Azərbaycan–Zimbabve münasibətləri — Vikipediya

Azərbaycan-Zimbabve münasibətləri
 Azərbaycan  Zimbabve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Zimbabve münasibətləriAzərbaycan Respublikası ilə Zimbabve Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 2008-cı ildə qurulmuşdur[1]. Həmin ilin 24 oktyabr tarixində Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır[1].

Yüksək səviyyəli qarşılıqlı səfərlər[redaktə | mənbəni redaktə et]

Nazirlər səviyyəsində səfərlər[redaktə | mənbəni redaktə et]

Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyəti 2014-cü ilin aprel ayında Azərbaycanda səfərdə olmuş[2], 10 aprel tarixində Prezident İlham Əliyev onu qəbul etmişdir[3].

Prezident səviyyəsində səfər[redaktə | mənbəni redaktə et]

Prezidentlərin görüşü, 19 yanvar 2019-cu il, Bakı.

2019-cu ilin yanvar ayının 18-də Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlmişdir[4]. Bu Zimbabve başçısının Azərbaycana ilk səfəridir. 19 yanvar tarixində onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü olmuşdur[5]. Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatmışdır[6].

İdman sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

2 sentyabr 2016-cı ildə "Baku Crystal Hall"da keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Zimbabve komandası da iştirak etmiş; Olimpiadanın birinci turunda Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) etmişdir[7].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan - Zimbabve münasibətləri Arxivləşdirilib 2014-08-03 at the Wayback Machine. mfa.gov.az, 02.08.2013  (az.)
  2. Nazir Elmar Məmmədyarov Zimbabve Respublikasının xarici işlər naziri ilə görüşmüşdür[ölü keçid]. mfa.gov.az, 10.04.2014  (az.)
  3. İlham Əliyev Zimbabvenin xarici işlər nazirini qəbul etmişdir Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. president.az, 10.04.2014  (az.)
  4. Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine. azertag.az, 18.01.2019
  5. Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. president.az, 19.01.2019
  6. Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Arxivləşdirilib 2021-08-03 at the Wayback Machine. azertag.az, 19.01.2019
  7. İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turunun açılışında iştirak edib Arxivləşdirilib 2017-05-20 at the Wayback Machine. president.az, 02.09.2016  (az.)