Ranqipo — Vikipediya

Ranqipo səhrası
Yerləşməsi
38°40′00″ c. e. 175°40′00″ ş. u.
Ölkə  Yeni Zelandiya
Ranqipo səhrası xəritədə
Ranqipo səhrası
Ranqipo səhrası
Ranqipo səhrası (Yeni Zelandiya)
Ranqipo səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ranqipo (ing. Rangipo Desert) — Yeni Zelandiyanın Şimal adası ərazisində yerləşın nisbətən sərt iqlimə malik yarımsəhra. Şimal adasında yerləşən Mərkəzi vulkanik platosunuun daxilində yerləşir. Səhranın ümumi sahəsi 1000 km² təşkil edir. Səhranın mərkəzindən magistral avtomobil xətti keçir. Səhrandan şimalda ən iri krater gölü olan Taupo yerləşir. Yaxınlığında Tonqariro və Nqauruxoe aktiv vulkanları vardır. Səhra Kaymanava dağları regionunda 600–1500 m yüksəkliklərdə qərarlaşır.

İl ərzində 1500–2500 mm yağıntının düşməsinə baxmayaraq, güclü küləklər, süzülmə və eniş relref suyun bölgədə qalıcılığını mümkünsüz edir. Sahil ərazilərdə cəmi 30 gün şaxta müşahidə edildiyi halda səhrada bu rəqəm 270 günə çatır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]