Dinamo Kiyev FK — Vikipediya

Dinamo Kiyev FK
Loqonun şəkli
Ölkə Ukrayna Ukrayna
Ləqəb(lər) "Bilo-Sini" (Ağ-Göy)
Rəng(lər) Ağ-mavi
Yaranma tarixi 1927
Baş məşqçisi Rumıniya Mirça Luçesku
Liqa Ukrayna Premyer Liqası
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dinamo (Kiyev) - Ukraynanın Kiyev şəhərini təmsil edən, Ukrayna premyer liqdasının daimi iştirakçısı olan futbol klubudur. Ukraynanın ən titullu futbol klubudur. SSRİ-nin bütün futbol üzrə çempionatlarında iştirak etmiş 2 klubdan biridir (Moskva "Dinamo"su ilə birlikdə). SSRİ-nin ən titullu klubudur.İlk dəfə SSRİ çempionu olmuş qeyri-Moskva klubudur. İki dəfə Kuboklar kubokunu (1975,1986), bir dəfə isə UEFA Superkubokunu (1986) qazanmışdır. İlk dəfə Avropada mükafat qazanmış SSRİ klubudur. 15 dəfə Ukrayna çempionu olmuş, 12 dəfə Ukrayna kubokunun, 8 dədə Ukrayna superkubokunun sahibidir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1927-ci ildə 13 may tarixində yaradılmışdır.İlk rəsmi oyununu "Beliy Cerkov" şəhərində, həmn şəhərin yığmasına qarşı keçirmişdir. Növbəti oyun 17 iyun 1928-ci ildə Odessa Dinamosuna qarşı keçirmişdir (2-2). Ümumittifaq idman cəmiyyəti kimi isə Dinamo 1923-ci ildə Feliks Djerzinskinin təşəbbüsü ilə yaradılmışdır. Buna baxmayaraq təşkilatı problemlər səbəbindən Dinamo 1928-ci il həmkarlar ittifaqının birinciliyində iştirak edə bilməmiş, yalnız yoldaşlıq görüşləri keçirmişdir. 1 sentyabr 1928-ci ildə Dinamo Kiyev Moskva Dinamosunu qəbul edirdi. Qonaqlar Ukrayna təmsilçisini 2-6 hesabı ilə məğlub etdilər. 18 noyabr tarixində "Jeldorom" komandası üzərində qazanılmış 1-0 hesablı qələbədən sonra Dinamo sayılıb seçilən komandaya keçrildi. Lakin konandanın seleksiya siyasəti tənqidlərə məruz qalırdı. Belə ki, Dinamo digər konamdalarda çıxış edən səviyyəli oyunçulara daha yüksək məvcib təklif etməklə öz komandalarına dəvət edir və SSRİ Daxili İşlər Nazirliyində yüksək vəzifə təklif edirdilər. Bunun səbəbi ondan ibarət idi ki, həmin dövrdə SSRİ-nin güc strukturlarının maddi təminatı daha yüksək səviyədə təmin edilmişdi.

1929—1941[redaktə | mənbəni redaktə et]

1929-cu il 14 sentyabr tarixində Dinamo ilk beynəlxaq oyununda Avstriyanın "Doyç Vaqram" komandasına 3-4 hesabı ilə məğlub olur. 1935-ci ildə Dinamo futbolçuları Ukrayna millisinin tərkibində Fransaya və Belçikaya səfər etmiş və Fransa kubokunun dörd qat qalibi olan Red Star komandasını 6-1 hesabı ilə məğlub etmişdilər. 1935-ci ildə SSRİ-nin vahid çempionatı yox idi. Kiyevlilər Dinamo idman cəmiyyəyinin birinciliklərində təcrübə toplayırdılar.

1936-ci ildə SSRİ-də vahid çempionatın keçirilməsinə qərar verildi. Ukraynanə bu turnirdə USSR-in o vaxt ən güclü komandası hesab edilən Diamo təmsil ediridi. Debut oyunu Kiyevdə Moskva Dinamosuna qarşı keçirildi və 5-1 hesabı ilə məğlub oldular. Həmin keçpionatda Dinamo ikinci yeri tutdu və yerli azarkeşlər bunu böyük nailiyyət hesab edirdilər.

