Anatoli Demyanenko — Vikipediya

Anatoli Demyanenko
rus. Анатолiй Дем'яненко
Ümumi məlumatlar
Ləqəbi "Mulya"
Doğum tarixi 19 fevral 1959(1959-02-19)[1] (65 yaş)
Doğum yeri
Vətəndaşlığı Ukrayna Ukrayna
Boyu 179 sm
Çəkisi 74 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Gənclik karyerası
1971—1975 SSRİ Dnepr (Dnepropetrovsk)
Klub karyerası[* 1]
1976—1978 SSRİ Dnepr (Dnepropetrovsk) 20 (1)
1979—1990 SSRİ Dinamo (Kiyev) 333 (28)
1991 Almaniya Maqdeburq 3 (0)
1991—1992 Polşa Vidzev 13 (0)
1992 Ukrayna Dinamo (Kiyev) 14 (1)
1992  Ukrayna Dinamo-2 (Kiyev) 1 (0)
Milli yığma[* 2]
1981—1990 SSRİ SSRİ 80 (6)
Məşqçisi olduğu klublar
1993 Ukrayna ÇSK VSU
1993 Ukrayna ÇSKA-Borisfen məşqçi
1993—2005 Ukrayna Dinamo (Kiyev) (məşqçi)
2005—2007 Ukrayna Dinamo (Kiyev)
2008 Azərbaycan Neftçi (Bakı)
2010—2011 Özbəkistan Nasaf
2012—2013 Ukrayna Volın
2020 Slovakiya Nitra
Təltif və medalları
UEFA Avropa Çempionatı
Gümüş AFR 1988

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959[1], Dnepr[2]) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol komandasında çıxış etmiş, uzun müddət "Dinamo Kiyev"in kapitanı olmuşdur. Beynəlxalq idman ustası (1980), SSRİ-nin əməkdar idman ustasıdır (1986).

Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

19 fevral 1959-cu ildə Dnepropetrovskda anadan olmuşdur. Uşaq ikən hokkey və futbolu eyni dərəcədə yaxşı oynayıb. Dnepr məktəbinin şagirdi olub (1971–1975). İlk məşqçiləri Mixail Kolomoets və Volodimir Anufrienko olub.

"Mulya" ləqəbi Demyanenkoya uşaqlıqda qoyulub — yuxarı mərtəbədə yaşayan, soyadı Muravski və həyətdəki ləqəbi Murik olan qonşu, Anatolinin böyük qardaşını ziyarətə gəlib. Anatoli o zaman "r" hərfini tələffüz etməmiş və onu "Mulik" və "Mulya" adlandırıb[3]..

Premyer Liqada ilk matçına 18 may 1978-ci ildə "Dnepr"in heyətində "Kayrat"la səfər matçında çıxıb (0:1, 90 dəqiqə oynayıb). 1978-ci ildə 20 oyun keçirib və 1 qol vurub ("Zenit"in qapısına).

Demyanenko, Sovet İttifaqın müxtəlif milli komandalarına çağrılıb. 23 oktyabr 1981-ci ildə əsas yığmada Türkiyə milli komandasına qarşı debüt edib. SSRİ millisi həmin oyunda 4:0 hesabı ilə qalib gəlib və bu matçda həmçinin Demyanenko da qol vurub. O vaxtdan bəri Anatoli SSRİ millisinin aparıcı oyunçusu olmuşdur.

1984-cü ilin sonunda, atasının xəstələnməsi səbəbindən Demyanenko yenidən Dneprə köçmək niyyəti oldu, lakin Lobanovskinin inadına görə Kiyevdə qalıb. 1985-ci ildə "Futbol-Hokkey" həftəlik jurnalının versiyasına görə SSRİ-nin ən yaxşı futbolçusu olmuşdur.

1986–1990-cı illərdə "Dinamo" Kiyev klubunun kapitanı olub. Demək olarki mövsümlərin hamısında çıxış edib — yalnız 5 aprel 1989-cu ildə "Pamir" Düşənbə ilə oyunda ayaq biləyi zədələnib və mövsümün sonuna qədər oynaya bilməyib.

