Arktik səhralar — Vikipediya

Arktik səhralar boz rəngdə işarə olunub

Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır. İllik yağıntı 200–300 mm-dir. Əsasən, qar yağır. Bitkiləri və torpaqları zəif inkişaf etmişdir. Xarakterik faunası: ağ ayı, tundra tülküsü, lemminq, müşk öküzü, canavar. Şimal Buzlu okeanı adaları "quş bazarları" (kayra, rustik, qaqarka) məskənidir.

İqlimi[redaktə | mənbəni redaktə et]

Qışda aşağı temperatur müşahidə olunur (−60 °S-yə qədər). Temperatur fevralda orta hesabla −30˚S, iyulda isə +3˚S olur. İllik atmosfer yağıntılarının miqdarı 400 mm-ə qədər olur.

Flora və fauna[redaktə | mənbəni redaktə et]

Arktik səhralarda demək olar ki, bitki örtüyü yox dərəcəsindədir. Kollar yoxdur, şibyə və mamırlar isə seyrək şəkildə bitir.

Faunası əsasən dəniz canlılarından ibarətdir: morjsuiti. Yayda quş bazarları yaranır. Yerüstü fauna kasaddır. Ara-sıra qütb tülküsü, ağ ayı, lemminqə rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]