Əhməd Ələsgərov — Vikipediya
Əhməd Ələsgərov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Əhməd Lətif oğlu Ələsgərov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (79 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | Ukrayna, Odessa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | SSRİ→ Ukrayna | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 63 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ələsgərov Əhməd Lətif oğlu (5 oktyabr 1935, Bakı – 19 may 2015, Odessa) — Azərbaycan, Moldova SSR, Ukrayna SSR və Tacikistanın əməkdar məşqçisi, SSRİ idman ustası (1963), Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi. Futbolçu karyerasında yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir (1968).
Karyerası
[redaktə | mənbəni redaktə et]Klub karyerası
[redaktə | mənbəni redaktə et]Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra oyunçu karyerası boyunca 1955–1965-ci illərdə "Neftyannik" (Bakı) komandasında oynamışdır. SSRİ çempionatının yüksək liqasında 115 matç keçirib, 6 qol vurub. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.
Məşqçi karyerası
[redaktə | mənbəni redaktə et]"Neftyannik"/"Neftçi" (Bakı) (1966–1970, 1980–1982, 1999–2000), "Pamir" (Düşənbə) (1972), Çernomorets (Odessa) (1973–1977), Krivbas (Krivoy Roq) (1977), Araz (Naxçıvan) (1979), Zimbru (Kişinyov) (1988–1989), Şerif (Tiraspol) (1997–1998)[1], Bakı (2005–2006) klublarında baş məşqçi vəzifəsində çalışmışdır. "Bakı"da çalışdığ mövsümdə Azərbaycan çempionu titulunu qazanıb.
Portovik (İliçevsk) üçün məşqçi-məsləhətçi vəzifəsində çalışmışdır (1996–1997).
Azərbaycan milli futbol komandasına rəhbərlik etmişdir və milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb. (1992–1993, 1998–2000).
Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir.
Nailiyyətləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ушел из жизни первый тренер "Шерифа" Ахмед Алескеров". moldfootball.com. 2015-05-20. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-21. (rus.)