Demyanenkoya meydanın sol tərəfindəki yorulmaz işinə görə "iki ürəkli" futbolçu deyilib. Hücumla aktiv əlaqələri tez-tez onun qol vurmasına səbəb olub.

1991-ci ildə Almaniyanın [[Maqdeburq FK|"Maqdeburq" komandası ilə müqavilə bağlayıb. Komandaya 2. Bundesliqaya vəsiqə qazanmaq tapşırığı verilmişdi, amma həmin tapşırıq yerinə yetirilə bilmədi. Müqavilənin şərtlərinə görə, bu vəziyyətdə onun xidmətləri rədd edildi, çünki klubun yarı-peşəkar statusu Demyanenkoya müqavilədə göstərilən məbləğləri ödəməyə imkan vermədi[4]. Bundan sonra Anatoli Kiyevə qayıdıb, burada bir müddət "Dinamo" ilə məşq edib. Tezliklə Polşanın "Vidzev" klubundan dəvət aldı və 1991-ci ilin yayında bu klub ilə müqavilə imzaladı. Yeni komandada əvvəlcə yarımmüdafiəçi kimi oynayıb, lakin daha sonramüdafiəçi mövqeyinə keçib. "Vidzev"də ayda 5 min dollar maaş alırdı. Müqavilə 1993-cü ilin sonunadək bağlansa da, maddi çətinliklər səbəbindən komanda 1991/92 mövsümünün sonunda müqaviləni ləğv etmək qərarına gəldi.

1992-ci ilin yayında "Dinamo"ya qayıdıb və klub ilə avrokubok matçlarında iştirak edib.

Məşqçilik karyerası[redaktə | mənbəni redaktə et]

Oyunçu karyerasını başa vurduqdan sonra məşqçilik ilə məşğul olub. Əvvəlcə Viktor Kolotov onu "Borisfen"də köməkçi olmağa dəvət edib. Bir müddət sonra Qriqori Surkis, o zaman "Dinamo"nu qəbul edən Yojef Sabonun təklifi ilə Demyanenkonu Sabonun köməkçisi olaraq doğma klubuna dəvət edib. 2005-ci ilə qədər "Dinamo"da məşqçilər korpusunun üzvü olub.

2005-ci ildən "Dinamo"nun baş məşqçisi vəzifəsində çalışıb. 20 sentyabr 2007-ci ildə qarşılıqlı razılaşma ilə klubdan ayrılıb. 2007-ci ildə komanda ilə birlikdə qızıl dubla imza atıb və Ukraynanın ən yaxşı məşqçisi seçilmişdir (2007). Ancaq həmin il "Dinamo" Avropada uğurlu çıxış edə bilməyib:

"Dinamo" 1:4 "Styaua", "Real Madrid" 1:5 "Dinamo"

4 yanvar 2008-ci ildə çex mütəxəssis Vlastimil Petrjelanın əvəzinə "Neftçi" (Bakı) klubunun baş məşqçisi təyin olunub. 23 avqust 2008-ci ildə "Neftçi"dən qovulub.

9 avqust 2010-cu ildə Özbəkistanın "Nasaf" (Qarşi) klubuna baş məşqçi təyin edilib. 18 oktyabr 2011-ci ildə klubla AFK Kubokunu qazanıb.

8 yanvar 2012-ci ildə "Volın" (Lutsk) klubunun baş məşqçisi olub[5]. 26 aprel 2013-cü ildə qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib[6].

2020-ci ilin yanvarında, Slovakiyanın "Nitra" klubunun baş məşqçisi təyin olunub[7], lakin aprel ayında artıq klubu tərk edib.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Futbolçu[redaktə | mənbəni redaktə et]

"Dinamo" (Kiyev)

SSRİ yığması

Məşqçi[redaktə | mənbəni redaktə et]

"Dinamo" (Kiyev)

  • Ukrayna çempionu: 2007
  • Ukrayna kubokunun qalibi: 2006, 2007
  • Ukrayna Superkubokunun qalibi: 2007

"Neftçi" (Bakı)

"Nasaf"

  • Özbəkistan çempionatının gümüş medal mükafatçısı: 2011
  • AFK Kuboku: 2011

Şəxsi[redaktə | mənbəni redaktə et]

