İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı — Vikipediya

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
Əsası qoyulub 2015
Rektor Əziz Əliyev
Şəhər Bakı
Ölkə
Ünvan Hüseyn Cavid prospekti, 139
Metro Elmlər Akademiyası metrostansiyası
Sayt mma.edu.az/index.php?smode=mainpage

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialıAzərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərməsi nəzərdə tutulan ali təhsil müəssisəsi.[1] Rektoru Əziz Əliyevdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Filial Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi nəzərə alınaraq 15 may 2015-ci il tarixində yaradılmışdır.[1]

Tədris[redaktə | mənbəni redaktə et]

Filialda tədris rus dilində nəzərdə tutulmuşdur.[2]

2015–2016-cı tədris ili üçün filiala müalicə işi ixtisası üzrə 100 nəfər tələbənin qəbul olunması nəzərdə tutulur.[2]

Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir.[2] Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.[2]

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Əziz Cəmil oğlu Əliyev filialın rektoru vəzifəsinə təyin edilmişdir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]