Prezident Administrasiyası (Azərbaycan) — Vikipediya

Prezident Administrasiyası
Loqonun şəkli
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının loqosu
Azərbaycan Respublikasının Prezident sarayı
Azərbaycan Respublikasının Prezident sarayı
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 18 oktyabr 1991
Tabelik Azərbaycan Respublikası Prezidenti
Ünvan İstiqlaliyyət küçəsi 19, Səbail rayonu, Bakı
Rəhbərlik
Rəhbər Samir Nuriyev
Rəsmi saytı president.az

Azərbaycan Respublikası Prezidentinin AdministrasiyasıAzərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir.[2] Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir.[1]

Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.[1]

Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.[1]

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.[1]

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir.[1]

Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir.[1] Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.

Azərbaycan Prezidentinin Administrasiyasına 16 şöbə daxildir.[3] Həmin 16 şöbə rəisindən 7-i həm də Prezidentin köməkçisidir.[3] Həmin 7 nəfərdən başqa Prezidentin Katibliyinin rəisi də Prezidentin köməkçisidir.[3] 2 nəfər isə sadəcə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsini tutur.[3]

Vəzifə Vəzifəni icra edən
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Azərbaycan Prezidentinin köməkçiləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov
Digər
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədov
Azərbaycan Prezidentinin Administrasiyasına daxil olan şöbələrin müdirləri
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev
Sənəd dövriyyəsi şöbəsinin müdiri
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Azərbaycan Prezidentinin nümayəndələri
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov

Prezident sarayı[redaktə | mənbəni redaktə et]

Administrasiya Azərbaycan Respublikasının Prezident sarayındaBakı şəhəri, İstiqlaliyyət küçəsi, 19 ünvanında yerləşir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 ADMİNİSTRASİYA Arxivləşdirilib 2021-12-23 at the Wayback Machine. president.az  (az.)
  2. Azərbaycan Respublikasının Konstitusiyası Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. e-qanun.az  (az.)
  3. 3,0 3,1 3,2 3,3 "Azərbaycan Prezidentinin Administrasiyasının şöbələri. (az.)". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.04.2019-cu il.
  4. "Azərbaycan Respublikasının Prezident sarayı haqqında" Arxivləşdirilib 2018-03-17 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2003-cü il tarixli, 890 nömrəli Fərmanı. e-qanun.az  (az.)