III Çarlz — Vikipediya

III Çarlz
ing. Charles III, King of the United Kingdom
Prince Charles in Aotearoa (cropped).jpg
Vəzifədədir
8 Sentyabr 2022-ci ildən
Baş nazirLiz Trass
Rişi Sunak
ƏvvəlkiII Elizabet
Şəxsi məlumatlar
Doğum adı Prince Charles Philip Arthur George Mountbatten-Windsor
Doğum tarixi 14 noyabr 1948(1948-11-14)[1][2][…] (74 yaş)
Doğum yeri
Təhsili
Atası Filip Mauntbetten[4][5]
Anası II Elizabet
Həyat yoldaşları Şahzadə Diana
Kamilla Rozmari Şand
Uşaqları Şahzadə Uilyam
Şahzadə Harri
Hərbi xidmət
Mənsubiyyəti Böyük Britaniya Böyük Britaniya
Qoşun növü Britaniya Ordusu[d], Krallıq donanması
Rütbəsi feldmarşal[d]

İmzanın şəkli
royal.uk/the-king
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Çarlz və ya III Karl (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[1][2][…], Vestminster borosu, Böyük London[4]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləyən varis[6].

Həyatı[redaktə | mənbəni redaktə et]

Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə ElizabetEdinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), YunanıstanDanimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur[7]. Hökmdarın qızının övladı olduğuna görə Karla Britaniya şahzadəsi və Zati-aliləri titulları verilməmişdi. Əvəzində o, Meriones Qrafı titulunu (atasının ikinci titulu idi) götürəcəkdi. Lakin 22 oktyabr 1948-ci ildə VI Corc Şahzadə ElizabetEdinburq hersoqunun hər hansı övladına kral ailəsinin üzvü və şahzadə statusu hüququnun verilməsi haqqında sənəd hazırlatdı, bu isə Karlı doğuşdan kral ailəsinin şahzadəsi etdi.

Karlın üç yaşı olanda anasının Kraliça olması ilə o da II Elizabetin varisi oldu. Hökmdarın ən böyük oğlu olduğuna görə o, avtomatik olaraq Birləşmiş Krallığın vəliəhd şahzadəsi olmaqla yanaşı, həm də Kornuol Hersoqu, Rotsey Hersoqu, Kerrik Qrafı, Renfru Baronu, Adalar lordu və Şotlandiya Şahzadəsi oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Charles, prince of Wales // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. Charles Philip Arthur George Windsor, Prince of Wales // The Peerage (ing.).
  3. 1 2 HRH The Prince of Wales. // Clarence House.
  4. 1 2 3 https://www.princeofwales.gov.uk/biographies/hrh-prince-wales.
  5. Kindred Britain.
  6. 60 ildir, kral olmağı gözləyən şahzadə. lent.az Arxivləşdirilib 2011-04-23 at the Wayback Machine  (az.)
  7. "Yvonne's Royalty Home Page – Royal Christenings". Users.uniserve.com. 6 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 February 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]