Şamil Heydərov — Vikipediya

Şamil Heydərov
Şamil Sadiq oğlu Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu, Arıqıran kəndi
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Daşkəsən rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu, Arıqıran kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1995-1997
Rütbəsi əsgər

Şamil Sadiq oğlu Heydərov — Azərbaycanlı şəhid.

Həyatı[redaktə | mənbəni redaktə et]

Heydərov Samir Sadiq oğlu 1977-ci il aprelin 18-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. 1984-cü ildə birinci sinfə gedib. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin 25 iyununda Azərbaycan ordusunda hərbi xidmətə çağırılıb. Piriküşküldə təlim keçib. 1995-ci ilin 10 oktyabrında Kəlbəcər bölgəsində Murovdağ, Güzgüdağ, 1996-cı ilin 1 mayından isə Daşkəsənin Alaxancal kəndində 172 saylı briqadanın 3-cü batalyonunda qulluq edib. Ara-sıra erməni quldurları həmin yerə atəş açırmış. Bunu görən Samir 3 km irəli sürünüb. Onun bu təşəbbüsü sayəsində həmin məsafə ermənilərdən geri alınıb. Heydərov Samir Sadiq oğlu 21 mart 1997-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).