Azərbaycanın dövlət quruluşu — Vikipediya

Azərbaycanın dövlət quruluşuAzərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.

Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir.

Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentləriniAzərbaycanın birinci vitse-prezidentini təyin edir.

Azərbaycan Prezidenti[redaktə | mənbəni redaktə et]

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.

İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.

Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.

Prezidentinin Administrasiyası[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin köməkçisi
  2. Azərbaycan Prezidentinin köməkçisi
  3. Azərbaycan Birinci vitse-prezidentinin katibliyinin rəisi
  4. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri
  5. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
  6. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
  7. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
  8. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
  9. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
  10. Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Prezidentinin Administrasiyasına daxil olan şöbələrin müdirləri[redaktə | mənbəni redaktə et]

  1. Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
  2. Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
  3. Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
  4. Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
  5. Hüquq ekspertizası şöbəsinin müdiri
  6. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri
  7. Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
  8. Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri
  9. Sənəd dövriyyəsi şöbəsinin müdiri

Digər[redaktə | mənbəni redaktə et]

  1. Prezidentin Mətbuat Katibi
  2. Prezidentin Protokol xidmətinin rəisi
  3. Prezidentin İşlər müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir[1]. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir[2].

Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir[2].

Şuralar[redaktə | mənbəni redaktə et]

Komissiyalar[redaktə | mənbəni redaktə et]

Yerli icra hakimiyyətləri[redaktə | mənbəni redaktə et]

Fondlar[redaktə | mənbəni redaktə et]

Azərbaycanın birinci vitse-prezidenti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir.

Birinci vitse-prezident[redaktə | mənbəni redaktə et]

Hal-hazırda bu vəzifəni Mehriban Əliyeva daşıyır.

Birinci vitse-prezidentinin Katibliyi[redaktə | mənbəni redaktə et]

Katibliyin sədri vəzifəsini hal-hazırda Altay Həsənov daşıyır.

Azərbaycan Nazirlər Kabineti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.

Baş Nazir və müavinləri[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Baş naziri
  2. Baş nazirin birinci müavini
  3. Baş nazirin müavini
  4. Baş nazirin müavini

Nazirliklər[redaktə | mənbəni redaktə et]

  1. Kənd Təsərrüfatı Nazirliyi
  2. Maliyyə Nazirliyi
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  5. Gənclər və İdman Nazirliyi
  6. İqtisadiyyat Nazirliyi
  7. Mədəniyyət Nazirliyi
  8. Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  9. Energetika Nazirliyi
  10. Təhsil Nazirliyi
  11. Xarici İşlər Nazirliyi
  12. Daxili İşlər Nazirliyi
  13. Səhiyyə Nazirliyi
  14. Ədliyyə Nazirliyi
  15. Müdafiə Nazirliyi
  16. Fövqəladə Hallar Nazirliyi

Dövlət komitələri[redaktə | mənbəni redaktə et]

  1. Dövlət Gömrük Komitəsi
  2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  3. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  4. Dövlət Statistika Komitəsi
  5. Diasporla İş üzrə Dövlət Komitəsi
  6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Dövlət şirkətləri və dövlət xidmətləri[redaktə | mənbəni redaktə et]

  1. Dövlət Miqrasiya Xidməti
  2. Dövlət Sərhəd Xidməti
  3. Dövlət Təhükəsizliyi Xidməti
  4. Xarici Kəşfiyyat Xidməti
  5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  6. Dövlət Turizm Agentliyi
  7. Qida Təhlükəsizliyi Agentliyi

Digər[redaktə | mənbəni redaktə et]

Dövlət idarələri və Agentliklər[redaktə | mənbəni redaktə et]

Publik hüquqlu şəxslər[redaktə | mənbəni redaktə et]

Fondlar[redaktə | mənbəni redaktə et]

Şuralar, Konfederasiyalar, Banklar[redaktə | mənbəni redaktə et]

Elm və Təhsil orqanları[redaktə | mənbəni redaktə et]

Səhmdar Cəmiyyətlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Məclisi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətinini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Komitələr[redaktə | mənbəni redaktə et]

Palatalar[redaktə | mənbəni redaktə et]

Məhkəmə-hüquq orqanları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi həyata keçirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]