Odlar Yurdu Universiteti — Vikipediya

Odlar Yurdu Universiteti
OYU
Əsası qoyulub 1995
Şəhər Bakı
Ölkə
Ünvan Azərbaycan, Bakı, Koroğlu Rəhimov küçəsi 13
Metro Gənclik
Sayt oyu.edu.az

"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur.

Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır.

Maddi-texniki bazası[redaktə | mənbəni redaktə et]

Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir.

Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir.

Beynəlxalq statusları[redaktə | mənbəni redaktə et]

  • Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
  • Almaniyanın H+ akkreditasiyasına malikdir.
  • Türkiyə Cumhuriyyəti YÖK tərəfindən tanınmışdır. Bu tanıtıma görə universitetin bakalavr, magistr və doktorantura pilləsini bitirən bütün məzunların diplomu eyni zamanda digər ölkələrlə yanaşı Türkiyə Cümhuriyyətində də tanınır.
  • Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyadan keçmişdir.
  • Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı FAİMER (Foundation for Advancement of İnternational Medical Education and Research) tərəfindən tanınmışdır.
  • Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.
  • EURAS — Avrasiya Universitetləri Birliyinin üzvüdür.
  • Qafqaz Universitetlər Birliyinin üzvüdür.
  • Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.

Beynəlxalq əlaqələri[redaktə | mənbəni redaktə et]

Universitet MDB, Avropa və Amerikanın bir sıra qabaqcıl universitetləri ilə sıx əlaqələr yaratmışdır.

İtalyanın Torino Universiteti, Almaniyanın Zigen Universitetinin Ölçmə Texnikası İnstitutu ilə imzalanmış müqavilələrə birgə elmi axtarışların aparılması daxildir. Belə elmi axtarışların nəticəsi olaraq Zigen Universiteti ilə əməkdaşlıq əsasında Odlar Yurdu Universitetinin sponsorluğu və təşkilatçılığı ilə Almaniyanın Bisbaden şəhərində "Qeyri-səlis çoxluqların və Soft-Komputinqin tətbiqləri" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Odlar Yurdu Universitetinin bir qrup alimi müxtəlif mə"ruzələrlə çıxış etmişdir. ABŞ-nin Corciya Dövlət Universiteti ilə qurulan əlaqələr isə daha geniş spektrə malikdir: tələbə mübadiləsi, müəllimlərin treninqi və elmi axtarışlar.

Bu Universitetlə bağlanmış müqaviləyə əsasən hər il OYU-nun 5 ən yaxşı tələbəsi təhsillərini Amerika tərəfinin hesabına həmin universitetdə davam etdirə bilərlər. Eyni zamanda Amsterdam Universiteti, London Qildholl Universiteti, Sankt-Peterburq Universiteti, Özbəkistan Bank-Maliyyə Akademiyası, London Menecment Kolleci, London İncəsənət Kolleci və Quzey Kıprız Türk Cümhuriyyətinin, demək olar ki, bütün universitetləri ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq müqavilələri bağlanmışdır. İngilis dili və kompüter texnikasının daha dərindən öyrənilməsi ilə bağlı tələbələrin İngiltərənin Qolders Qrin, Masvell Hill, Oksford İnternasional və Viktoriya Kolleclərində qısamüddətli kurslarda iştirakını tə’min edən müqavilələr də imzalanmışdır.

Universitet Bakıda yerləşən bütün beynəlxalq təşkilatlarla (Açıq Cəmiyyət İnstitutu-Soros fondu, İREX, ACTR/ACCELS, USİA və s.), xarici dövlətlərin səfirlikləri və nümayəndəlikləri ilə sıx əlaqələr yaratmışdır. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Müfəttişliyi, Dövlət Gömrük Komitəsi, Azəravtonəqliyyat Dövlət Konserni, dövlət və özəl banklar, ayrı-ayrı şirkətlər, konsernlər, xarici və daxili firmalar və s. ilə bağlanmış müqavilələrə əsasən mə’zunlar öz ixtisaslarına uyğun olaraq işlə tə’min olunurlar. Universitetdə təhsil ödənişlidir. Qəbul zamanı yüksək bal toplamış abituriyentlərə təhsil haqqının ödənilməsində güzəştlər edilir. Universitetdə iste’dadlı tələbələrə xüsusi diqqət yetirilir. Tədris ilini ə’la qiymətlərlə başa vuran tələbələr növbəti tədris ilinin təhsil haqqının yarısından azad edilirlər. Universiteti fərqlənmə diplomu ilə bitirənlərin isə ödədikləri təhsil haqları təhsildə qazandıqları müvəffəqiyyətlərinə görə mükafat kimi özlərinə qaytarılır.

