Azərbaycan–Macarıstan münasibətləri — Vikipediya

Azərbaycan-Macarıstan münasibətləri
Azərbaycan və Macarıstan
 Azərbaycan  Macarıstan
Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi
Səfir Tahir Tağızadə
Ünvan Budapeşt, Eötvös utca, 14
Macarıstanın Azərbaycan Respublikasınındakı Səfirliyi
Səfir Tamaş Yojef Torma[1]
Ünvan Bakı, İçəri Şəhər, Mirzə Mənsur küç. 72, AZ 1004
Digər
Quruluş tarixi 27 aprel 1992
Dövriyyə 0,047 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Macarıstan münasibətləriAzərbaycan Respublikası ilə Macarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev

Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır[2]

Diplomatik əlaqələr[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur[3].

2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. İlk səfir Jeno Boroş olub. 2010-cu il dekabrin 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.

Macarıstandakı azərbaycanlılar[redaktə | mənbəni redaktə et]

Macarıstan azərbaycanlılarının sayı təqribən 1500–2000 arasında olması güman olunur.

Yüksək səviyyəli qarşılıqlı səfərlər[redaktə | mənbəni redaktə et]

Dövlət başçıları[redaktə | mənbəni redaktə et]

  • 1994-cü il 4–5dekabr — Prezident Heydər Əliyevin işgüzar səfəri (ATƏT-in Zirvə Toplantısı);
  • 2008-ci il 18–19 fevral — Prezident İlham Əliyevin Dövlət səfəri';
  • 2009-cu il 26–27 yanvar — Prezident İlham Əliyevin işgüzar səfəri ("Nabucco" Enerji Sammiti);
  • 2011-ci il 10–12 noyabr — Prezident Macarıstan Prezidenti Pal Şmitin rəsmi səfəri;
  • 2014-cü il 11–12 noyabr — Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri.[4]

Hökumət başçıları[redaktə | mənbəni redaktə et]

  • 2008-ci il 7–8 iyul — Macarıstanın Baş naziri Ferenç Gyurçanyinin rəsmi səfəri;
  • 2008-ci il 14 noyabr — Macarıstanın Baş naziri Ferenç Gyurçanyinin işgüzar səfəri (4 Enerji Sammiti);
  • 2010-cu il 13–14 sentyabr — Macarıstanın Baş naziri Viktor Orbanın işgüzar səfər (AGRİ sammiti);
  • 2012-ci il 29 iyun — 1 iyul — Macarıstanın Baş Naziri Viktor Orbanın rəsmi səfəri.[5]

Parlament sədrləri[redaktə | mənbəni redaktə et]

  • 2007-ci il, 15 iyun — Milli Məclisin sədr müavini V.Ələsgərovun səfəri ("Ümumi enerji siyasəti- Möhkəm Avropa" adlı beynəlxalq konfrans);
  • 2008-ci il, 5–7sentyabr — Parlamentin Sədri Katalini Silinin rəsmi səfəri;
  • 2011-ci il, 7–9 dekabr — Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri;
  • 2012-ci il, 5–8 iyun — Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Matron Gyöngyöşinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri;
  • 2013-cü il, 29 may — Macarıstanın Azərbaycan üzrə Parlamentlərarası Dostluq Qrupunun Sədri Marton Gyöngyöşinin Azərbaycana səfəri;
  • 2013-cü il, 14–15 iyun — Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupundakı işçi qrupunun sədri Xanhüseyn Kazımlının səfəri.

Nazirlər[redaktə | mənbəni redaktə et]

