Mihrimah Sultan (III Muradın qızı) — Vikipediya

Mihrimah Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 1625-cı ildən sonra
Atası III Murad
Anası Safiyə Sultan
Həyat yoldaşları Miraxur Əhməd Paşa
Çərkəz Mehmed Əli Paşa

Mihrimah Sultan (d. 1579 - ö. ?) — Osmanlı sultanı III Muradın qızı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mihrimah Sultan 1579-cu ildə Topqapı sarayında doğulmuşdur. Anası Safiyə Sultan olsa da, bəzi mənbələrdə yalnışlıqla Şəmsiruhsar Xatun olaraq göstərilir. Adını atasının yenicə vəfat etmiş bibisi Mihrimah Sultandan aldığı bilinir. Hələ 16 yaşında ikən atası vəfat etmiş, qardaşı III Mehmed taxta çıxmışdır. Qardaşının səltənətində evli olub-olmadığı məlum deyil. İlk evliliyinin 21 fevral 1613-cü ildə Miraxur Əhməd Paşayla baş tutduğu bilinsə də, bəzi mənbələrdə Əhməd Paşayla 1599-cu ildə artıq evli olduğu qeyd edilir.

Paşanın 1618-ci ildə vəfat etməsiylə, Mihrimah Sultan elə həmin il Çərkəz Mehmed Paşayla evləndirildi. Ancaq əri nigahdan dərhal sonra Şam bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdırıldı. 1621-ci ildə Mehmed Paşa qübbə vəzirliyi ilə paytaxta çağırıldı və IV Murad dönəmində sədarətə gətirildi. 9 aylıq sədarətin ardından Tokat ordugahında anidən vəfat etdi və Mihrimah Sultan ikinci dəfə dul qaldı.

Hər iki evliliyindən övladının olub-olmadığı bilinmir. Cənazəsi Aya Sofiyadakı Sultan Murad türbəsinə - atasının yanına dəfn edildi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sakaoğlu, 2008, p. 218.
  • Tezcan, Baki (2001). Searching For Osman: A Reassessment Of The Deposition Of Ottoman Sultan Osman II (1618-1622). pp. 328 n. 18.
  • Mandel, 1992, p. 214.

İstinadlar[redaktə | mənbəni redaktə et]