Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan) — Vikipediya

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 21 iyun 2001
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Əhməd Cavad küçəsi 16
Rəhbərlik
Sədr Səyyad Salahlı (müvəqqəti icraçı)

Rəsmi saytı scwra.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiAzərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı.

Komitənin tarixi[redaktə | mənbəni redaktə et]

DQİDK, Mərkəzi Aparat

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi.

Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.

Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

Dini sahə ilə bağlı statistik rəqəmlər[redaktə | mənbəni redaktə et]

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 958-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir.

Ölkə ərazisində 2258 məscid mövcuddur.

Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

Fəaliyyəti istiqamətləri və vəzifələri[redaktə | mənbəni redaktə et]

  • dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərir; ·
  •  dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; ·
  •  dövlət-din münasibətlərinin tənzimlənməsini və inkişafını təmin edir; ·
  • dini etiqad sahəsində maarifləndirmə işi aparır; ·
  • dini qurumların dövlət qeydiyyatını həyata keçirir;
  • öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Vəzifələri:[redaktə | mənbəni redaktə et]

  • dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması;
  • dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi;
  • dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması;
  • dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi;
  • müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması;
  • dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankının yaradılması;
  • dini təşkilatların beynəlxalq dini hərəkat, forum, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edilməsi;
  • dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasının təmin edilməsi;
  • İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi. Rayon və şəhər icra hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə kömək göstərilməsi;
  • dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi;
  • xaricdəki müqəddəs yerlərə ziyarətin təşkilində, bu məsələlərlə bağlı dövlətlərarası razılaşmaların əldə olunmasında iştirak edilməsi.

Strukturu və tabeliyindəki qurumlar[redaktə | mənbəni redaktə et]

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

  • Dövlət Komitəsinin Sədri;
  • Sədrin birinci müavini;
  • Sədrin 3 müavini;
  • Aparat rəhbəri;
  • Sədrin köməkçisi.

Mərkəzi Aparat[redaktə | mənbəni redaktə et]

  • Dini qurumlarla iş üzrə şöbə;
  • Hüquq və qeydiyyat şöbəsi;
  • Dinşünaslıq ekspertizası şöbəsi;
  • Dini təhsil şöbəsi;
  • Xarici əlaqələr şöbəsi;
  • Dini maarifləndirmə işinin təşkili şöbəsi;
  • Maliyyə-təsərrüfat şöbəsi;
  • Ümumi şöbə;
  • İctimaiyyətlə əlaqələr şöbəsi;
  • Bölgələr üzrə şöbələr
  • Bakı şəhəri üzrə şöbə;
  • Sumqayıt bölgəsi üzrə şöbə;
  • Gəncə bölgəsi üzrə şöbə;
  • Quba bölgəsi üzrə şöbə;
  • Zaqatala bölgəsi üzrə şöbə;
  • Şəki bölgəsi üzrə şöbə;
  • Şamaxı bölgəsi üzrə şöbə;
  • Göyçay bölgəsi üzrə şöbə:
  • Yevlax bölgəsi üzrə şöbə;
  • Tovuz bölgəsi üzrə şöbə;
  • Ağcabədi bölgəsi üzrə şöbə;
  • İmişli bölgəsi üzrə şöbə.
  • Şirvan bölgəsi üzrə şöbə;
  • Masallı bölgəsi üzrə şöbə;
  • Lənkəran bölgəsi üzrə şöbə

Tabeliyindəki qurumlar:[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fond Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Azərbaycan İlahiyyat İnstitutun bir fakültə (İlahiyyat fakültəsi) və və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Hazırda fakültədə bakalavriat səviyyəsində 284, magistratura səviyyəsində 10, doktorantura səviyyəsində 5, disertanturada 1 tələbə təhsil alır. Hazırda İnstitutda əməkdaşların sayı 68 nəfərdir. Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək; İlahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək; İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini yetişdirmək; Milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.