  • 1997-ci il fevral — Macarıstan XİN-in Dövlət Katibi İştvan Sentİvanin səfəri;
  • 1998-ci il 7–8 sentyabr — Macarıstan XİN-in Dövlət Katibi Q.Qabinin səfəri (Böyük Tarixi İpək Yoluna həsr olunmuş konfrans);
  • 2004-cü il 3–24 aprel — Macarıstan XİN-in Dövlət Katibinin müavini Y.Boroş Azərbaycanda səfəri;
  • 2006-cı il 22–24 yanvar — Macarıstanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə Dövlət Katibi A. Barşonun Azərbaycana səfəri;
  • 2006-cı il 29.11–1.12 — Xarici İşlər Nazirlərinin müavini Xələf Xələfovun səfəri;
  • 2007-ci il 22–23 mart — Maliyyə naziri Samir Şərifovun Macarıstana səfəri;
  • 2007-ci il 17–19 may — Macarıstanın Xarici İşlər Nazir xanım K.Qöntsün rəsmi səfəri;
  • 2007-ci il 13–15 sentyabr — Azərbaycan Respublikasının Sənaye və Energetika naziri N.Əliyevin rəsmi səfəri;
  • 2007-ci il 23–25 sentyabr — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun Macarıstana rəsmi səfəri;
  • 2007-ci il 22 noyabr — Macarıstanın İqtisadiyyat və Nəqliyyat naziri Y.Kokanın səfəri;
  • 2009-cu il 24–27may — Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin səfəri;
  • 2010-cu il 2 mart — Xarici İşlər Nazirlərinin müavini M.Məmməd-Quliyevin səfəri;
  • 2010-cu il 11–12 mart — AR Təhsil Naziri Misir Mərdanovun səfəri;
  • 2011-ci il 24–26 fevral — Macarıstan XİN Dövlət Naziri J.Nemetin səfəri;
  • 2011-ci il 28.02 – 2.03 — Xarici İşlər Nazirlərinin müavini Xələf Xələfovun səfəri;
  • 2011-ci il 27–30 noyabr — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslimovun səfəri;
  • 2012-ci 23–25 iyul — Azərbaycan — Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri, Dövlət katibi cənab Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri;
  • 2012-ci il 8–9 oktyabr — İqtisadi və İnkişaf naziri Şahin Mustafayevin işgüzar səfəri;
  • 2013-cü il 12–14 Mart — Kənd tıəsərrüfatı nazirliyinin dövlət katibi cənab Gyula Budainın səfəri;
  • 2013-cü il 7–8 Aprel — Milli İnkişaf Naziri Development JuJa Nemet, Milli inkişaf nazirliyinin dövlət katibi V.Nac Vilmoş, Milli Aviasiyanın baş direktoru İldiko Sakmari, Milli inkişaf nazirliyinin baş məsləhətçisi İştvan Erenyinin səfəri (Dünya İqtisadi forumunda iştirak üçün);
  • 2013-cü il 17 May — Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin səfəri;
  • 2013-cü il 8–9 noyabr — İnformasiya və Kommunikasiya texnologiyalari naziri Əli Abbasovun səfəri;
  • 2013-cü il 1–3 dekabr — Milli İnkişaf naziri Juja Nemetin səfəri;
  • 2014-cü il 27–28 yanvar — Azərbaycan-Macarıstan hökümətlərarası komissiya qrupunun sədriç dövlət katibi Peter Siyyartonun səfəri;
  • 2014-cü il 27–28 Aprel — Xarici İşlər Naziri Elmar Məmmədyarovun səfəri;
  • 2014-cü il 3–4 noyabr — Macarıstanln Xarici İşlər və Ticarət Naziri Peter Siyyartonun Azərbaycana səfəri.[6]

Parlamentlərarası əlaqələr[redaktə | mənbəni redaktə et]

26 mart 2007-ci ildə Macarıstan Parlamentində Macarıstan-Azərbaycan parlamentlərarası Dostluq qrupu yaradılmışdır. Qrupun sədri Marton Gyöngyöşidir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[7]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Fikrət İsmayılov olmuşdur[8]. 4 mart 2016-cı il tarixindən Xanhüseyn Kazımlı işçi qrupunun rəhbəridir[7].

Strateji əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşmaya imza atdı[9]. Əsas razılaşma ilə yanaşı, Bakı və Budapeşt arasında yeniden birbaşa uçuşların başladılması haqqında arasında aviasiyaya sənədi, 200 Azərbaycanlı tələbə üçün təqaüd proqramı, idman, gənclər və turizmə aid digər bütün razılaşmalar bu ərəfədə imzalandı.[10]

Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

Gənclər səviyyəsində[redaktə | mənbəni redaktə et]

Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) dekabrin 6-sı 2012-ci ildə Macarıstanda təhsil alan və işləyən azərbaycanlı gənclər və Macarəstanın fəal gəncləri tərəfindən yaradıldı[13]. Təşkilatın məqsədi Azərbaycan-Macarıstan gənclərarası əlaqələri inkişaf etdirmək, onlar arsındakı dialoqu təşkil edərək ikitərəfli münasibətləri gənclər səviyyəsində ön plana çəkməkdir[14].

Layihələri[redaktə | mənbəni redaktə et]

Təhsil[redaktə | mənbəni redaktə et]

Xarici tələbələri özünə cəlb edən macar universitetləri üçün Azərbaycan ən perspektivli ölkələrdən biri hesab edilir və ölkənin qabaqcıl universitetleri beynəlxalq əlaqələr, menecment, İKT, tibb, kənd təsərrüfatı, mühəndislik, su sənayesi kimi sahələrdə Azərbaycanlı tələbələrə yüksək keyfiyyətli təhsil verməyə hazırdır. Azərbaycanlı tələbələrin Macarıstandakı təhsil imkanları 2012-ci ildə Budapeştdə iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın görüşündə imzalanmış tələbələr üçün təqaüd imkanları haqqında razılaşma əsasında yaradılıb. 2015-ci ildən etibarən Macarıstan bu proqrama 200 Azərbaycanlı tələbəni qaəbul edəcək və Macarıstan tərəfi təhsil xərclərini qarşılamaqla yanaşı tələbələri yataqxana və aylıq təxminən 42000 Macarıstan forinti məbləğində təqaüdlə təmin edəcək.[17]

