Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan) — Vikipediya

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 14 yanvar 1998
Tabelik Azərbaycan Respublikası Prezidenti
Ünvan AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi, III Qapı
Rəhbərlik
Sədr Bahar Muradova
Müavinlər Sədaqət Qəhrəmanova
Aynur Sofiyeva

Rəsmi saytı scfwca.gov.az

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Milli Məclis tərəfindən qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyi haqqında" Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.

2005-ci ildə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir.

Azərbaycanın 3 regionunda — Mingəçevir, Goranboy və Şüvəlanda ailələrə və uşaqlara dəstək mərkəzləri açılıb istifadəyə verilmişdir. Mərkəzlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır.

15 sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" təsdiq edilmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Müvafiq sahədə iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • Müvafiq sahənin inkişafını təmin edir;
  • Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]