Azərbaycan–Türk Dövlətləri Təşkilatı münasibətləri — Vikipediya

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrin xəritəsi.

Azərbaycan–Türk Dövlətləri Təşkilatı münasibətləriTürk Dövlətləri Təşkilatı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər. Bu münasibətlər 2009-cu ildə başlamışdır və bu günə qədər davam edir. Azərbaycan təşkilatın təsisçi ölkələrindən biri hesab edilir.[1]

İdeoloji əhəmiyyət[redaktə | mənbəni redaktə et]

Azərbaycanın müstəqilliyi milli mənlik şüurunun yüksəlişi, türk köklərinə qayıdış, başqa ölkələrdən olan soydaşlara qovuşmaq istəyi ilə müşayiət olunmuşdu. Bunun nəticəsidir ki, qlobal dünya düzənində özünü tanıtmaq, dövlət ideologiyasını və legitimliyini gücləndirmək, yumşaq gücün xaricə proyeksiyası baxımından Azərbaycan üçün əvvəlcə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, sonra isə Türk Dövlətləri Təşkilatı həmişə həlledici rol oynamışdır.[2]

Siyasi əhəmiyyət[redaktə | mənbəni redaktə et]

Azərbaycan türk ölkələrinin mərkəzində yerləşir. Ölkə fiziki, tarixi və mədəni baxımdan özünü Türkiyə ilə Mərkəzi Asiya arasında körpü kimi görür. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycan beynəlxalq statusunu və əhəmiyyətini artırmaq üçün çoxsaylı təşkilat və platformalardan istifadə etməyə başlamışdır, Türk Dövlətləri Təşkilatı da bunlardan biridir. Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstan, QırğızıstanÖzbəkistanın daimi dəstəyi Azərbaycanın mövqeyi üçün həlledici rola malikdir.[2]

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistana qarşı Azərbaycanı dəstəklədiyini bəyan etmişdir.[3]

İqtisadi əhəmiyyət[redaktə | mənbəni redaktə et]

Azərbaycanın iqtisadiyyatı əhəmiyyətli dərəcədə türk ölkələrindən asılıdır. Türkiyə hər zaman Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşı olmuş, Qazaxıstan, Qırğızıstan, ÖzbəkistanTürkmənistan isə iqtisadi sinerji yaratmaq potensialına malikdir. "Topçubaşov Mərkəzi"nin həmtəsisçisi Murad Muradova görə, Azərbaycanda milyard dollarlıq beynəlxalq nəqliyyat və infrastruktur layihələrinin inkişafına güclü təkan verə bilər.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Turkic Council and UNDP join forces to support Global Goals". UNDP in Europe and Central Asia (ingilis). 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  2. 1 2 3 Muradov, Murad. "Azərbaycanın türk inteqrasiya layihələrində marağı". Topçubaşov Mərkəzi (az.). 13 dekabr 2021. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.
  3. "Statement of the Secretary General of the Turkic Council". turkkon.org (ingilis). Turkic Council. 28 sentyabr 2020. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2022.