Nəşrləri[redaktə | mənbəni redaktə et]

  1. "Dövlət və Din" jurnalı
  2. "Cəmiyyət və Din" qəzeti

Beynəlxalq konfranslar[redaktə | mənbəni redaktə et]

  1. "İslam və müasir dövrün aktual problemləri "İslamın terrora münasibəti: həqiqi anlam və təhrifli şərh" mövzusunda Beynəlxalq Konfrans, Bakı, 20–21 dekabr 2001-ci il
  2. "Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə" mövzusunda Seminar, Bakı, 17–18 iyun 2002-ci il, (ATƏT-in Demoktarik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı Ofisi və DQİDK-si birlikdə)
  3. "Qafqazda sülh naminə əməkdaşlıq" mövzusunda Beynəlxalq Konfrans, Tbilisi, 17 iyul 2002-ci il. (Müştərək keçirilib)
  4. "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda Beynəlxalq elmi Konfrans, Bakı, 10–11 oktyabr, 2002-ci il. (ATƏT-in Demoktarik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilib, Azərbaycan Hökumətinin dəstəyi ilə).
  5. "Din və demokratiya: nəzəriyyə və tarixi təcrübə". 21 iyun 2004.
  6. "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda Beynəlxalq Konfrans, Bakı, 3–4 aprel 2007-ci il.
  7. "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq Konfrans, Bakı, 6–7 noyabr 2009-cu il.
  8. Dünya dini liderlərinin Bakı Sammiti, 26–27 aprel 2010-cu il.
  9. "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" Birinci Beynəlxalq Bakı Forumu, 19–21 dekabr 2012-ci il.
  10. "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda beynəlxalq konfrans. (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə — 1–2 sentyabr, 2014-cü il
  11. "İslam maarifçiliyi və müasir dövr" — (AMEA, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə — 15–17 aprel, 2015-ci il
  12. "Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi" (30 noyabr, 2015-ci il. Belçikanın paytaxtı Brüssel şəhərində. Beynəlxalq simpozium)
  13. "Alban Apostol kilsəsinin keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans — (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə.)- 20 iyul 2016-cı il
  14. "İslam həmrəyliyi — zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans – (Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə) – 15 mart, 2017-ci i
  15. "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans — (Qafqaz Müsəlmanlarınİdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə) — 12 aprel 2017-ci i
  16. "Heydər Əliyev və Azərbaycanda Dinlərarası Harmoniya" adlı panel — (IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə) 4–6 may 2017-ci il
  17. "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfrans– (Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə) 7 avqust, 2017-ci il – Tehran şəhəri
  18. "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfrans – (Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti ilə birgə) – 25 sentyabr 2017-ci il.- İstanbul şəhəri
  19. "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfrans – (Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə) – 18 oktyabr 2017-ci il — Daşkənd şəhəri
  20. "İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikutural həyata töhfəsi" mövzusunda beynəlxalq konfrans (Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə) – 6 noyabr, 2017-ci il. Madrid
  21. "Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi" mövzusunda beynəlxalq konfrans – (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Sankt-Peterburq Dövlət Universitetinin, Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu üzrə Ruhani İdarəsinin birgə təşkilatçılığı ilə) — Sankt-Peterburq, 23 noyabr, 2017-ci il
  22. "İslam həmrəyliyi İli: Azərbaycandan çağırış" mövzusunda beynəlxalq konfrans – (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə) — 28 sentyabr, 2017-ci il. Bakı şəhəri
  23. "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans – (Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı) – 21 dekabr, 2017-ci il. Bakı şəhəri
  24. "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda beynəlxalq konfrans — (Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə) – 27 aprel, 2017-ci il. Helsinki şəhəri
  25. "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans – (QMİ-nin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə) – 19 noyabr, 2018-ci il. Berlin şəhəri
  26. "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans – (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə) – 5 mart, 2019-cu il — Bakı şəhəri
  27. “Azərbaycan multikulturalizmi modeli və dinlərarası dialoq” mövzusunda beynəlxalq konfrans - (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunun təşkilatçılığı və ABŞ-ın Yuta ştatında yerləşən Stirlinq Fondunun dəvəti ilə) - 8-12 mart 2020-ci il, Los-Anceles, ABŞ
  28. “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans - (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə) - 24 iyul 2020-ci il
  29. “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans - (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA Tarix İnstitutu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə) - 26 may 2021-ci il
  30. “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” mövzusunda beynəlxalq videokonfrans - (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi  ilə) - 7 dekabr 2021-ci il
  31. “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans - (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü, “New Direction” Avropa islahatlar Fondu, Avropada Din Azadlığı və Təhlükəsizlik İnstitutu və Avropa İslahatı üzrə Yeni İstiqamət Fondunun birgə təşkilatçılığı ilə) - 5 dekabr 2022-ci il, Brüssel, Belçika
  32. “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans - (ABŞ-nin Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə) - 27 oktyabr 2022-ci il, Vaşinqton, ABŞ