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Bakalavr[redaktə | mənbəni redaktə et]

I qrup

  • Kompüter mühəndisliyi
  • İnformasiya texnologiyaları

II qrup

  • Mühasibat
  • Maliyyə
  • Menecment
  • İqtisadiyyat
  • Marketinq
  • Biznesin idarə edilməsi
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Turizm işinin təşkili

III qrup

  • Xarici dil müəllimliyi (ingilis dili)
  • Təhsildə sosial-psixoloji xidmət
  • Məktəbəqədər təhsil
  • Sosial iş
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • Tərcümə (ingilis dili üzrə)
  • Beynəlxalq münasibətlər

IV qrup

  • Psixologiya
  • Biologiya
  • Ekologiya

V qrup

  • Dizayn (interyer, qrafik, modelyer)

Magistratura və MBA[redaktə | mənbəni redaktə et]

İxtisas İxtisaslaşma
Xarici dil müəllimliyi Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə)
Filologiya Azərbaycan ədəbiyyatı
Psixologiya Ümumi psixologiya
Psixologiya Pedaqoji psixologiya
Psixologiya Klinik psixologiya
Dizayn Dizayn və texniki estetika
Dünya iqtisadiyyatı Beynəlxalq iqtisadi münasibətlər
Dünya iqtisadiyyatı Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri
Maliyyə Bank işi
Maliyyə Maliyyə nəzarəti və audit
Menecment Menecment (təhsil, turizm, səhiyyə, ümumi menecment)
Marketinq (sahələr üzrə) Marketinq (təhsil, turizm, səhiyyə, ümumi menecment)
Biznesin idarə edilməsi Biznesin təşkili və idarə edilməsi
Biologiya Mikrobiologiya
Kompüter mühəndisliyi Kompüter mühəndisliyi
İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi İdarəetmədə informasiya sistemləri

MBA (Master of Business Administration) proqramı üzrə ixtisaslar[redaktə | mənbəni redaktə et]

  • Biznesin təşkili və idarə edilməsi (maliyyə nəzarəti və audit)
  • Biznesin təşkili və idarə edilməsi (bank işi)
  • Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes)
  • Biznesin təşkili və idarə edilməsi (beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri)
  • Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri)
  • Biznesin təşkili və idarə edilməsi (turizm və otelçilik)
  • Biznesin təşkili və idarə edilməsi (marketinq)
  • Biznesin təşkili və idarə edilməsi (təhsil, turizm, səhiyyə, ümumi menecment)

Doktorantura[redaktə | mənbəni redaktə et]

Doktorantura ixtisasları

Mikrobiologiya

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

İnformasiya sistemləri və prosesləri, informatikanın hüquqi aspektləri

Ümumi iqtisadiyyat

Dünya iqtisadiyyatı

Sahə iqtisadiyyatı

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

Ümumi psixologiya

Pedaqoji psixologiya

Dil nəzəriyyəsi

Tərkibi[redaktə | mənbəni redaktə et]

Departamentlər və Fakültələr[redaktə | mənbəni redaktə et]

Birləşmiş fakültələr departamenti

  • Sosial iş və Psixologiya fakültəsi
  • Təbiət, texniki və dizayn fakültəsi
  • Pedaqoji, humanitar və dillər fakültəsi
  • Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsi
  • Beynəlxalq münasibətlər fakültəsi

Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş departamenti

  • Xarici tələbələrin hazırlıq fakültəsi (Foundation)
  • Beynəlxalq tələbə və müəllim mübadiləsi üzrə koordinator
  • İkili diplom proqramları üzrə koordinator

Hüquq və İnsan Resursları departamenti

Kafedralar[redaktə | mənbəni redaktə et]

