Valentin Xlıstov — Vikipediya

Valentin Xlıstov
rus. Валентин Хлыстов
Ümumi məlumatlar
Doğum tarixi 28 fevral 1927(1927-02-28)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 mart 2007(2007-03-08) (80 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1946—1955 SSRİ Neftyanik 162 (3)
Məşqçisi olduğu klublar
1959—1960 SSRİ Tekstilşik Kirovabad
1961 SSRİ Spartak Bakı
1962 SSRİ Neft Daşları
1973—1975 SSRİ Neftçi
1977—1978 SSRİ Araz-Naxçıvan
1979 SSRİ Avtomobilist Bakı
1980 SSRİ Avtomobilist Mingəçevir
Təltif və medalları

"Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı — 1991


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Valentin Stepanoviç Xlıstov (rus. Валентин Степанович Хлыстов; 28 fevral 1927, Bakı8 mart 2007, Moskva) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (1991).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Valentin Xlıstov 28 fevral 1927-ci ildə Bakıda rus ailəsində anadan olub. Valideynləri Rusiya imperiyasının Qars şəhərində (günümüzdə Türkiyə ərazisidir) anadan olublar. 1903-cü ildə ictimai-siyasi vəziyyət gərgin olduğundan Xlıstovlar Bakıya köçüblər.[2]

İkinci Dünya müharibəsinin getdiyi bir dönəmdə — 1943-cü ildə futbol oynamağa başlayıb. Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin yetirməsidir. 1946-cı ildən "Neftyanik" komandasının üzvü olub. Klubun heyətində sol cinah müdafiəçisi mövqeyində çıxış edən Xlıstov, 1955-ci ildə Moskva "Torpedo"su ilə oyunda rəqib futbolçu ilə mübarizədə aldığı zədə səbəbindən karyerasını başa vurmalı olub. 1946 və 1955-ci illərdə formasını geyindiyi "Neftyanik" komandasının heyətində ümumilikdə 171 oyun keçirib, 3 qol vurub.[2]

Futbolçu karyerasını bitirdikdən sonra Moskvaya yollanaraq Ali Məşqçilər Məktəbində təhsil alır. Bakıya qayıtdıqdan sonra, 1958-ci ildə "Neftyanik"də məşqçi kimi çalışıb. Sonralar Azərbaycanın bir çox komandalarında baş məşqçi işləyib. Xlıstov uzun müddət Neftçi Olimpiya Ehtiyatları Uşaq və Gənclər Məktəbində çalışmış, onun direktoru olmuşdur.[3]

Valentin Xlıstov 2007-ci il martın 8-də Moskvada vəfat edib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Həmkarlar İttifaqları Şurası işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında". e-qanun.az.a. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.
  2. 1 2 "Valentin Xlıstov". neftchi.az. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.
  3. 1 2 "Valentin Xlıstov". neftchi.az. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]