Azərbaycanda elm və texnologiya — Vikipediya

Məhəmmədəli bəy Məxfinin "Əhvalati-Qarabağ" (1888) əsəri

Azərbaycanda elmAzərbaycanda 140 elmi orqan, eyni zamanda 96 elmi institut fəaliyyət göstərir. Əsas elmi qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır[1].

Dəqiq elmlər[redaktə | mənbəni redaktə et]

Astronomiya[redaktə | mənbəni redaktə et]

XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov 1839–1840-cı ildə farsca yazdığı "Əsrarül-mələküt" əsəri kosmoqrafiyanın köhnə və yeni qanunlarını müqayisə edir, məntiqi dəlilləri şifahi əfsanələrlə sübut edir, Yer kürəsi və digər səmavi cisimlərin vəziyyətini və mövqeyini tədqiq edir.[2] XX əsrin ortalarında Məmmədəli Haşımzadə, Həbibulla Məmmədbəyli və Rəhim Hüseynov tərəfindən astronomiyaya aid terminlər tədricən yaradıldı və qərarlaşdırıldı.[3]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Abbasqulu ağa Bakıxanovun "Kəşf əl-Qəraib" əsəri (1830-cu illər)

Alim Mahmud Şirvani 1562-ci ildə ərəb dilindən "Möcüzələr mirvarisi və qəribəliklər incisi" əsərini tərcümə etmişdir. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı dəniz və okeanlarının flora və faunasından bəhs edilir.[4]

XVIII–XIX əsrlərdə yaşamış coğrafiyaşünas və səyyah Hacı Zeynalabdin Şirvani Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta Asiyanı gəzərək farsca "Cənnət bağı səyahətləri", "Səyahət bağları", "Səyahət bağı" əsərlərini yazmışdır.[5] Onun qardaşı səyyah Hacı Məhəmmədəli Şirvani "İnsan şərəfi haqqında dəlil", "Həyatın başlanğıcı" və "Həqiqətlərin həqiqəti" əsərlərində gəzdiyi ölkələrin ictimai-siyasi tarixi, mədəni həyatı, fəlsəfi fikir, ədəbiyyat, təlim-tərbiyə məsələləri haqqında qiymətli məlumatlar vermişdir.[6] XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov Amerikanın tarixi, fiziki və siyasi vəziyyətini təsvir edən "Kəşf əl-Qəraib" və dünyanın fiziki, siyasi və iqtisadi xəritələrinin olduğu "Ümumi coğrafiya"nın müəllifidir.[7] XIX əsr coğrafiya sahəsinə töhfə vermiş görkəmli Azərbaycan alimlərinə İsmayıl bəy Qutqaşınlı, İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski misal göstərilə bilər.[8]

XIX əsrin sonu-XX əsrin əvvəllərində təbiətşünas Həsən bəy Zərdabi "Kaspi", "Bakinskiye izvestiya", "Əkinçi" kimi qəzetlərdə Azərbaycanın sənaye, kənd təsərrüfatı və iqtisadiyyatına aid məqalələrini çap etdirir, torpağın şoranlaşması, su və iqlim ehtiyatlarından düzgün istifadə edilməsi ilə bağlı "Torpaq, su və hava" əsəri çap edilir. Qafur Rəşad Mirzəzadənin yazdığı "Qafqazın coğrafiyası", "Azərbaycan coğrafiyası" və "Ümumi coğrafiya" dərslikləri Azərbaycan coğrafiyasının öyrənilməsində əvəzsiz rol oynamışdır. XX əsrin əvvəllərində nəşr edilmiş digər diqqətəlayiq əsərlər Yusif Vəzir Çəmənzəminlinin "Tarixi coğrafi və iqtisadi Azərbaycan" və Məhəmmədhəsən bəy Vəliyev-Baharlınin iqtisadi coğrafiyaya aid yazdığı dərslikdir. 1939-cu ildə Azərbaycan Coğrafiya Cəmiyyəti, 1945-ci ildə AMEA Coğrafiya İnstitutu yaradıldı.[8]

Azərbaycanda fiziki-coğrafiya sahəsində M. Süleymanov, İ. Əliyeva, M. Müseyibov, Ə. Məmmədov, Ə. Əyyubov, Ə. Mədətzadə, Q. Gül, T. Tatarayev, R. Məmmədov, iqtisadi və sosial coğrafiya sahəsində H. B. Əliyev, Ə. Hacızadə, N. Nəbiyev, B. Nəzirova, N. Babaxanov, A. Nadirov, T. Həsənov, M. Abramov, Y. Kotlyakov, A. Salmanov, R. Qasımov, E. Mehrəliyev, Ş. Göyçaylı, V. Əfəndiyev, Ş. Dəmirqayayev kimi alimlər qeyd edilə bilər.[8]