  • Riyaziyyat və informatika kafedrası
  • Ümumi texniki fənlər kafedrası
  • İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası
  • Filologiya və sosial fənlər kafedrası
  • Dillər kafedrası
  • Biologiya, psixologiya və pedoqoji fənlər kafedrası
  • Hüquq kafedrası

Mərkəzlər[redaktə | mənbəni redaktə et]

  • Fakültələr üzrə tyutor mərkəzi
  • Abituriyent-Hazırlıq mərkəzi (fakultəsi)
  • Keyfiyyətin təminatı mərkəzi
  • Tədqiqat və inkişaf mərkəzi
  • Qrantlar və layihələrlə iş mərkəzi
  • Kompüter mərkəzləri
  • Dizayn mərkəzi
  • Tərcümə mərkəzi
  • Tədris metodiki mərkəz
  • Alman dili mərkəzi
  • Xaricdə təhsil və beynəlxalq servislər mərkəzi
  • İntellekt mərkəzi
  • İdman Mərkəzi
  • Sürücülük kursları
  • Tibb Məntəqəsi
  • Hüquq Klinikası
  • Məzunlarla iş mərkəzi
  • Psixoloji mərkəz

Şöbələr[redaktə | mənbəni redaktə et]

  • Doktorantura şöbəsi
  • Maqistratura və MBA şöbəsi
  • Qiyabi şöbə
  • Mülki müdafiə şöbəsi
  • Hərbi işlər şöbəsi
  • Ümumi şöbə
  • Təsərrüfat işləri şöbəsi
  • Təmir, tikinti şöbəsi
  • Təhlükəsizlik şöbəsi
  • Mühasibatlıq şöbəsi
  • Nəşriyyat şöbəsi

İnstitutlar[redaktə | mənbəni redaktə et]

  • Texnopark və İnformasiya texnologiyaları institutu
  • əlaqələr və Diplomatiya institutu
  • Yaradıcılıq, Mədəni layihələr və tədbirlərin təşkili institutu
  • Sahibkarlıq və Biznes strukturları institutu
  • Sertifikatlaşdırılmış təlimlər və Karyera institutu
  • PR, Kommunikasiya və Marketinq institutu
  • Əlavə təhsil və Kurikulum institutu
  • Dil, Folklor və Dialektologiya institutu
  • Elmi-Pedaqoji və istehsalat təcrübə institutu
  • Distant Təhsil İnstitutu
  • Bank, Maliyyə və Audit təcrübə institutu

Laboratoriyalar[redaktə | mənbəni redaktə et]

  • Bioloji və Fizioloji laboratoriya
  • Kimya laboratoriyası
  • Fizika və Elektrotexnika laboratoriyası

Muzeylər[redaktə | mənbəni redaktə et]

  • Zərifə Əliyeva adına Tibb muzeyi — Z. Əliyeva adına tibb müzeyində müxtəlif tibbə dair eksponatlar təqdim edilib. Tələbələrə burada Anatomiya fənni əyani vasitələrin köməyi ilə keçirilir.

Təşkilatlar[redaktə | mənbəni redaktə et]

  • Həmkarlar Təşkilatı
  • Tələbə-Gənclər Təşkilatı
  • Xarici tələbələrin birliyi
  • Tələbə Elmi Cəmiyyəti

Kitabxanalar[redaktə | mənbəni redaktə et]

Odlar Yurdu Universitetinin kitabxanası — Azərbaycanın ən zəngin elmi kitabxanalarından olan Odlar Yurdu Universitetinin kitabxanasının əsası 1995-ci ildə qoyulmuşdur. Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir. Bu kitabxana öz fondunu daim genişləndirdiyindən Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Fonda daxildir:

1. Dərsliklər

2. İctimai-siyasi ədəbiyyat

3. Elmi ədəbiyyat

4. Bədii ədəbiyyat

5. Xarici ədəbiyyat

6. Dövri-mətbuat nəşrləri

Elektron kitabxanası[redaktə | mənbəni redaktə et]

Odlar Yurdu Universitetinin elektron kitabxanası Arxivləşdirilib 2020-10-20 at the Wayback Machine

Elmi-Pedaqoji nəşrləri[redaktə | mənbəni redaktə et]

Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərlər jurnalı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]