Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı) — Vikipediya

Münirə Sultan
osman. منیره سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1880(1880-05-17)
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 7 oktyabr 1939(1939-10-07) (59 yaşında)
Vəfat yeri Nitsa, Fransa
Dəfn yeri
Fəaliyyəti Əsilzadəlik
Atası Əhməd Kəmaləddin Əfəndi
Anası Fatma Səzadil xanım
Həyat yoldaşı Mehmed Salih Paşa
Uşağı Sultanzadə Əhməd Kəmaləddin bəy
Ailəsi Osmanlı xanədanı

Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi.

Atasının ölümünün ardından Ulduz sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi. Münirə Sultan və anası Fatma Səzadil xanım onun bağışlanması üçün Sultan Rəşada dəfələrlə yalvarsa da, İttihad-Tərəqqi hökumətinin əlində oyuncağa çevrilən Sultan Rəşad bu ölüm hökmünə imza atmağa məcbur oldu və Salih Paşa 11 iyun 1913-cü ildə asılaraq edam olundu.

Ərinin ölümünün ardından sarayla bütün əlaqələrini qoparan Münirə Sultan daha sadə həyat yaşadı. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Münirə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündə anası və oğluyla birlikdə ilk öncə Tunisə gedən Münirə Sultan 1928-ci ildə Nitsaya köçdü. Burada qapalı həyat yaşayan Münirə Sultan 7 oktyabr 1939-cu ildə Nitsada vəfat etdi və burada dəfn olundu.

Şəcərəsi[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]