Boris Arkadyev — Vikipediya

Boris Arkadyev
Boris Andreyeviç Arkadyev
Ümumi məlumatlar
Doğum tarixi 9 (21) sentyabr 1899
Doğum yeri
Vəfat tarixi 17 oktyabr 1986(1986-10-17) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vostryakovo qəbiristanlığı[d]
Vətəndaşlığı
Boyu 172
Çəkisi 70 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
Rusiya Unitas
Klub karyerası[* 1]
1917—1918 Unitas ? (?)
1920—1922 Ruskabel ? (?)
1923—1925 SSRİ Saxarniki ? (?)
1926—1930 SSRİ RKima 2+ (0+)
1931—1936 SSRİ Metallurq (Moskva) ? (?)
Məşqçisi olduğu klublar
1937—1939 SSRİ Metallurq (Moskva
1940—1944 SSRİ Dinamo (Moskva)
1944—1952 SSRİ ÇDSA
1952 SSRİ SSRİ (olimpiya)
1953—1957 SSRİ Lokomotiv (Moskva)
1958—1959 SSRİ ÇSK MO
1959 SSRİ SSRİ (olimpiya)
1961—1962 SSRİ Neftyannik (Bakı)
1963—1965 SSRİ Lokomotiv (Moskva)
1967 SSRİ Paxtakor
1969 SSRİ Şinnik
Təltif və medalları
"Şərəf nişanı" ordeni

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Boris Arkadyev (9 (21) sentyabr, 1899, Sankt-Peterburq, Rusiya İmperiyası — 17 oktyabr 1986, Moskva, RSFSR, SSRİ) — sovet futbolçusu və futbol məşqçisi.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Vasilyevski adasındakı Larinskaya gimnaziyasında oxuyub (1910—1918).

Futbol karyerasına 1914-cü ildə Petroqradın Unitas komandası ilə başlamışdır, Moskvanın Saxarniki (1923—1925), RKimA (1926—1930) və Metallurq (1931—1936) klublarında oynamışdır. 1925, 1930—1931-ci illərdə Moskva yığmasında çıxış etmişdir.

SSRİ-nin əməkdar idman ustası (1942, 1952-ci ildə Finlandiya Olimpiya Oyunlarında Yuqoslaviyaya məğlubiyyətə görə mükafatdan məhrum edilib, 1955-ci ildə isə yenidən bərpa edilib), SSRİ-nin əməkdar məşqçisi (1957) mükafatlarına layiq görülüb. Futbol haqqında iki kitabın müəllifidir: "Futbol oyununun taktikası" (Moskva, 1-ci nəşr — 1948, 4-cü nəşr — 1962) və "Yarımmüdafiəçilərin oyunu" (Moskva, 1956 və 1958).

Futbolçulara "siz" deyə müraciət edirdi.

SSRİ-nin qılıncoynatma üzrə əməkdar məşqçisi — Vitali Arkadyevin əkiz qardaşıdır (1899—1987). Qardaşı oğlu — Geliy Arkadyev (1927—2002) cizgi filmlərinin bədii rəhbəridir.

Vostryakovskoye qəbiristanlığında dəfn edilib.

Məşqçi karyerası[redaktə | mənbəni redaktə et]

1922–1936-cı illərdə M.V.Frunze adına Hərbi Akademiyada qılıncoynatma müəllimi olmuşdur. 1936-cı ildən futbol məşqçisi kimi fəaliyyət göstərib.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Futbolçu[redaktə | mənbəni redaktə et]

  • Moskva çempionu: 1932, 1933

Məşqçi[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]