Nitra FK — Vikipediya

Nitra FK
Ölkə
Yaranma tarixi 1909
Liqa 1. Liga (Fortuna liga)
2019/20 12.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NitraSlovakiya futbol klubu.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Nitra" klubu 1909-cu ildə yaradılıb. Bu komandanın ölkə çempionatlarında ən böyük uğuru iki dəfə bürünc medal qazanmasıdır. "Nitra" bu uğurlara 1962-ci ildə Çexoslovakiya, 2008-ci ildə isə Slovakiya çempionatında "imza atıb". Komanda iki dəfə avrokuboklarda qüvvəsini sınayıb. İlk dəfə 1989-1990-cı illər mövsümündə UEFA kubokuna qatılan "Nitra" Almaniyanın "Köln" klubuna hər iki oyunda məğlub olub. 2006-2007-ci illər mövsümündə İntertoto kubokunun ilk mərhələsində Lüksemburqun "Qrevanmaher" klubunu iki oyunda darmadağın edən "Nitra" ikinci mərhələdə "Dnepr"i keçə bilməyib. 2008-2009-ci illər mövsümündə isə sonuncu İntertoto kubokunun ilk mərhələsində Neftçi Bakı klubuna məğlub olaraq mübarizəni dayandırıb.

Mənbə[redaktə | mənbəni redaktə et]