Dürrüşəhvar Sultan — Vikipediya

Dürrüşəhvar Sultan
دورورسشوار سلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Brukvud qəbiristanlığı[d]
Atası Əbdülməcid (xəlifə)
Anası Məhisti Qadınəfəndi
Həyat yoldaşı Əzəm Cah
Uşaqları Bərəkət Cah
Kəramət Cah
Ailəsi Osmanlı xanədanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu.

3 mart 1924-cü ildə TBMM xilafətin ləğviOsmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi. Səhər saat 5 radələrində Dürrüşəhvar Sultanın ailəsi bir maşınla Çatalcaya, ordan isə İsveçrəyə göndərildi. Burada bir müddət qaldıqdan sonra cənubi Fransadakı Nitsa şəhərinə köçdülər.

Dürrüşəhvar Sultan burada 20 dekabr 1931 tarixində dünyanın ən varlı hökmdarlarından olan Heydərabad nizamının oğlu Əzəm Cahla evləndi. Bu nigahdan Bərəkət və Kəramət adlı 2 oğlu dünyaya gəldi. Atası Əbdülməcid Əfəndinin 1944-cü ildə vəfatının ardından cənazəsnin Türkiyəyə gətirilməsi üçün İsmət İnönü ilə uzun müddət yazışmış, bir neçə dəfə Türkiyəyə səfərə gəlmişdir. Hətta bu ziyarətlərinin birində İsmət İnönü və xanımı Mevhibə xanımı Çanqaya köşkündə ziyarət etmişdir. Atasının cənazəsi 10 il boyunca Parisdəki bir məsciddə dərmanlanaraq saxlanmış, nəhayət, 1954-cü ildə Dürrüşəhvar Sultanın vasitəçiliyi ilə Mədinəyə gətirilərək dəfn edilmişdir.

1948-ci ildə Hindistan Heydərabadı işğal etmiş, Dürrüşəhvar Sultanın ərinin ailəsi hakimiyyətdən çəkilmişdi. 1954-cü ildə ərindən ayrılaraq Londona gələn Dürrüşəhvar Sultan bir neçə dəfə Türkiyəyə gəlir, bu əsnada Ənvər Paşanın qızı Mahpeykər xanımın yanında bir ay qalırdı. Yay aylarını isə böyük qardaşı Ömər Fərrux Əfəndinin Quşadasında yaşayan qızı Xanzadə Sultanla keçirirdi. Dürrüşəhvar Sultan 7 fevral 2006-cı ildə 92 yaşında ikən Londonda vəfat etdi. Londondakı Brukvid məzarlığında 1966-cı ildə burada dəfn edilən anası Məhisti xanımın yanına dəfn edildi.

Övladları[redaktə | mənbəni redaktə et]

  • Bərəkət Əli Cah (d. 6 oktyabr 1933, Nitsa) - İlk evliliyi 1959-cu ildə Əsra Birgənlə, ikinci evliliyi Helena adlı xanımla, üçüncü evliliyi isə Manolya Onurla baş tutdu. İlk evliliyindən 4 övladı dünyaya gəldi:
    • Əzəmət Cah (d. 1960)
    • Şehkar Bəgüm
    • Əzəm Cah
    • Ömər Cah
  • Kəramət Əli Cah (d. 27 fevral 1939, Nitsa) - 1965-ci ildə Əsin Barlı ilə evləndi. Bu nigahdan 2 oğlu dünyaya gəldi:

Qalereya[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]