Azərbaycan–Mərakeş münasibətləri — Vikipediya

Azərbaycan–Mərakeş münasibətləri
 Azərbaycan  Mərakeş
Mərakeşdaki Azərbaycanin səfirliyi
Səfir Nazim Səmədov[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Mərakeş münasibətləriAzərbaycan Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi[redaktə | mənbəni redaktə et]

Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır[2].

Diplomatik əlaqələr[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 25-də qurulmuşdur[3].

Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMTİƏT çərçivəsində inkişaf etdirilmişdir.

Fövqəladə və səlahiyyətli səfirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan səfirləri[redaktə | mənbəni redaktə et]

İqamətgahı Rabat şəhərində olmaqla Azərbaycan Respublikasının Mərakeş Kırallığında səfirliyi var. Hazırda Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyevdir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təyin edilmişdir[4].

Parlamentlərarası əlaqələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahir Əsədov olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən İmamverdi İsmayılov işçi qrupunun rəhbəridir[5].

İdman sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

1984 Yay Olimpiya Oyunlarının qızıl medalçısı olmuş Mərakeş idmançı Səid Auitaya həsr olunmuş Azərbaycan poçt markası (1996)[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "N.A. Səmədovun Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  2. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin kurasiyasında olan ölkələrlə ikitərəfli münasibətlər Arxivləşdirilib 2018-03-19 at the Wayback Machine. rabat.mfa.gov.az  (az.)
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  4. T.İ.Əliyevin Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2415 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  5. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  7. 9 Aprel, 1996. Atlanta Olimpiya Oyunları-96 Arxivləşdirilib 2019-05-21 at the Wayback Machine. azermarka.az, 09.04.1996  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin rəsmi saytı: rabat.mfa.gov.az