1937-ci ildə ilk dəfə iki dövrəli SSRİ çempionatı keçirilməyə başladı və bu turnirdə Dinamo üçüncü yerlə kifayətləndi. BUna baxmayaraq İkinci dünya müharibəsinə qədər Dinamonun nəzərəçarpacaq uğuru olmamışdır. 18 may 1938-ci ildə Dinamonun futbolçusu Makar Qonçarenko Spartakla oyunda SSRİ çempionatlarının ilk pokerini rəsmiləşdirdi. 1939-cu ildə Qərbi Ukraynanın USSR-ə birləşdirilməsindən sonra, yeni regionlardan yeni futbolçular Dinamoya dəvət edildi. Onlar arasında Aleksandr Skocen, Mixail Matias, Kazimej Qurskis və Oleq Layevskini qeyd etmək olar. Həmçinin bu müddət ərzində Dinamo Ukrayna SSR-in kubok oyunlarında iştirak etmiş və 1936, 1937, 1938, 1944, 1946, 1947 və 1948-ci illərdə kuboku qazanmışdır. 1937—1941-ci illərdə yeni Respublika stadionu inşa edildi. İnşasına iməclik şəklində bütün kiyevlilərin cəlb edildiyi stadiounun açılışı 1941-ci ilin iyun ayının 22-nə nəzərdə tutulmuşdu. Elə həmin gün, bu stadionda Dinamo ilə Moskva CDKA-si arasında çempionat oyununun keçirilməsi nəzərdə tutulmuşdu. Lakin həmin gün Böyük Vətən müharibəsi başladı.

1946—1961[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra komandada yalnız veteranlar qalmışdı. Buna baxmayaraq həmin illərdə xeyli sayda oyunçu zakarpatiya klublarından Dinamoya tranfer edilmişdi. 1945-ci ildə Dinamo çempionatda axırdan birinci, 1946-ci ildə isə sonuncu yer tutdu. Reqlamentə uyğun olaraq, sonuncu yer tutan komanda, aşağı səviyyəli diviziona keçirilməli idi. Lakin mühiribə illərinin itkilərini nəzərə alaraq,bu qərar Dinamoya şamil edilmədi. Bundan əlavə 1946-1951-ci illərdə komanda 10 dəfə baş məşqçisini dəyişdi. Müharibə dövründən sonrakı ilk nailiyyət 1949-cu ilə dublyorların çempionatında qazaılmış qəbələ oldu. Komanda üçün dönüş anı 1951-ci ildə Oleq Oşenkovun baş məşqçi təyin edilməsindən sonra baş verdi. Artıq növbəti mövsümdə komanda çempionatda gümüş medallara layiq görüldü. 1954-cü ildə Dinamo ilk dəfə SSRİ kubokunu qazandı

1961-ci ildə Dinamo ilk dəfə SSRİ çempionu oldu. Çempionatın 30 oyunun cəmi 3-də məğlub olan Dinamo, 9 oyunu heç-heçə ilə başa vurdu. Hüçum xəttində oynayan Oleq Bazileviç, Viktor Kanevskiy, Valeri Lobanovski, Viktor Serebryanikov ümumilikdə 54 qol vurmuşdular.Qapıçı Oleq Makarov isə 12 oyunda qapısını toxunulmaz saxlaya bilmişdi. SSRİ çempionatında ilk dəfə idi ki, çampion komanda Moskvanı təmsil etmirdi.

Qızıl medal qazanan oyunçular:

  • Qapıçılar: Oleq Makarov, Leonid Klyuyev
  • Müdafiəçilər: Nikolay Koltsov, Vladimir Şeqolkov, Vitali Şerbakov, Vladimir Yeryoxin, Anatoli Suçkov, Vladimir Anufrienko, Viktor Pestikov
  • Yarımmüdafiəçilər: Yozef Sabo, Yuri Voynov, Vladimir Sorokin, Andrey Biba, Valeri Veriqina, Vasili Turyançuk
  • Hücumçular: Viktor Serebryanikov , Valentik Troyanovski, Oleq Bazileviç, Valeri Lobanovski, Viktor Kanevski, Nikolay Kaştanov, İqor Zaysev.
  • Baş məşqçi: Vyaceslav Solovyov, məşqçi köməkçisi—Mixail Koman.

1962—1966[redaktə | mənbəni redaktə et]

В 1962 -ci komanda çempionatda 5-ci, 1963-cü ildə isə 7-ci yeri tutdu.