  • Ukraynada İlin Futbolçusu (2): 1982, 1985
  • SSRİ-də ilin futbolçusu (Futbol həftəlik jurnalı): 1985
  • SSRİ-nin ikinci futbolçusu: 1982
  • SSRİ-nin 33 ən yaxşı futbolçusunun siyahısı (9): № 1 (1981–1986 və 1988), № 2 (1980), № 3 (1979)
  • Ukrayna SSR-in ən yaxşı futbolçularının siyahısı (8): № 1 (1981–1986, 1988), № 2 (1979, 1980)
  • Beynəlxalq İdman Ustası: 1980
  • SSRİ-nin əməkdar idman ustası: 1986
  • Ukraynada ilin baş məşqçisi: 2007
  • Qızıl top üçün namizəd (2): 1985 (29–38 yer), 1988 (13–16 yer)
  • Dünya çempionatının iştirakçısı: 1982, 1986, 1990
  • SSRİ milli komandasında 80 matç keçirib (bütün milli komandanın oyunçuları arasında 4-cü yer), 6 qol vurub

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Xidmətlərinə görə" ordeni: III dərəcəli (2004)[8], II dərəcəli (2006)[9] və I dərəcəli (2016)[10]

Çıxış statistikası[redaktə | mənbəni redaktə et]

Klub Sezon Çempionat Kubok Avrokubok Superkubok Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Dnepr 1978 20 1 - - - - - - 20 1
Dinamo 1979 32 0 3 0 6 2 - - 41 2
1980 32 2 8 0 2 0 - - 42 2
1981 29 2 4 0 5 0 1 0 39 2
1982 32 5 3 0 4 1 - - 39 6
1983 33 3 1 0 2 0 - - 36 3
1984 33 2 7 0 - - - - 40 2
1985 34 8 2 1 9 2 - - 45 11
1986 29 2 5 0 9 0 1 0 44 2
1987 29 1 4 2 1 0 1 0 35 3
1988 30 1 4 0 - - - - 34 1
1989 5 2 2 0 - - - - 7 2
1990 15 0 1 0 1 0 - - 17 0
Maqdeburq 1990/91 3 0 - - - - - - 3 0
Vidzev 1991/92 13 0 - - - - - - 13 0
Dinamo 1992/93 14 1 2 0 4 0 - - 20 1
Dinamo üçün cəmi 347 29 46 3 43 5 3 0 439 37
Karyerası boyunca cəmi 383 30 46 3 43 5 3 0 475 38
  • SSRİ Kuboklarında və avrokuboklarda statistika "payız-yaz" sxeminə əsasən tərtib olunur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Birinci həyat yoldaşı — Yelena. Oğlu Taras tennis ilə məşğul olub (idman ustası). Qızı — Yekaterina[11].
  • İkinci həyat yoldaşı — İrina. 2 oğlu var: Denis (2000), Aleksey (2010)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Anatoliy Demyanenko // Transfermarkt (çd.). 2000.
  2. 1 2 90minut.pl (pol.). 2003.
  3. Горнолыжная страсть Демьяненко Arxivləşdirilib 2007-10-21 at the Wayback Machine (rus.)
  4. Литман В. Анатолий Демьяненко: Перевод с польского на украинский // Спорт-Экспресс. — 1992. — № 163 (27 avqust). — с. 2. (rus.)
  5. "Анатолій Дем'яненко - головний тренер "Волині"" (ukrayna). UA-Футбол. 2012-01-08. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
  6. "ФК "Волинь" дякує Анатолію Демяненку за співпрацю" (ukrayna). Офіційний сайт ФК "Волинь" (Луцьк). 2013-04-26. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
  7. Демьяненко возглавил аутсайдера чемпионата Словакии Arxivləşdirilib 2020-01-06 at the Wayback Machine  (ukr.)
  8. Указ президента Украины N 795/2004 Arxivləşdirilib 2014-07-09 at the Wayback Machine
  9. Указ президента Украины N 697/2006 Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine
  10. "Указ Президента України № 210/2016 від 13 травня 2016 року "Про відзначення державними нагородами України ветеранів команди товариства "Футбольний клуб "Динамо" Київ""". 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
  11. Что наша жизнь? Игра… Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine, "Бульвар Гордона", № 5 (197) 2009. (rus.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]