Fizika[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində e.ə. V minilliyin sonlarından etibarən başlayan Kür-Araz mədəniyyətinə məxsus dulusçuluq məmulatlarının tədqiqi göstərir ki, həmin dövr insanları ibtidai fiziki biliklərə malik olmuşlar. Onlar düzəltdikləri qablarda qara və boz rənglərdən istifadə etmək üçün yeni texnoloji üsul axtarıb tapmışlar. Məlumdur ki, gil qablar kürədə bişərkən gilin tərkibində olan dəmir duzları istiliyin təsiri nəticəsində dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə bişmiş qablara qırmızı, çəhrayı, qəhvəyi, sarımtıl qırmızı rənglər verir. Həmin dövr dulusçuları qabları bu rənglərdən azad edərək onlara qara və boz rənglər vermək üsulunu kəşf edərkən fiziki qanuna, maddələrin istidən genişlənib, soyuqdan sıxılması qanununa əsaslanmışlar. Azərbaycan sənətkarları metalların fiziki və kimyəvi xassələrinə bələd olmuş, onlardan müəyyən ərintilər hazırlaya bilmiş, e.ə. I minillikdə bürüncdən mis-qurğuşun, mis-manqan, mis-zərnix almağı bacarmışlar. Neft yataqları ilə zəngin olan Midiyada dünyada ilk dəfə olaraq neftin xassələri öyrənilmiş və quyudan neft çıxarmaq üçün xüsusi qurğu icad edilmişdir. Onlar neft və neft məhsullarından hərbi məqsədlər üçün yanan qarışıq hazırlamışlar. Bütün bu tarixi faktlara əsasən, deyə bilərik ki, midiyalılar fiziki bilklərə malik olmuşlar, çünki mayenin fiziki-kimyəvi xüsusiyyətlərini bilmədən bu cür qarışığı hazırlamaq mümkün deyildi.[9]

Orta əsrlərdə Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş, təbiət elmlərinə, eləcə də fiziki biliklərin inkişafına öz töhfələrini vermiş şəxslərdən biri Bəhmənyar ibn Mərzban əl-Azərbaycani (980–1066) olmuşdur. Bəhmənyar hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaların şərhlərini vermiş, onların vəhdətini, bir-birindən ayrılışını göstərmişdir. O, mexaniki hərəkətdən əlavə kəmiyyətin və keyfiyyətin dəyişmələrinə də hərəkətin növü kimi baxmış, hətta fikri insanın "zehninin hərəkəti" adlandırmışdır. Bəhmənyar idrakda hissi və rasional momentlərin əlaqələrini düzgün şərh etmişdir.[10] Bəhmənyar göstərir ki, cisim materiyadan və mövcud formadan təşəkkül tapır. Hərəkəti potensiallıqdan aktuallığa tədrici keçmə kimi səciyyələndirən və sükunət ilə qarşılıqlı surətdə nəzərdən keçirən Bəhmənyar yazırdı: "Hərəkət fasiləsizlik həddinə gəlib çatmaq, sükunət isə həmin müddətin (gəlib çatmanın) kəsilməsidir".[11] Hərəkətin yalnız cisimlərdə mövcud olduğunu qəbul edən Bəhmənyara görə, "hərəkətdə olmayan heç nə sükunətdə ola bilməz, sükunət isə nisbidir." Beləliklə, o, hərəkət və sükunətin zamanla əlaqəsini qəbul edirdi. Düzxətli hərəkət təbii və məcburi olur. Təbii hərəkət öz təbiətinə məxsus qayəyə yönələn cisimdəki qüvvədən irəli gəlir. Məcburi hərəkət odur ki, onun hərəkətetdiricisi hərəkət edən cisimdən xaricdir. Bu, bəzən cəzbetmə ilə, bəzən də dəf etmə ilə baş verir.

Eynəlquzat Miyanəçinin cisim, hərəkət, zaman anlayışları haqqında izahatları olduqca maraqlıdır. Onun fikirlərinə əsasən, cisimlərin mühüm atributlarından biri hərəkətdir. Eynəlquzat Miyanəçi hərəkəti cisimdən ayırmayıb onun yalnız cisimdə vaqe olduğunu iddia etmişdi. Hərəkət ilə sükunəti qarşılıqlı şəkildə nəzərdən keçirən filosof yazırdı ki, "cismin bir anda yalnız bir oluşda movcuduğu mümkündür. Bir oluş isə bir məkandakından savayı ola bilməz. İki oluş bir məkanda, ya da iki məkanda vaqe edir. İndi əgər desək ki, hərəkət iki məkanda iki oluşun məcmusundan, sükunət isə bir məkanda iki oluşun məcmusundan ibarətdir, deməli, bir anda cisim heç cür nə hərəkətdə, nə də sükunətdədir, heç cür nə həmin hərəkətin, nə də sükunətin mövcudluğu ilədir, yəni bir anda hərəkət və sükunət olmur".

Şihabəddin Sührəvərdinin təlimində cisimləri və bütün maddi varlıqları təşkil edən substansiya materiyadır. "İlk materiya elə substansiyadır ki, o gah od, gah su, gah hava və gah da torpaq formasına keçir". Şihabəddin Sührəvərdi əsərlərində atomistik nəzəriyyəyə də toxunmuşdur: "bir qrup adamın fikrinə əsasən, cismi bölərkən elə həddə çatmaq olar ki, o, daha bundan sonra bölünə bilməz. Həmin qrup filosofların fikrincə, cisimlər ancaq molekulyar quruluşda hesab olunurlar". "Cisim bölünməz hissəciklərdən-atomlardan ibarət deyil" hökmü üzərində israr edən alim, təbiətdə boşluğun olmasına inamı da düzgün saymamışdır. O, cisimləri bəsit və mürəkkəb olmaqla iki qismə bölmüşdür. Bəsit cisimlər Yerdə bir ünsürdən və göydə efirdən, mürəkkəb cisimlər isə ünsürlərin qarışığından ibarətdir.[12]

Azərbaycan filosofu, təbiətşünas alimi, istimai-siyasi xadim Siracəddin Urməvi (1198–1283) hərəkət, zaman və məkan kateqoriyalarının hər birinin izahına "Nurların doğuşları" kitabında xüsusi fəsil ayırmışdır. S. Urməvi hərəkət haqqında danışarkən yalnız Şərq alimlərinin deyil, habelə qədim filosofların, o cümlədən Zenon, Platon, Aristotel və başqalarının müvafiq fikirlərini gözdən keçirmiş, əsasən, Birinci müəllimə əsaslanmışdır. Öz sələfləri kimi Siracəddin Urməvi də hərəkətin on kateqoriyadan dördünə — kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verdiyini yazırdı.

Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində fizikanın təbii mütləq elm, səma və yer haqqında elm, yaranma və məhv olma haqqında elm, səma hadisələri haqqında elm, minerologiya, nəbatət, zoologiya, psixologiya kimi səkkiz prinsipi olduğunu və bu prinsiplər ətrafında zaman, məkan, hərəkət, sükunət, bəsit və mürəkkəb cisimlər, onların həcmini, tərkibini, sürətini, şəklini, keyfiyyətini dəyişməsi və bir maddədən digərinə keçməsi kimi hadisələrlə yanaşı, göy gurultusu, şimşək, yağış, qar, zəlzələ və s. kimi səma hadisələrinin, hətta insan hisslərinin də tədqiq edilməli olduğunu qeyd edirdi. Nəsirəddin Tusi fizika elmini onun dövründə təbiət elmləri kimi tanınan bu və ya digər qrup obyektiv əşya və hadisələri öyrənən elmlərin məcmusu kimi qəbul edirdi. "Mövcudatın bölgüsü və onun qisimləri" traktatında cismin qızdıqda genişlənməsi, soyuduqda isə, əksinə, sıxılması, canlı orqanizmlərin inkişafı, güclülüyün zəifliklə, sağlamlığın xəstəliklə əvəz olunması və s. hərəkət növlərinə misal çəkilir.

Molla Rəcəbli Təbrizi hərəkət kateqoriyasının tədqiqinə xeyli yer vermişdir. O, dəyişməni maddi varlıqların xassəsi hesab etmişdir. Onun fikrincə, materiya və formanın mövcudluğundan sonra cisimdə vücuda gələn nə varsa, dəyişmə və hərəkətlə bağlıdır. O yazırdı: "Cismin materiya və formadan təşəkkül tapdığı sübut edildikdə bizim üçün aşkar olur ki, cisimdə başqasını qəbul edən nəsə bir şey vardır. Həmin şey bəzən cisimdə mövcud olmayıb, sonradan onun üçün meydana çıxır. Bu isə yalnız hərəkətlə mümkündür".

XX əsrin əvvəllərində Azərbaycanda bütün elm sahələrində olduğu kimi, fizika elmi sahəsində də yerinə yetirilən elmi-tədqiqat işlərinin təşkili və yerinə yetirilməsinə rəhbərlik Rusiyadan dəvət olunmuş alimlər tərəfindən həyata keçirilirdi. Fizika üzrə elmi-tədqiqat işlərinin aparılmasında Rusiyadan dəvət olunmuş S. N. Usatıy, Y. B. Lоpuxin, A. Q. Alfimov, İ. V. Kurçatov, V.Р. Juze və V. İ. Tixomirov kimi alimlərlə yanaşı R. B. Məlikov, B. R. Mirzoyev, A. Abaszadə, Z. İ. Əlizadə və M. H. Ramazanzadə kimi azərbaycanlı alimlər də iştirak etmişdilər.

Azərbaycanda fizika sahəsində ilk tədqiqatlara prof. S. N. Usatıyın rəhbərliyi altında Azərbaycan Dövlət UniversitetiAzərbaycan Рolitexnik İnstitutunda kristallarda elektroliz və рolyarizasiya hadisələrinin öyrənilməsi ilə başlanmış, 1923–1926-cı illərdə səthi sulfat turşusu məhlulunda isladılmış dəmir və рolad çubuqların maqnit momentlərinin dəyişməsi məsələlərinin öyrənilməsi üzrə tədqiqat işləri aparılmışdır. 1926-cı ildə Azərbaycan Neft Tədqiqatları İnstitutu yaradılmış, çox keçmədən bu institutun tərkibində ən son avadanlıqlarla təchiz olunmuş iki yeni laboratoriya: fizika-rentgen və fizika-kimya laboratoriyaları fəaliyyətə başladı. H. İ. Əmirxanov Abşeron neftinin, neft məhsullarının və neft layı süxurlarından götürülmüş nümunələrin əsasında onların radioaktivliyini, dağ süxuru nümunələrinin istilikkeçiriciliyini, elektrikkeçiriciliyini və sıxlığını tədqiq edir, A. Q. Alfimov isə spektral təhlil üsulu ilə dağ süxurlarının tərkibində vanadiumun nisbi miqdarının təyin edilməsi üzərində çalışırdı. Y. B. Lоpuxinin rəhbərliyi altında isə Şmidt elektrometri vasitəsilə Bakı və Naftalan neftinin tərkibindəki radioaktiv radium atomlarının varlığı tədqiq edilmişdi. Azərbaycanda fizika sahəsində təcrübi tədqiqatların əsasını qoymuş azərbaycanlı alimlərdən biri professor Z. İ. Əlizadə olmuşdur. О, məsaməli cisimlərin nüfuzetmə və ya udulma əmsalını təyin etməyə imkan verən Uitston körpüsünə oxşar hidravlik körpü ixtira etmiş və yeni tədqiqat üsulu yaratmışdır. Yeni yaradılmış qurğunun üstün cəhətləri kimi onun sadəliyini, dəqiqliyini və ölçməyə sərf olunan vaxtın qısa olmasını göstərmək olar. Adi qurğularda bir ölçməyə bir neçə saat vaxt tələb olunduğu halda, hidravlik körpü ilə bu iş ən çoxu 10 dəqiqəyə başa gəlir. Bu işdən alınan nəticələr neft geologiyasında və sutəmizləyici qurğuların tikintisində geniş istifadə olunur. Azərbaycanlı tədqiqatçılardan A. A. Abaszadə və M. H. Ramazanzadə isə Xəzər dənizi suyunun fiziki xassələrinin tədqiqi ilə məşğul olmuşlar.[13]

Kimya[redaktə | mənbəni redaktə et]

Azərbaycanda kimya haqqında ilkin təsəvvürlər hələ qədim dövrlərdən yaranmağa başlamışdır. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis (polimetallar), kobalt, mərgümüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barıt, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı qazıntılar bu torpağın sərvətidir. Arxeoloji tədqiqatlar sübut edir ki, Qafqazda, o cümlədən Azərbaycan ərazisində e. ə. V–IV minilliklərdə misdən əmək aləti və silah hazırlanmağa başlanmışdır. Respublikamızın ərazisində aparılan qazıntılar zamanı tapılmış tunc məmulatların və müxtəlif bəzək əşyalarının tədqiqi eramızdan əvvəl II minillikdə Azərbaycanda yüksək tunc mədəniyyətinin mövcud olduğunu aşkar etmişdir. Azərbaycanda tunc dövründən dəmir dövrünə keçid miladdan əvvəl I minillikdə başlanmışdır. Dəmir filizlərinin mühüm qədim yataqları Qarabağda, xüsusən Gəncə qəzasının Bəyan kəndi yaxınlığında olmuşdur. Ən dəyərli faydalı qazıntılardan biri hesab olunan neft haqqında hələ antik zamanlardan bilir və ondan, ilk növbədə, işıqlandırma və yanacaq kimi istifadə edirdilər. Qədim yunan tarixçisi Plutarxın məlumatına görə, hələ eramızdan əvvəl IV əsrdə hərbçilər işıqlandırma məqsədilə Abşeron yarımadasından çıxarılmış neftdən istifadə edirdilər, nefti tuluq və gil qablarda daşıyırdılar.

Azərbaycanda arxeoloji qazıntılar zamanı orta əsrlərə dair tapılan maddi mədəniyyət qalıqları bu dövrdə artıq kimya sahəsində əldə olunan biliklərin göstəricisi idi. Buna sübut olaraq, Qəbələ şəhərinin Qala adlanan hissəsində cənub divarları və qala darvaza bürcləri, bünövrə hissədə iri puç (əhəng) daşdan, yuxarısında isə əhəng məhlulu ilə bişmiş kərpiclə hörülmüş qala divarlarının qalıqları, Beyləqanda hələ ilk orta əsrlərdə iri çiy kərpicdən, Gəncədə kirəc məhlulu ilə bişmiş kərpic və çaydaşından olan qala divarları qalıqları, şəhərlərin sənətkarlıq məhəllələrində saxsı qab və kərpic bişirilən kürələr, dəmirçixana, şüşə istehsalı, dəmirçilik əşyalarından xüsusi formalı kəlbətin, dəhrə, ox ucluqları, kərki ağzı, nizə ucluqları, ərsin, qarmaq, halqa və zəncir qırıqları, müxtəlif mismarlar, misgərlik sənətinə dair Beyləqanda toqqa başlıqları, sancaqlar, qab qırıqları, şamdan ayağı, zərgərlik əşyalarından mis üzük, bilərzik və döş bəzəkləri və s. kimi maddi mədəniyyət qalıqları ilə göstərilə bilər. Orta əsrlərdə Azərbaycanda kimya haqqında biliklərin inkişafında böyük rol oynayan Ömər İbn Osman Kafiəddin, Mahmud İbn İlyas, Əbülfəzl Hübeş ət-Tiflisi, Marağayi Öhvədi kimi həkim və kimyaçıların adlarını da qeyd etmək olar.[14]

Azərbaycanda kimya elminin və sənayesinin yaranması və inkişafında qiymətli və təbii sərvətimiz – neft mühüm əhəmiyyət kəsb etmişdir. Respublikamızın ərazisində neft çıxarılmasının tarixi də qədimdir. Bakıda kustar üsulla sənaye miqyasında neft çıxarılmasına 1821-ci ildə, yəni Amerikadan 37 il əvvəl başlanmış, Balaxanı yaxınlığında ilk neft emalı zavodu 1837-ci ildə rus mühəndisi N. Voskoboynikovun rəhbərliyi ilə tikilmişdir. XIX əsrin ortalarında Azərbaycanda neftdən fotogen (işıq yağı) istehsalının əsasını alman baronu Torizunun təklifi ilə rus sənayeçisi V. Kokorev qoymuş, zavod miqyasında kerosin (ağ neft) istehsalı isə 1863-cü ildə ilk dəfə bakılı texnik C. Məlikov tərəfindən həyata keçirilmişdir. Azərbaycanda kimya sahəsində elmi-texniki biliyin inkişafında İmperator Rus Texniki Cəmiyyətinin "Bakı" şöbəsinin (İRTC BŞ) böyük rolu olmuşdur. İRTC "Bakı" şöbəsi öz təşkili dövründə neft və kimya sənayesinin inkişafı üçün əzmkarlıq göstərən, öz işləri ilə neftçıxarma və kimya sənayesinin müxtəlif sahələrinə töhfələrini vermiş qabaqcıl Azərbaycan və rus alimlərini ətrafına yığan ilk elmi mərkəz idi. Qeyd etmək lazımdır ki, İRTC "Bakı" şöbəsində rus alimləri ilə birgə xaricdə və Rusiyada təhsil almış azərbaycanlı alimlər də çalışırdı. Onlara Mövsüm bəy Xanlarov, S. P. Qənbərov, Q. S. Surabəyov, İ. T. Əmirov, N. M. Rubarov, A. İ. Babayev, A. B. Nəzərov, A. A. Kələntər, V. S. Dadaşov, M. Q. Əlibəyov, N. R. Mədətov, V. S. Məlikov, Q. İ. Eminov, M. F. Əhmədov və digərlərini misal çəkmək olar.[15]

