Fövqəladə Hallar Nazirliyinin Akademiyası (Azərbaycan) — Vikipediya
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Fövqəladə Hallar Nazirliyinin Akademiyası | |
---|---|
Əsası qoyulub | 2 iyun 2008 |
Tip | Xüsusi Təyinatlı Akademiya |
Şəhər | ![]() |
Ölkə | |
Ünvan | Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi |
Sayt | akademiya.fhn.gov.az |
Fövqəladə Hallar Nazirliyinin Akademiyası — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi.
Yaranma tarixi[redaktə | mənbəni redaktə et]
İlham Əliyev 2 iyun 2008-ci il tarixində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.
Fakültə və ixtisaslar[redaktə | mənbəni redaktə et]
- Yanğın təhlükəsizliyi mühəndisliyi
- Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Dövlət Dəniz Akademiyası
- Bakı Yanğın Texniki Məktəbi
Mənbə[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı