Azərbaycan–Qətər münasibətləri — Vikipediya

Azərbaycan-Qətər münasibətləri
Azərbaycan və Qətər
 Azərbaycan  Qətər
Azərbaycandaki Qətərin səfirliyi
Səfir Faisal Abdullah Hamad Al- Hanzab
Ünvan Bakı, Şamsi Rəhimov küçəsi, 37
Qətərdəki Azərbaycanin səfirliyi
Səfir Mahir Əliyev[ru][1]
Ünvan Doha, West Bay, Dafna, küçə 66, Saha 41
Digər
Quruluş tarixi 14 sentyabr 1994
Dövriyyə 0,006 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Qətər münasibətləriAzərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin sentyabr ayının 14-də qurulmuşdur[2].

Viza[redaktə | mənbəni redaktə et]

2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv etmişdir[3]. Bundan sonra 30 günə qədər viza tələb edilmir[4].

Parlamentlərarası əlaqələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Tahir Rzayev olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir[5].

İdman sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları[redaktə | mənbəni redaktə et]

Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər[redaktə | mənbəni redaktə et]

Dövlət başçıları:[redaktə | mənbəni redaktə et]

  • 2004-cü il 30 noyabr — 1 dekabr — Prezident cənab İlham Əliyevin rəsmi səfəri
  • 2007-ci il 28 avqust — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri
  • 2012-ci il 2–3 mart — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri
  • 2014-cü il 6 fevral — Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya Federasiyasının Soçi şəhərində görüşü
  • 2016-ci il 8–9 mart — Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri
  • 2017-ci il 26–27 fevral — Prezident cənab İlham Əliyevin rəsmi səfəri

Digər səfərlər:[redaktə | mənbəni redaktə et]

  • 2000-ci il 12–14 noyabr — Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyevin səfəri
  • 2002-ci il 28–30 oktyabr — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N.Abbasovun səfəri
  • 2005-ci il 26–28 aprel — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri
  • 2005-ci il 25–26 iyul — Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi səfəri
  • 2006-cı il 18–20 fevral — Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun səfəri
  • 2006-cı il 19–21 iyun — Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri
  • 2007-ci il 12–13 mart — Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri
  • 2007-ci il 28 oktyabr-2 noyabr — Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint Naser Əl-Misnedin səfəri
  • 2007-ci il 6–7 dekabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri
  • 2008-ci il 9–11 fevral — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru H.Paşayevin səfəri
  • 2008-ci il 2–3 dekabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri
  • 2009-cu il 16–18 fevral — Azərbaycan Respublikasının maliyyə naziri S.Şərifovun rəsmi səfəri
  • 2009-cu il 29–31 mart — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri
  • 2009-cu il 8–12 iyun — Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak bin Nasir Əl-Xəlifənin səfəri
  • 2009-cu il 13–15 oktyabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri
  • 2009-cu il 3–5 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri
  • 2010-cu il 11–12 yanvar — Azərbaycan Respublikasının xarici İşlər naziri E.Məmmədyarovun rəsmi səfəri
  • 2010-cu il 14–16 fevral — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyevin səfəri
  • 2010-cu il 28–31 mart — Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi səfəri
  • 2010-cu il 11–12 aprel — Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi səfəri
  • 2010-cu il 1–4 iyun — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri
  • 2010-cu il 29–30 sentyabr — Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin səfəri
  • 2011-ci il 25–27 aprel — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H.Bağırovun səfəri
  • 2011-ci il 28–30 noyabr — Azərbaycan Respublikasının nəqliyyat naziri Z.Məmmədovun səfəri
  • 2011-ci il 28–30 noyabr — Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri
  • 2012-ci il 12–14 fevral — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynovanın səfəri
  • 2012-ci il 23–24 fevral — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E.Mahmudovun rəsmi səfəri
  • 2012-ci il 5–7 mart — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasovun işgüzar səfəri
  • 2012-ci il 20–24 aprel — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin səfəri
  • 2012-ci il 4–6 may — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin səfəri
  • 2012-ci il 29–30 may — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun rəsmi səfəri
  • 2012-ci il 25–26 iyun — Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş katibi Hessa Əl-Caberin səfəri
  • 2012-ci il 17–19 noyabr — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri
  • 2013-cü il 17–18 mart — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin rəsmi səfəri
  • 2013-cü il 11 iyun — Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri
  • 2013-cü il 16–18 iyun — Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T.Qəhrəmanov və B.Bədəlovun səfəri
  • 2013-cü il 11 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işgüzar səfəri
  • 2014-cü il 11–13 sentyabr — Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-Atiyyənin səfəri
  • 2014-cü il 19–21 oktyabr — Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri
  • 2014-cü il 7–10 dekabr — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun səfəri
  • 2015-ci il 16–17 Mart — Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri
  • 2015-ci il 12–19 aprel — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri
  • 2015-ci il 8–9 iyun — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri
  • 2015-ci il 12 iyun — Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri
  • 2015-ci il 23–27 noyabr — Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadinin səfəri.
  • 2015-ci il 7–9 dekabr — Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun səfəri
  • 2016-cı il 4–5 aprel — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri
  • 2016-cı il 17 aprel — Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri
  • 2016-cı il 27 aprel — Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri
  • 2016-cı il 21–23 may — Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri
  • 2016-cı il 23 may — Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri
  • 2016-ci il 31 oktyabr — 1 noyabr — Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri
  • 2016-cı il 12–18 noyabr — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin səfəri
  • 2016-cı il 16–18 noyabr — Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al Buainainin səfəri
  • 2016-cı il 13 dekabr — Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın səfəri
  • 2017-ci il 30–31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tanin rəsmi səfəri
  • 2017-ci il 20 fevral — Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin səfəri
  • 2017-ci il 30 aprel — Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Al Taninin səfəri
  • 2017-ci il 5 sentyabr — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səfəri
  • 2018-ci il 5–6 aprel — Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin səfəri
  • 2018-ci il 15 aprel — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyevin səfəri
  • 2018-ci il 18 aprel — Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim Əl-Əlinin səfəri