Riyaziyyat[redaktə | mənbəni redaktə et]

Şükrullah Məhərrəmzadə Qarabağinin azərbaycan dilində yazdığı "Risaleyi-hüruf və xütut" əsəri ədəd və fiqurların ad və xassələrini, sahə və həcmlərin ölçülməsini şərh edərək Azərbaycanda riyazi biliklərin inkişafında rol oynamışdır. Azərbaycan dilində ilk hesab kitabının müəllifi L. Axundov əsərində hesab və ədədlərə tərif vermişdir. XX əsrin əvvəllərində Azərbaycanda riyaziyat elmi mövzusunda yazılmış kitablara "Elm-i hesab" (Ağəli Qasımov), "Hesab məsələləri" (Üzeyir Hacıbəyov), "Rəhbəri-hesab" (İslam bəy Qəbulzadə) misal göstərilə bilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri riyaziyyat idi. İlk ali təhsilli azərbaycanlı riyaziyyatçı Məmməd Əfəndiyev uzun müddət Bakı Dövlət Universitetində işləyərək milli kadrların yetişməsində vacib rol oynamışdır.[16]

Sovet dövründə AMEA Riyaziyyat və Mexanika İnstitutu, AMEA Kibernetika İnstitutu və Hesablama Mərkəzi yaradıldı. 1950-ci illərdən başlayaraq Azərbaycanda riyaziyyatın funksional analiz, riyazi analiz, differensial və inteqral tənliklər, riyazi fizika tənlikləri, funksiyalar nəzəriyyəsi, cəbr və topologiya, riyazi məntiq, hesablama riyaziyyatı, riyazi kibernetikaehtimal nəzəriyyəsi sahələrində tədqiqatlar aparılmışdır. Zahid Xəlilov Azərbaycanda funksional analiz məktəbinin əsasını qoymuş, normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzəriyyəsini yaratmışdır. İbrahim İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsinin banisi, Məcid Rəsulov isə diferensial tənliklər üzrə elmi məktəbin yaradıcısıdır. Yəhya Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatının Azərbaycandakı inkişafında mühim rol oynamışdır.[17] Əşrəf Hüseynov qeyri-xətti sinqulyar tənliklər nəzəriyyəsi ilə şöhrət qazanmışdır.[18]

Tibb[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycanda təbabət
Məhəmməd Bərgüşadinin "Tibbi Nəbivi" əsəri (orta əsrlərin sonu)

Arxeoloji qazıntılar nəticəsində Azərbaycanda tibb elminin inkişafını göstərən sübutlar əldə edilmişdir. VIII əsrdə ərəblər Şirvanı işğal etdikdən sonra burada xəstəxanalar açılmış, mədrəsələrdə tibb elmi öyrədilmişdir. Xaqani Şirvaninin qardaşı Ömər Kafiəddin Şamaxıda Sağlamlıq evi açaraq müalicə metodlarını tədqiq etmişdir.[19] Orta əsrlərin sonlarında yaşamış Məhəmməd Bərgüşadın "Tibbi Nəbivi" əsəri azərbaycanca yazılmış ilk təbabət kitabıdır.[20] 1712-ci ildə isə Məhəmməd Yusif Şirvani azərbaycan dilində "Tibbnamə" əsərini yazır.[21] XVII–XVIII əsrlərdə tibb və farmakologiya ilə bağlı digər Azərbaycan alimlərinə misal olaraq Murtuza Qulu Şamlu, Əbülhəsən Marağayi, Həsən İbn Rza Şirvani, Hacı Sülеyman İrəvani misal göstərilə bilər.[20] XIX əsrdə Şuşada yaşamış Mirzə Məmmədqulu Təbib Azərbaycanda cərrahlıq elminin əsasını qoymuşdur.[22]

1892-ci ildə Əbdülxalıq Axundov Azərbaycanda tibbin tarixi üzərində elmi tədqiqatın əsasını qoymuşdur.[23] Həsən bəy Zərdabi Mirzə Fətəli Axundov ilə birlikdə o dövrdə ölkəni xaraba qoyan malyariya xəstəliyi ilə bağlı tədqiqat aparmışdır.[24]

Humanitar elmlər[redaktə | mənbəni redaktə et]

Dilçilik[redaktə | mənbəni redaktə et]

Mirzə Şəfi Vazeh və İv. Qriqorievin "Azərbaycan ləhcəsinin tatar xrestomatiyası" əsəri (1852)

