Seçura — Vikipediya

Seçura
isp. Desierto de Sechura
Yerləşməsi
7°45′55″ c. e. 78°43′40″ q. u.
Yerləşdiyi yer Cənubi Amerika
Ölkə  Peru
Seçura xəritədə
Seçura
Seçura

Seçura səhrası (Peruan səhrası) — Perunun qərb sahilində, Cənubi Amerikanın şimal-qərbində yerləşən səhra. Səhra And dağları ilə Sakit okean arasında yerləşir. Şimaldan cənuba uzunluğu 150 km, materikin daxilinə doğru isə eni 20–200 km arasında dəyişir. Səhranın sahəsi 188 735 km² təşkil edir. Əsasən qum və daşlıqlardan ibarətdir. Bir növ Atakama səhrasının şimal qutaracağını təşkil edir.

Seçura səhrasında dünyanın ən böyük fosforit yataqları vardır. Burada üstəlik nadir element və metallara rast gəlinir. Perunun beş iri şəhərindən ikisi yerləşir:Pyora və Ciklao.

İqlim[redaktə | mənbəni redaktə et]

Səhra ekstra arid regiona daxildir. Passatlar şimalda antisiklon effekti yaradır. İl ərzində 20–50 mm yağıntı düşür. Yağıntı bir necə ildən bir düşür. Seçura dünyada olan ən sərin səhradır. Belə ki burada illik temperatur cəmi 22 °C təşkil edir. Qışda cənub-qərb küləkləri temperaturu aşağı salır. Bu zaman dumanın qalınlığı 300–400 m ola bilir. 700-1000 metr yuxarı qalxan duman kölgə effekti yaradır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Səhradan axan çayların böyük qisminin vadisində sivilizasiya izləri vardır. Burada Moçika mədəniyyəti geniş yayılmışdır. İstehsalat Balıq, Dəniz donuzcuğu, YemişYerfındığı üzərində qurulmuşdur. Təxmini 800—1300 illərdə çiçəklənən Tikan mədəniyyəti geniş yayılmışdır. Burada qızıl metallurgiyası ön pkanda gedirdi. Ərazi suvarılan əkinçiliyə əsaslanırdı.

Səhra öz adını Seçura şəhərindən almışdır. 1728-ci ildə şəhər Sunami nəticəsində tamamən dağıdılmışdır. Anomal El-Ninyo hadisəsi bölgədə fırtına effekti yaradır. 1998-ci ildə fırtına səhranın sahil ərazilərinin su altında qalmasına səbəb olmuşdur. Bundan sobra Peru ərazisində sahəsinə görə ikinci göl (145 km uzunluğa, 30 km enə, 3 m dərinliyə malikdir)[1] əmələ gəlmişdir

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "National Geographic: El Niño/La Niña". 2015-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.

Mənbə[redaktə | mənbəni redaktə et]