İqtisadi əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır.

2016-cı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır. Komissiyanın birinci iclası 31 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasında keçirilmişdir.

Hökumətlərarası birgə komissiyaya Azərbaycan tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Qətər tərəfindən isə Baş nazirin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani rəhbərlik edir.

Ölkələr arasında "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş" və iqtisadi əməkdaşlıqla bağlı imzalanmış digər sənədlər ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Əmtəə dövriyyəsi (min doll.)[redaktə | mənbəni redaktə et]

İl İxrac İdxal Ümumi dövriyyəsi
2020[7] 1 290,66 1 176,78 2 467,44
2021[8] 1 490,43 147,48 1 637,91
2022[9] 3 575,62 1 938,28 5 513,9

Mədəniyyət sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

30 noyabr 2004-cü il tarixində Doha şəhərində "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş", 27 fevral 2017-ci il tarixində isə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

6–11 iyun 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında Qətər Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibi Mubarak bin Nasir Al Xəlifənin rəhbərliyi ilə mədəniyyət xadimləri və incəsənət təmsilçilərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti qeyd edilən tədbirdə iştirak etmişdir.

1–4 iyun 2010-cu il tarixində Qətər Dövlətində ilk Azərbaycan Mədəniyyət Günləri təşkil edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi təqribən 150 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Azərbaycan Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Qətərə səfər etmişdir.

Mədəniyyət Günləri çərçivəsində tamaşaçılara Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi və Rəqs Ansambllarının ifaları və Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası təqdim edilmişdir.[10]

Müqavilə-hüququ bazası[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında 31 sənəd imzalanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "M.M.Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
  2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. Bu dövlət Azərbaycan ilə vizanı ləğv etdi Arxivləşdirilib 2020-01-09 at the Wayback Machine. xeberle.com, 09.08.2017  (az.)
  4. Visas for Visitors Arxivləşdirilib 2018-10-05 at the Wayback Machine. visitqatar.qa  (ing.)
  5. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  7. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-15.
  8. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-15.
  9. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  10. "Azərbaycan - Qətər münasibətləri". 2018-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]