftçi PFK
Klub karyerası[* 1]

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir.

2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb.

Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır. Mehman Allahverdiyev "Kəpəz" PFK-nun bütün uğurlarının banisidir. SSRİ dövründə uzun müddət "Neftçi" komandasında hücumçu mövqeyində oynayıb. SSR-i dövrünün ən sürətli hücumçusu seçilib. SSRİ-nin məşhur spikeri Nikolay Ozerov[ru] Allahverdiyin çox sürətli qaçmasına görə Qafqaz qaranquşu ləqəbini deyirdi ona. Qardaşı Füzuli Allahverdiyev isə Azərbaycan futbol tarixində bir klubun ən çox formasını geyinən futbolçu kimi tarixə düşüb. İmperatorun davamçısı isə doğma qardaşı oğlu Rəhman Allahverdiyevdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]