Filip Devis — Vikipediya

Filip Edvard "Breyv" Devis
ing. Philip Edward "Brave" Davis
Baham Adaları Birliyinin Baş naziri
17 sentyabr 2021 – h.h
ƏvvəlkiHubert Minnis
Müxalifət lideri
19 may 2017 – 19 avqust 2021
ƏvvəlkiHubert Minnis
SonrakıHubert Minnis
Baş nazirin müavini
7 may 2012 – 11 may 2017
ƏvvəlkiBrent Simonett
SonrakıKevin Piter Ternkvest
Ket adası, Ram resifi və San Salvadordan millət vəkili
2 may 2002 – h.h
ƏvvəlkiCeyms Miller
Şəxsi məlumatlar
Doğum tarixi (72 yaş)
Doğum yeri Nassau, Baham adaları
Fəaliyyəti siyasətçi, vəkil
Həyat yoldaşı Enn-Mari Devis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filip Edvard "Breyv" Devis (ing. Philip Edward "Brave" Davis; 7 iyun 1951[1], Nassau) — 17 sentyabr 2021-ci ildən etibarən Baham Adaları Baş naziri, 2002-ci ilin may ayından etibarən isə Ket adası, Ram resifi və San Salvadordan millət vəkili olan bahamlı siyasətçi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Devis "Old Bight All Age School"-da oxuduğu Ket adasında qardaşı Elvin və babası ilə birlikdə yaşadı. Nassauya qayıtdıqdan sonra Şərq Məktəbi və Müqəddəs Con Kollecinə getdi. Kasıb ailədə böyüyən Devis qablaşdırma işi ilə məşğul olan müəssisə və inşaat sahəsində çalışdı.[2]

Devis Enn-Mari Devislə evlidir və altı övladı var. Anqlikandır. "Toastmasters Club 1600"-in üzvüdür və beysbol, voleybol və üzgüçülüklə məşğul olan idmançıdır.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Devis 2017-ci ilin oktyabrında partiyanın qurultayında seçildikdən sonra müxalifət lideri və Tərəqqi Liberal Partiyasının sədri seçildi. Partiya sədri seçilməzdən öncə, sədr tərəfindən təyin edilən sədr müavini idi. Perri Kristi 2012-ci il seçkilərində qalib gəldikdə 2017-ci ilə qədər xidmət etdiyi Baham Adaları Baş nazirinin müavini və İctimai İşlər və Şəhərsalma Naziri oldu.

2015-ci ildə Kraliçanın Müşavirliyinə üzv oldu.

İctimai İşlər və Şəhərsalma Naziri fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İctimai İşlər və Şəhərsalma Naziri olaraq Ailə adalarında və Yeni əyalətində təxminən 1.000 evə nəzarət etdi və orada yaşayan ailələri zəruri vasitələrlə təmin etdi, adalarda sanitar qovşağı və içməli su problemini aradan qaldırdı, əlavə olaraq yolların salınması üçün adalarda infrastruktur inkişafına nəzarət etdi. 1.000-dən çox ev sahibini əhatə edən və minlərlə ticarət işçisi üçün yeni iş yerləri təmin edən "Şəhər Yeniləmə, Kiçik Evlərin Təmiri Proqramı"nı qurdu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.bahamas.gov.bs/wps/portal/public/gov/government/contacts/directory%20of%20contacts/listed%20alphabetically/directory/the%20hon.%20philip%20e.%20brave%20davis/.
  2. "Arxivlənmiş surət". 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]