Gövhərxan Sultan (II Səlimin qızı) — Vikipediya

Gövhərxan Sultan
گوھرخان سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bursa, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti Əsilzadəlik
Atası II Səlim
Anası Nurbanu Sultan
Həyat yoldaşları Piyalə Paşa
Cərrah Mehmed Paşa
Uşaqları Sultanzadə Mehmed bəy
Ayşə Atikə xanım Sultan
Fatma xanım Sultan
Xədicə xanım Sultan
Ailəsi Osmanlı sülaləsi
Dini islam

Gövhərxan Sultan (d. 1544, Bursa - ö. 1622, İstanbul) — 11. Osmanlı sultanı II Səlimin qızı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Gövhərxan Sultan 1544-cü ildə Bursada dünyaya gəlmişdir. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları ŞahƏsməhan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, QaramanKütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı.

Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi: Sultanzadə Mustafa bəy (ö. 1593), Ayşə Atikə xanım Sultan (ö. 1614), Fatma xanım Sultan və Xədicə xanım Sultan. Qızlarından biri 1598-ci ilin noyabrında Sinanpaşazadə Mehmed Paşa ilə evlənmişdir.

21 yanvar 1578-ci ildə Piyalə Paşa vəfat etdi və dul qalan Gövhərxan Sultan bir il sonra həcc ziyarətinə getdi. Məhz elə həmin il ziyarətin ardından dövrün siyasi fiqurlarından Cərrah Mehmed ağa ilə evləndirildi. Bəzi mənbələrdə, nigahın ardından 15 yanvar 1580 tarixində Mehmed Paşanın yeniçəri ağalığından Rumeli bəylərbəyliyinə yüksəlməsində Gövhərxan Sultanın əlinin olduğu qeyd olunur. 1583-cü ildə Gövhərxan Sultan qardaşının yeganə vəliəhdi olan Şahzadə Mehmedi ziyarət etmək məqsədilə Manisaya səyahət etmiş, bu səfər əsnasında gələcəkdə validə sultan olan Handan Sultanı gənc şahzadəyə təqdim etmişdir.

1598-ci ildə Cərrah Mehmed Paşa sədrəzəmliyə yüksəldi və Gövhərxan Sultanın saraydakı nüfuzu daha da artdı. Ancaq onun çox qısa sədarətinin ardından Sultan Mehmedin oğlu Sultan Əhməd taxta çıxdı. Qardaşı Sultan Muradın nəvəsi olan Sultan Əhməd Gövhərxan Sultanın və yoldaşı Mehmed Paşanın siyasi gücünü artırmaq niyyətində idi. Ancaq Cərrah Mehmed Paşa çox yaşlı idi və çox keçmədən 9 yanvar 1604-cü ildə vəfat etdi. Sultan Əhməd böyük bibisinə olan sevgisindən qızlarından birinin adını da məhz Gövhərxan qoymuşdu.

1622-ci ildə vəfat edən Gövhərxan Sultan atasının Aya Sofiya yaxınlığındakı türbəsinə (Sultan Səlim türbəsi) dəfn edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tezcan, Baki (November 2001). Searching for Osman: A reassessment of the deposition of the Ottoman Sultan Osman II (1618-1622). pp. 327 n. 16, 343 n. 132.
  • Taner, Melis (2009). ‘Power to Kill:’ A Discourse of the Royal Hunt During the Reigns of Süleyman the Magnificent and Ahmed I. p. 41.
  • Emecen, Feridun M. (2015). Osmanlı Araştırmaları/The Journal of Ottoman Studies, Volume XLVI, Osmanlı Taşrasında Saray Bürokrasisi: Şehzade Selim’in Kazayâ Defteri. pp. 221–22.