Azərbaycan dili XVI əsrdə Səfəvi dövlətinin dövlət dili səviyəsinə qalxdığı üçün ölkəyə gələn xaricilər bu dilin öyrənilməsinə böyük önəm veriblər. Roma-Katolik kilsəsinin 1641-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahanBağdad üzrə yepiskopu "Dictionnaire français et turcq, meslé de Persan et d’Arabe" və "a Dictionarium latinum turcicum" adlı lüğətləri yazmışdır. Karmelitlərdən biri italyan-fars-türk lüğəti yazmışdır. Səfəvi sarayı ilə geniş əlaqələri olan Rafael du Mans 1670-ci illərdə türk qrammatika kitabı yazmışdır. Onun qeydlərinə əsasən 1679-cu ildə İsveç tədqiqatçısı tərəfindən yazılmış qrammatika kitabına fransız-azərbaycan türk dilində lüğət də daxil idi.[25]

İlk Azərbaycan linqvisti Abbasqulu ağa Bakıxanov fars dilinin qrammatikası ilə bağlı "Qanuni-Qüdsi" əsərini yazmışdır.[26][27] Rus şərqşünası Mirzə Kazım bəyin "Türk-tatar dilinin qrammatikası" və "Türk-tatar dilinin ümumi qrammatikası" əsərləri azərbaycan dilinin Avropa dilləri qrammatikası səviyyəsində tədqiqinin ilk nümunələridir.[28] XIX əsr Azərbaycan dilçiliyi üçün qiymətli olan digər əsərlərə Mirzə Məhəmməd Əfşarın "Fənni-sərfi-türk", Lazar Budaqovun "Türk-tatar Azərbaycan ləhcəsinin praktik dərsliyi" və "Ən çox işlənən ərəb və fars sözləri və onların rus dilinə tərcüməsi ilə türk-tatar ləhcələrinin müqayisəli lüğəti", Mirzə Əli Bakılının "Təcrid-ül lüğət", Q. Makarovun "Qafqaz-tatar ləhcəsinin qrammatikası", Mirzə Əbdülhəsən bəy Vəzirovun "Tatar-Azərbaycan ləhcəsi dərsliyi" əsərlərini misal göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri filologiya idi.[27]

Sovet dövrünün əvvəllərində İsmayıl Hikmət, Abdulla Şaiq, Seyid Mir Qasım, Cavad Axundzadə, Cabbar Əfəndizadə, Mustafa Tofiq kimi müəlliflərin töhfə verdiyi "Türkcə sərf-nəhv", Bəkir ÇobanzadəFərhad Ağazadənin "Türk qrameri", İdris HəsənovAbdulla Şərifovun "Qramer" əsərləri yazılmışdır.[27] 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. AMEA-nın Dilçilik İnstitutu 1945-ci ildə yaradılmışdır.[29] 1950-ci illərdə Azərbaycan dilinin tədqiqi intensivləşmişdir. Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Ağamusa Axundov, Hüseyn Bayramov, Səlim Cəfərov, Fərhad Zeynalov, Zeynal Tağızadə, Həsən Zərinəzadə, Zərifə Budaqova, Əlövsət Abdullayev, Nəzakət Ağazadə, Qəzənfər Kazımov kimi dilçilər Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı monoqrafiya, dərslik və irihəcmli məqalələr yazmışdır. Azərbaycan dilinin dialektlərinin öyrənilməsində "Nuxa şəhəri xalq türk şivələrinin ümumi icmalı" (Nikolay Aşmarin), "Azərbaycan dilinin Muğan qrupu şivələri", "Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri", "Azərbaycan dilinin dialektoloji lüğəti", "Azərbaycan dialektologiyasının əsasları" (Məmmədağa Şirəliyev) və "Azərbaycan dilinin dialektoloji lüğəti" qeyd edilə bilər. Xarici dillərin öyrənilməsində Abdulla Tağızadənin və Fərhad Zeynalovun türk dilləri, Məmməd TağıyevFiridun Hüseynovun rus dili frazeologiyası, Vasim Məmmədəliyevin ərəb dili morfologiyasına həsr etdikləri əsərlər misal göstərilə bilər.[30]

Tarixşünaslıq[redaktə | mənbəni redaktə et]

Şükri Bitlisinin "Səlimnamə"si və "Səfvət əs-səfa" və "Şühədanamə" tərcümələri (hər üçü XVI əsr)


Tarixən Azərbaycanda tarixi əsərlərin yazılması üçün ərəb-fars dillərinə əsaslanan, Azərbaycan dili elementləri ilə zəngin ədəbi dil istifadə edilirdi.[31] XVI əsrdə atası Səfəvi hökmdarı I İsmayıl ilə birlikdə hakimiyyətləri Azərbaycan diliədəbiyyatının ən parlaq dövrü olan[32] I Təhmasibin əmri ilə "Şühədanamə" və "Səfvət əs-səfa" fars dilindən azərbaycan dilinə tərcümə edilmişdir. Məhəmməd ibn Hüseyn Katib Nişati "Səfvət əs-səfa"nı şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmışdır.[33] Bundan başqa tarixçi Şükri Bitlisi tərəfindən azərbaycan dilində yazılmış, I Səlimin hakimiyyət dövrü ilə bağlı "Səlimnamə" xüsusilə qeyd edilməlidir.[34]

Azərbaycan və ləzgi dillərində yazan Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazdığı "Əsəri-Dağıstan" kitabı onun öz şərhləri, müşahidələri və şeir əlavələri ilə Dağıstan tarixi ilə bağlı Şərq yazılı məlumatlarını ehtiva edirdi.[35]

Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur.[36] XIX əsr Azərbaycan tarixşünaslığının digər nümunələri "Qarabağnamələr" (Mirzə Adıgözəl bəyin "Qarabağnamə", Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi", Əhməd bəy Cavanşirin "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair", Mirzə Yusif Qarabağinin "Tarixi-safi", Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ", Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xanİbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri", Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ", Məhəmmədəli bəy Məxfinin "Əhvalati-Qarabağ", Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi", Həsənəli xan Qaradağinin "Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları" əsərləri), İsgəndər bəy Hacınskinin "Qubalı Fətəli xanın həyatı", Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsilləri", Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi", Səidəli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran", Seyid Əzim Şirvaninin "Şirvan xanlığının tarixi" və "Şirvan diyarının qədim abidələri" əsərləridir.[37][38]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri tarix idi.[39] 1919-cu ildə İstiqlal Muzeyi yaradıldı, Cavad bəy Rəfibəyov, Rəşid bəy Əfəndiyev, Yevgeni Paxomovu və başqaları tərəfindən "Şərq arxeologiyası və tarixini sevərlər dərnəyi" (sonrakı adı "Müsəlman Şərqini Öyrənən Cəmiyyət") təşkil edildi. 1936-cı ildə AMEA Tarix İnstitutu fəaliyyət göstərməyə başladı. Sovet dövrü tarixşünaslığına Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi", Yevgeni Paxomovun "Azərbaycan tarixinin qısa kursu", V. Sısoyevin "Azərbaycan (Şimali) tarixinin qısa oçerki", Vasili Bartoldun "Azərbaycan tarixinin qısa xülasəsi" əsərlərini misal çəkmək olar. Sovet dövründə Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi üçün İshaq Cəfərzadəİqrar Əliyevin "Azərbaycanın qədim tarixi üzrə oçerklər", Əbdülkərim Əlizadənin "13–14 əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi", XIX–XX əsr Azərbaycan tarixinin öyrənilməsi üçün isə Əlisöhbət Sumbatzadənin "Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri" və "XIX əsrdə Azərbaycan Sənayesi" əsərləri diqqətəlayiqdir. 50-ci illərin sonu—60-cı illərin əvvəllərində nəşr olunan 3 cildlik "Azərbaycan tarixi" (dörd kitabda) əsəri isə Azərbaycan tarixinin bütün mərhələlərini əhatə edirdi. Qafqaz Albaniyası tarixinin öyrənilməsində Fəridə MəmmədovaZiya Bünyadov, Şirvanşahlar dövlətiBakı şəhərinin tarixinin öyrənilməsində isə Sara Aşurbəyli xüsusilə qeyd edilməlidir.[40]

Fəlsəfə[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycan fəlsəfəsi
Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktubları" əsəri (1865)

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə ölkənin qərbləşməsini istəyən maarifpərvərlik ideologiyası yarandı. Abbasqulu ağa Bakıxanov Azərbaycan maarifçiliyinin aid fəlsəfi görüşlərini "Əxlaqın tərbiyələnməsi", "Nəsihətlər kitabı" , "İşıqların yerləşdiyi yer" , "Camalın aynası" və s. əsərlərində təqdim edirdi. Azərbaycan maarifçiliyində fəlsəfi fikirlərin yayılmasına töhfə verən digər şəxslər isə Mirzə Şəfi VazehSeyid Əzim Şirvanidir.[41] Maarifpərvərlər ölkənin Avropadan geri qalmasını və dini cəhalətpərəstliyi tənqid edirdi. Bunlardan biri olan Mirzə Fətəli Axundov öz fəlsəfi fikirlərini "Kəmalüddövlə məktubları", "Mollayi-Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərində bəyan edirdi.[42] O, "Kəmalüddövlə məktubları" əsərində İslamın əsaslarını, despotik feodal dövləti, İranda hökm sürən aristokratik təbəqəni tənqid edir.[43] XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikrində İslam ideoloqu Cəmaləddin Əfqaninin irsi önəmli rol oynamışdır.[42]

1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəlsəfəsinin yaradıcılarından biri olan Əli bəy Hüseynzadə "Milli Azərbaycan", "İslam bölgəsi miqyasında intibah" və "Turan" konsepsiyalarına görə təqiblərə məruz qalmışdır. O, türk xalqlarının inkişafında Şərq və Qərb mədəniyyətinin sintezini vacib hesab edir, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyünü irəli sürürdü. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindən biridir.[44]

1920-ci ildə Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalından sonra marksizmin tədqiqinin və tədrisinin aparıldığı dialektik və tarixi materializm kafedrası açıldı. Bu dövrdə fəlsəfənin Azərbaycan Milli Elmlər Akademiyasının himayəsində institualizasiyası baş verdi, Qərb fəlsəfəsinə aid əsərlərin azərbaycan dilinə tərcüməsi və Azərbaycan fəlsəfəsinin tədqiqi və sistemləşdirilməsi təmin edildi və Rene Dekart, Benedikt Spinoza, Tomas Hobbs, Con LokkGeorq Vilhelm Fridrix Hegelin fəlsəfi görüşləri tədqiq edildi. Əddin Şakirzadənin Qədim Yunanıstan filosofu Epikürə həsr edilmiş əsəri məşhur idi. Bu dövrdə Azərbaycanın İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi görkəmli mütəfəkkirlərinin fəlsəfi görüşləri ilə bağlı tədqiqatlar aparıldı. SSRİ-in son dövlərində paniranizmlə rəqabət aparan türkçülük ideologiyası populyarlıq qazandı. Bundan başqa Zakir Məmmədovun (1936–2008) Azərbaycan fəlsəfəsinin sistemləşdirilməsi və tədqiq edilməsində böyük rolu olmuşdur.

