Men ştatının səhrası — Vikipediya

Men ştatının səhrası
ing. Desert of Maine
Ümumi məlumatlar
Sahəsi 0,16 km²
Yerləşməsi
43°51′30″ şm. e. 70°09′23″ q. u.
Yerləşdiyi yer Şimali Amerika
Ölkə  ABŞ
Men ştatının səhrası xəritədə
Men ştatının səhrası
Men ştatının səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Men ştatının səhrası (ing. Desert of Maine) — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür. İnsanlar burada əkin əksələrdə güçlü küləklər və yağıtılar bitki köklərini möhkəmləndirməyə imkan verməmişdir. Tattlın törəmələri XX əsrin əvvəllərində səhralaşma ilə mübarizə apara bilməyərək bu torpaqlardan imtina etməli olurlar. 1919-cu ildə ərazi 300 dollar müqavilində Henri Qoldrap tərəfindən alınır. O, 1925-ci ildə keçmiş fermanı turistik mərkəzə çevirir[1]. 1950-х illərdə səhra atmosferini yaratmaq məqsədi ilə Sara adlı dəvə alınır. Bu dəvə ziyarətçiləri dişlədiyindən heyvanxanaya göndərilmişdir. Sara iki müqəvva dəvə ilə əvəzlənmişdir[2].

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

«Səhra» 160000 m² (16 hektar) əraziyə malikdir. Səhra tam olaraq təbiətin məhsulu olaraq sayılmır. Hazırda səhra ərazisi yerli vəhşi təbiət olaraq mövcuddur. Burada mağaza, qum və fermer muzeyi fəaliyyət göstərir. İllik ziyarətçilərin sayı 30000 nəfərdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "«The Little Desert That Grew in Maine»". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-31.
  2. "«The Little Desert That Grew in Maine»". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-31.

Mənbə[redaktə | mənbəni redaktə et]