Qobi — Vikipediya

Qobi səhrası
monq. Говь, çin. 戈壁
Qobi səhrası
Qobi səhrası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.547 m
Sahəsi 1 300 000 km²
Uzunluğu 1600 km
Eni 800 km
Yerləşməsi
43°45′00″ şm. e. 111°50′00″ ş. u.
Ölkələr
Qobi səhrası xəritədə
Qobi səhrası
Qobi səhrası
Qobi səhrası (Asiya)
Qobi
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qobi səhrası

Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra ÇinMonqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra landşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir.

Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idi[1]

Çində səhranın genişlənməsinin qarşısını almaq məqsədi ilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

«Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir. Azərbaycan türkcəsində (dilində) Qobu bir lanşaft formasıdır. Üstəlik Azərbaycanda Qobustan və Qobu kimi toponimlər də vardır.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Səhranın sahəsi 1250000 km²,[2] təşkil edir. Qobi[3] səhrası qərbdən Altay və Tyanşan dağları, şərqdən Şimali Çin platosu, şimaldan Monqol çölləri və cənbdan isə Nanşan, Altıdağ dağları və Xuanxe çayı ilə əhatələnir. Sahəsinə görə Asiyanın ən iri səhralarındandır. Səhranın formalaşmasının əsas səbəblərindən biri onun dəniz və okeanlar uzaqlığıdır. Üstəlik dağlarla əhatələnməsi yağış verən buludların ora daxil olmasının qarşısını alır.

Regionları[redaktə | mənbəni redaktə et]

Qobi[4] özündə bir necə coğrafi regionları birləşdirir: Önaltay Qobi, Monqol Qobisi, Alaşan (Alaşan Qobisi), Qaun Qobisi və Cunqariya (Cunqariya Qobisi).

Önaltay Qobisi[redaktə | mənbəni redaktə et]

Önaltay Qobisi — səhra Monqolustanın cənub-şərqində yerləşir. Qobi səhrasının bir hissəsini təşkil edir. Şimalfan Monqol Altayı, cənubdan isə Atas-Boqda və Saqan-Boqda dağları arasında yerləşir. Səhra əsasən orta və alçaq dağlıq yaylaları əhatə edir. Onun ərazisinin böyük hissəsi dəniz səviyədindən 700-1800 metr əraziləri əhatə edir. Səhra əsasən daşlı, bəzi yerlərdə isə qumlu-çınqıllı ərazilərdən ibarətdir.

Bitki örtüyünə nadir hallarda rast gəlinir. Burada səhranın mərkəz hissələrdə saksaul, acılıqotu və başqalarına rast gəlinir. Su mənbələrinə yaxın ərazilərdə qamış, yulğun, iydə, qovaq, dəvətikanı, şoranlıqlarda isə şorangə bitir.

Önaltay Qobisi ərazisində antilop, qulan, nadir hallarda vəhşi dəvə, dağlıq ərazilədə isə qonur ayıya rast gəlinir.

Monqol Qobisi[redaktə | mənbəni redaktə et]

Qurvansaxan milli parkı, Qobi, Monqolustan

Monqol Qobisi (Şamo) — Qobinin tərkibində yerləşən ən iri səhradır. Səhranın böyük qismi Monqolustanın ərazisində yerləşir. Peşam dağlıq ərazilərini əhatə edir. Səhranın əsas əhalisi köçərilərdir. Xüsusi ilə onlar arasında monqol və oyrat qəbilələri üstünlük təşkil edir. Digər səhralar kimi bu səhrada az məskunlaşılmışdır.

Səhranın ərazisində nadır Qobi endemiklərinə rast gəlinir.

Alaşan[redaktə | mənbəni redaktə et]

Alaşan — Mərkəzi Asiyada Çin ərazisində yerləşən səhra. Qobi səhrasının bir hissəsini təşkil edir. Cənub-qərbdə Nanşan dağları, cənub-şərqdə Xuanxe çayı, şimaldan isə Monqol Qobisi ilə əhatələnir. Səhranın tərkibində Badın-Caran, Xalalis, Tenqer və Ulanpuxo massivləri yerləşir.

Qaşun Qobisi[redaktə | mənbəni redaktə et]

Qaşun Qobisi — düzənlik şərqdə Tyan-Şan və Xamiy dağları, cənubda Beyşan dağları ilə əhatələnir. Səhra Çinin Sintszyan-Uyğur Muxtar Rayonuda yerləşir. Qobinin bir hissəsini təşkil edir. Səhra şoranlıqlarla zəngindir. Daşlı səhradır. İl ərzində cəmi 50 mm yağıntı düşür. Yayda temperatur 40°S, qışda isə 32°S təşkil edir. Əsasən səhra bitkiləri yayəlmışdır. Heyvanlardan vəhşi eşşək, ceyran, vəhşi dəvə, gəmiricilər və sürünənlərə rast gəlmək olar.

Cunqariya[redaktə | mənbəni redaktə et]

Cunqariya[5] (monq. Зүүнгар, çin. 準噶爾, qaz. Жоңғария, uyğ. جۇڭغار ئويمانلىقى) — Mərkəzi Asiyada yerlən səhra Çinin şimal-qərbində yerləşir. Şimal və şərqdə Monqol Altayı, cənubda isə Tyan-Şan dağları ilə əhatələnir. Səhranın sahəsi 777 000 km² təşkil edir.

Səhranın ərazisində vaxtı ilə Cunqar xanlığı mövcud olmuşdur.

İqlimi[redaktə | mənbəni redaktə et]

Qobi səhrası kəskin kontinental olur. Kontinentallığın əsas səbəbləri yüksəklik və açıq səmadır. Qışda −55 °S, yayda isə +58 °S olur. İllik ampelatud fərqi 113 dərəcə təşkil (Oymyakon 112.8 dərəcə) edir[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qobi səhrası". 2016-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  2. The New York Times Almanac. ISBN 0-14-303820-6.
  3. "Qobi səhrası". 2019-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  4. "QOBİ SƏHRASINDAKI OBYEKTLƏRİN SİRRİ NƏDİR?". 2013-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  5. Lattimore (1973), p. 238
  6. Planet Earth, BBC TV series 2006 UK, 2007 US, "Episode 5"

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Гоби (пустыня) // Малый энциклопедический словарь Брокгауза и Ефрона: В 4 томах. — СПб., 1907—1909.
  • A. Воейков. Гоби, пустыни // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907