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar

  1. "Кандидат ф.м.н. Э. М. Байрамова: «Современное состояние науки Азербайджана и пути использования ее в инновационной деятельности»" (PDF). 2010-07-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  2. Ахмедов Э. М. А. К. Бакиханов: эпоха, жизнь, деятельность. — Б.: Элм, 1989.
  3. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 563
  4. Nağısoylu, 2011. səh. 35
  5. Һаҹы Зејналабдин Ширвани / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145.
  6. Һаҹы Мәһәммәдәли Ширвани / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145.
  7. А. К. Бакиханов. Сочинения, записки, письма / Вступительная статья, составление и подготовка текстов, а также примечания и указания Э. М. Ахмедова. — Баку: Элм, 1983. — С. 310.
  8. 1 2 3 Taptıq Həsənov. Əbdürrəhim Hacızadə. "Coğrafiya tarixi" (PDF). 2001. 2017-03-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  9. M. Seyidbəyli, G. Mehdiyeva, A. Bədəlova. Fizikanın tarixinə dair oçerk. Bakı, "Elm", 2018.
  10. IX-XIII əsrlər Türk dünyasında təbiət elmləri. Bakı. "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004.
  11. Fərid Ələkbərli. Elmi biliklərin təşəkkülü və inkişafı tarixi. Azərbaycan Milli Ensiklopediyası "Azərbaycan". xüsusi cild. Bakı. Azərbaycan Milli Ensiklopediya Mərkəzi. 2007
  12. T. S. Vahidov, İ. İ. Vahabov, V. T. Vahidov. Elm tarixindən oçerklər. Bakı. 2006.
  13. M. Seyidbəyli, G. Mehdiyeva, A. Bədəlova. Fizikanın tarixinə dair oçerk. Bakı, "Elm", 2018.
  14. M. Seyidbəyli, R. Mirzəbəyova, G. Əliyeva. Kimyanın tarixinə dair oçerk. Bakı, "Elm", 2018.
  15. Г.Дж.Амиркулиев.История химической промышленности Азербайджана (XIX- начало XX в.).Баку, 1989
  16. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 559
  17. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 559-561
  18. Аллахвердиев Д. Э., Бабаев А. А., Векуа Н. П., Купрадзе В. Д., Максудов Ф. Г. Ашраф Искендерович Гусейнов // Успехи математических наук. — Объединенное науч.-техн. издательство НКТП СССР, Главная редакция общетехнической литературыры и номографии, 1978. — Т. 33, вып. 1. — С. 235–238
  19. Х. О. Алимирзоев. Азербайджанский государственный университет за пятьдесят лет: исторический очерк. — Б.: Азербайджанский государственный университет, 1969. — С. 8.
  20. 1 2 Эфендиев И. К. История медицины в Азербайджане с древнейших времён до наших дней / Под ред. проф. Э. М. Эфендиева и М. С. Султанова. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1964. — 280 с.
  21. Акиф Фарзалиев, Фарид Алекперов. Средневековые азербайджанские трактаты по медицине. Мухаммед Юсиф Ширвани Тиббнаме (Медицинская книга); Мухаммед Мумин. Тухфат аль-Му‘минин (Дары Мумина). — СПб.: Издательство Санкт-Петербургского университета, 2002. — С. 6. — 210 с.
  22. Геюшев Н. Документальная память истории // Литературный Азербайджан. — 1989. — С. 116.
  23. И. А. Дамиров. Лекарственные растения Азербайджана: используемые в научной, народной медицине и перспективные для детальных исследований. — Б.: Маариф, 1982. — С. 9. — 318 с.
  24. Dr. Nigar Efendiyeva, medical historian at the Academy of Sciences. Medicine in Azerbaijan. A Brief Historical Overview.. azer.com (Winter 1995). Архивировано из первоисточника на WebCite 16 апреля 2012 года. (англ.)
  25. The Role of Azerbaijani Turkish in Safavid Iran. Willem Floor and Hasan Javadi
  26. Ахмедов Э. М. А. К. Бакиханов: эпоха, жизнь, деятельность. — Б.: Элм, 1989.
  27. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 660
  28. Гусейнов Г. Из истории общественной и философской мысли в Азербайджане XIX века. — Азербайджанское гос. изд-во, 1958. — С. 126.
  29. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına DİLÇİLİK İNSTİTUTU. "HAQQIMIZDA". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  30. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 660-661
  31. Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 26.
  32. H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  33. Şeyx Səfi təzkirəsi ("Səfvətüs-səfa"nın XVI əsr türk tərcüməsi). Nəşrə hazırlayan: M. Nağısoylu, S. Cabbarlı, R. Şeyxzamanlı. Kitabın redaktoru, izahların və lüğətin müəllifi: Möhsün Nağısoylu. Bakı: Nurlan, 2006, 932 səhifə (Təkrar nəşri: 2010).
  34. ŞüKRİ-I BİTLİsİ VE SELİMNAMESI. Doç. Dr. Ahmet UGUR: Arxivləşdirilib 2018-07-19 at the Wayback Machine
  35. Большая советская энциклопедия. Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine — 1952. — С. 287.
  36. "БАКИХА́НОВ". Краткая литературная энциклопедия. 2012-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  37. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 547
  38. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 649-650
  39. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998
  40. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 650-652
  41. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 529
  42. 1 2 Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 530
  43. М. Рафили. Пушкин и Мирза-Фатали Ахундов Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. — "Пушкинский временник": Издательство Академии наук СССР, 1936. — С. 240–256.
  44. Azərbaycan Milli Ensiklopediyası, 2007. səh. 531

Ədəbiyyat

Həmçinin bax[redaktə | mənbəni redaktə et]