Tauqum — Vikipediya

Tauqum səhrası
qaz. Тауқұм
Ümumi məlumatlar
Sahəsi
  • 10.000 km²
Uzunluğu
  • 240 km
Eni 50 ± 10 km
Yerləşməsi
44°59′35″ şm. e. 75°01′11″ ş. u.
Ölkə  Qazaxıstan
Tauqum səhrası xəritədə
Tauqum səhrası
Tauqum səhrası
Taukum səhrası (Asiya)
Taukum
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tauqum (yəni Dağqum)(qaz. Тауқұм / Tauqum)[1]Mərkəzi Asiyada, Qazaxıstanda yerləşən səhra. Balxaş-Alagöl dərəsində, Balxaş gölüİli çayının cənubunda qərarlaşır. Səhranın sahəsi 10 000 km² təşkil edir. Uzunluğu 240 km, eni isə 40–60 km arasında dəyişir. Qum dyunlarının hündürlüyü 10—15 metrdir.

Flora[redaktə | mənbəni redaktə et]

Səhrada cuzqun, ayrıqotu, saksaul, yovşan və s. bitkilər bitir.

Taukumun cənub sərhədlərindən kol-ağac tipli bitkilərə rast gəlinir. Tuqay meşələri məhz bu bölgədə yerləşir. Tuqay meşələrində müxtəlif növ heyvanlara rast gəlinir.

İqlim[redaktə | mənbəni redaktə et]

Yayı uzun sürür. İyul-avqust ayının orta temperaturu 24 - 26 ° С, bəzən isə 40° С. təşkil edir. Yağıntı əsasən aprel, sentyabrın sonu, oktyabr ayları düşür. Yay ayları yağıntı nadir hallarda müşahidə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Taukum". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.