Çap məhsulları[redaktə | mənbəni redaktə et]

  • "Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabı
  • "Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər" toplusu
  • "Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz" kitabı
  • "İslamda Vətən və dövlət sevgisi"
  • "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir"
  • "Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində"
  • "Azərbaycanda Xristianlıq: keçmişdən bu günə"
  • "Dini radikalizm və xurafat: Bir medalın iki üzü"
  • "Azərbaycan multikulturalizmi dünyanın gözü ilə"
  • "Dini radikalizmə "dur!" deyək"
  • "İşğal altındakı tarixi-dini abidələrimiz"
  • "Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə"
  • "Multikulturalizm"
  • "İslam terror və zorakılığı rədd edir"
  • "Dini radikalizmlə mübarizə: İslamdan "müsəlman"a qədər"
  • "XXI əsrin ən böyük bəlası: İŞİD"
  • "Azərbaycan multikulturalizmi dünyanın gözü ilə"
  • "Tolerantlıq və Multikulturalizm Sənədlər Toplusu"
  • "Azərbaycançılıq məfkurəsi: milli-mənəvi dəyərlərin bağlıca prinsiplərindən biri kimi"
  • "Missionerliyin metod və strategiyaları"
  • "İşğal altındakı tarixi-dini abidələrimiz" (rus dilində)
  • "Dini radikalizmlə mübarizədə KİV-in rolu: beynəlxalq təcrübə və müşahidələr"
  • "İslam terrorun əleyhinədir"
  • "Dini radikalizm və xurafat: bir medalın iki üzü"
  • "Açılan sabahlara şükür"
  • Qısa İslam ensiklopediyası

Filmlər[redaktə | mənbəni redaktə et]

  1. "Azerbaijan- the land of tolerance"
  2. "Fitnə"
  3. "Şəhadət"
  4. "Vəhdət qanımızdadır"
  5. "Üfüqdəki gələcək"
  6. "Oxu!"
  7. "Tarixə düşən erməni vandalizmi"
  8. "Vətən naminə"
  9. "Dəmir yumruq"
  10. "Zəfər Günü"
  11. "Vətənpərvərlik milli və mənəvi dəyərlər kimi"
  12. "Fərqin üstünlüyü"
  13. "Şuşa-mənəviyyat incisi"
  14. "Azərbaycanın dini icmaları"
  15. "Müstəqilliyimiz tarixi nemətimizdir"
  16. "Erməni faşizminin anatomiyası"
  17. "Şuşa 270"
  18. "Azərbaycan gəncliyi və mənəvi dəyərlər"
  19. "Xocalı soyqırımı: bunu hamı bilməlidir"

Sədrləri[redaktə | mənbəni redaktə et]

  1. Rafiq Əliyev — 21 iyun 2001[1] — 25 iyun 2006
  2. Hidayət Orucov — 25 iyun 2006[2] — 31 may 2012[3]
  3. Elşad İskəndərov — 31 may 2012[4] — 2 may 2014[5]
  4. Mübariz Qurbanlı — 21 iyul 2014-dən[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "R. Y. Əliyevin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli, 513 nömrəli Sərəncamı. e-qanun.az [ölü keçid]  (az.)
  2. "H. X. Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli, 1577 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2014-09-11 at the Wayback Machine  (az.)
  3. "H. X. Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 may 2012-ci il tarixli, 2242 nömrəli Sərəncamı. Arxivləşdirilib 11 sentyabr 2014 at the Wayback Machine e-qanun.az  (az.)
  4. "E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2012-08-05 at the Wayback Machine  (az.)
  5. "E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 may 2014-cü il tarixli Sərəncamı. Arxivləşdirilib 7 iyul 2023 at the Wayback Machine president.gov.az  (az.)
  6. M. Q. Qurbanlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • scwra.gov.az — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı