Azərbaycan–Başqırdıstan münasibətləri — Vikipediya

Azərbaycan-Başqırdıstan münasibətləri
 Azərbaycan  Başqırdıstan

Azərbaycan–Başqırdıstan münasibətləriAzərbaycan Respublikası ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Başqırdıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə həmin dövrdə əsasən əsasən neft sahəsində inkişaf etmişdir[1]. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Başqırdıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir.

Diaspora[redaktə | mənbəni redaktə et]

Başqırdıstan azərbaycanlıları[redaktə | mənbəni redaktə et]

Başqırdıstan Respublikasında Azərbaycan diasporu vardır[1]. Azərbaycanlı neft mütəxəssisləri XX əsrin 60-cı illərindən başlayaraq Başqırdıstanın neft emalı sahəsindəki kadrlarının yetişdirilməsində yaxından iştirak etmişlər[1].

2001-ci ilin fevral ayından[2] Ufada "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Başqırdıstan regional bölməsi fəaliyyət göstərirdi[3]. Sədri Mirzə Dadaşov idi[3]. ÜAK-ın Başqırdıstan üzrə regional bölməsi Rusiyanın "Xalq Cəbhəsi" partiyasının regional bölməsinə üzv olan ilk diaspor təşkilatıdır[4].

2012-ci ildə azərbaycanlılardan ibarət yerli "Araz" futbol komandası Başqırdıstan çempionu olmuşdur[4].

Ufadakı "Xəzər" restoranı Azərbaycan diasporunun humanitar və sosial problemlərin həlli ilə bağlı keçirilən görüşlərin mərkəzi kimi fəaliyyət göstərir[4].

2017-ci ilin yanvar ayında azərbaycanlı Fərhad Səmədov Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə baş nazirin müavini vəzifəsinə təyin olunmuşdur[5]. O, bu vəzifədə Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edir[5].

Təhsil sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

2017-ci ilin may ayında Azərbaycan Respublikası təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində olmuşlar[6]. Forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət UniversitetininUfa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış ediblər[6]. Daha sonra Mətin Eynullayev Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitov ilə görüşüb. Həmin görüşdə baş nazirin müavini S.Saqitov, Başqırdıstanın təhsil naziri Gulnaz Şafikova da iştirak ediblər[6]. Görüşdə Başqırdıstanın və Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub[6]. Nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin fəaliyyəti ilə tanış olmuş, Başqırdıstanda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilmişdir[6].

İqtisadi əlaqələr[redaktə | mənbəni redaktə et]

15 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Başqırdıstan Ticarət və Sənaye Palatası arasında "Əməkdaşlıq barədə Saziş" imzalanmışdır[7]. 17 dekabr 2014-cü ildə isə Başqırdıstan Respublikası Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyası, "AZPROMO" və Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu ilə ikitərəfli əməkdaşlıq razılaşmaları imzalanmışdır[8].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]