İqtisadi əlaqələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan-Macarıstan Biznes forumu Budapeştdə 2014-cü il noyabr ayında təşkil olundu.[18]

Enerji[redaktə | mənbəni redaktə et]

Xarici İşlər və Ticarət Naziri Peter Siyyarto Rusiyanın Cənubi Axını qaz boru xətti xətti layihəsi planını tərk etməsinə münasibət bildirərkən deyib ki, Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təminatını ödəmək üçün yeni mənbələr (yollar) axtarmasına ehtiyacı olacaq və bu alternativlərdən biri Azərbaycandır.[19]

Nəqliyyat[redaktə | mənbəni redaktə et]

  • BakıBudapeşt arasındakı birbaşa WizzAir uçuşu 2013-cü ilin aprelində elan olundu, uçuşlar isə 2013-cü ilin iyun ayında başladı[20];
  • AZAL vasitəsilə Bakı-Budapeşt karqo xətti 2014-cü il mart ayından faliyyətə başlayıb.[21]

Ərzaq[redaktə | mənbəni redaktə et]

  • Sericovia MMC Azərbaycandan Macarıstana 2012-ci ildə təbii nar şirələri idxal etməyə başladı.[22]

Əmtəə dövriyyəsi (min doll.)[redaktə | mənbəni redaktə et]

İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[23] 1 071,67 37 737,49 38 809,16
2021[24] 1 793,17 33 368,26 35 161,43
2022[25] 2 322,76 45 076,92 47 399,68

Xeyriyyə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Macarıstandakı görmə qabiliyyəti olmayan uşaqlar üçün institut layihəsini dəstəkləyir. Azərbaycan tərfindən tikiləcək görmə qabiliyyəti olmayan uşaqlar üçün Laslo Batyani institutunun yeni binasının təməlqoyma mərasimi Budapeştdə 2014-cü ildə oldu.[26] 240 milyon forinti Azərbaycan hüküməti tərəfdindən ödəniləcək layihə 500 milyon forintə başa gələcək.

İncəsənət[redaktə | mənbəni redaktə et]

  • Macarıstanda Azərbaycan incəsənətinin elementlərini əks etdirən markalar dövriyyəyə buraxıldı;
  • Budapeşt poçt markaları Azərbaycanlı rəssam Çingiz Mehbaliyevin bəzi rəsm əsərlərini əks etdirir[27].

Səfirliklər[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Macarıstanda:

  • Budapeştdə Azərbaycan səfirliyi

Tahir Tağızadə

Macarıstanın Azərbaycanda:

  • Bakıda Macarıstan səfirliyi

Tamaş Yojef Torma

İdman sahəsində əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  2. "Azerbajdzsan.com: Azerbaijan & Hungary". 2015-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  4. "HungaryToday.hu Azeri President Ilham Aliyev On Official Visit To Budapest". 2015-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  5. "MFA.gov.az: Azerbaijan - Hungary relations" (PDF). 2015-01-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  6. "Azerbajdzsan.com: Azerbaijan-Hungary cooperation to be mulled in Baku". 2015-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  7. 7,0 7,1 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  8. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. "Hungary signs strategic partnership agreement with Azerbaijan". 2014-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  10. "GBtimes: Hungary and Azerbaijan sign strategic agreement". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  11. "A declaration of fraternization between Gyöngyös, at the foot of the Mátra, the highest mountain range in Hungary, and the occupied Shusha town of Azerbaijan". 2013-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  12. "AzerNews.az: Azerbaijani occupied town twinned with Hungary's Tiszavasvari". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  13. "AHYU - official website". 2016-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.
  14. "Official AHYU Facebook page". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  15. "Azerbaijani-Hungarian Youth Union realizes new project". 2015-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  16. "Call for applications: "Azerbaijan Tourism Days in Hungary" in November 21-22, 2014". 2015-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  17. "Azerbaijani-Hungarian ties developing in education and tourism". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  18. "Hungarian-Azeri Business Forum with PM Orban and President Aliyev". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  19. "Szijjarto calls for new energy supplies". 2015-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  20. "Budapest Airport welcomes Wizz flight to Baku". 2015-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  21. "Baku-Budapest cargo connection begins". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  22. "Exclusive Interview: Ramil Azmammadov, who built pomegranate bridge between Hungary and Azerbaijan". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  23. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  24. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  25. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  26. "Azerbaijan to support Hungarian institute for blind children". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  27. "Budapest postage stamps reflect Azerbaijani artist's paintings". 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]