1964-cü ildə Viktor Maslov baş məşqçi təyin edildi. Həmin il Dinamo SSRİ kubokunu qazandı. 1965-66 -ci ildə komanda ilk dəfə Avropa Kuboklar Kuboku turnirində iştirak edən ilk SSRİ klubu oldu. Burda məsələ SSSR rəhbərliyinin siyasi motivləri ilə izah edilirdi. Kommunist ideologiyasına görə Sovet idmançılarının kapitalist idmançılarına məğlub olması yolverilməz hesab edilirdi. Məsələn, 1964-cü ildə Dinamo Tbilisi SSRİ çempionu olduqdan sonra, onlara Avropa turnirlərində iştiraka icazə verilmədi. BU ənənə 1965-ci ildə Dinamo Kiyev çempion olanadək davam etdi.

1967—1973[redaktə | mənbəni redaktə et]

1966-ci ildə Dinamo Kuboklar kubokunun dördə bir finalında Şotlandiya Seltikinə məğlub oldu.

1970-ci il SSRİ çempionatında 17 komanda iştirak edirdi. 1972-ci ildə Zarya Luqansk SSRİ çempionu oldu. 1973-cü ildə Dinamo ilk dəfə Avropa çempionlar kubokunun 1/4 finalına vəziqə qazandı və burada Real Madridə məğlub oldu. Həmin il Dinamo SSRİ çempionatında 2-ci yeri tutdu.

Lobonovski dövrü: 1974—1991[redaktə | mənbəni redaktə et]

Valeri Lobonovski

1974-cü ildə Dinamonun sükanı axrasına Lobonovskiy və Bazileviç keçdilər. Lobonovskiy növbəti 17 il Dinamonun baş məşqçisi vəzifəsində qaldı. Bu müddət ərzində Dinamo, Moskva klublarının dominant mövqeyini əllərindən almağı bacardı. Dinamo Kiyev SSRİ çempionu və SSRİ kubokunun qalibi oldu. Komanda iki dəfə (1975 və 1986) Avropa Kuboklar Kubokunu və 1975-ci ildə Avropa Superkubokunu qazandı.

1986-ci SSRİ millisi demək olar ki, tamamilə Dinamo Kiyevin futbolçularından təşkil edilmişdi və Lobonovskiy baş məşqçi idi. Komanda qrupda birinci yeri tutsa da, 1/8 finalda Belçikaya məğlub oldu. 3 qol vurmuş Belanov Avropanən ən yaxşı futbolçusu seçildi və "Qızıl top" mükafatına layiq görüldü. Həmçinin 1988-ci il Avropa çempionatında da SSRİ millisi Dinamo Kiyevin futbolçuların təşkil edilmişdi.

1980-ci illərin sonunda "perestroyka" ilə əlaqədar olaraq, bir sıra futbolçular klubu tərk edərək Qərbi Avropa ölkələrinə yollandılar.

1992—1996[redaktə | mənbəni redaktə et]

İlk Ukrayna çempionatında Dinamonun məşqçisi Anatoli Puzaç olmuşdur. Həmin çempionatı Dinamo ikinci yerdə bitirmişdir.

Yenidən Lobonovski: 1997—2002[redaktə | mənbəni redaktə et]

Valeri Vasilyeviç Lobonovskiy Dinamo Kiyevin ən uğurlu məşqçisi hesab edilir.1997-ci ilin yanvarında Lobonovski komandaya qayıdır. O, Aleksey Mixaliçenkonu özünə köməkçi təyin edir. Lobonovski tezliklə komandanı Avropa futbol elitasına qaytarmağı bacardı. Lobonovski güclü komanda formalaşdırdı və Avropa nəhənglərini (1997-ci ilin payızında Barselonanı iki dəfə - 3:0 və 4:0) məğlub etməyə başladı, 1999-cu ildə isə Çempionlar Liqasının yarımfinalına qədər irəlilədi.

2002-ci ilin may ayında Zaporojets klubu ilə görüşdə Lobonovski insult keçirdi və nəticədə 5 gündən sonra vəfat etdi.Ölümündən sonra Lobonovskiye ölkəsinin ən ali mükafatı olan "Ukrayna qəhrəmanı" adı verildi. Dinamonun Kiyevdəki stadionuna onun adı verilmişdir.

Sergey Rebrovun triumfu[redaktə | mənbəni redaktə et]

Sergey Rebrov

Lobovskinin vəfatından sonra komanda bir neçə dəfə məşqçisini dəyişmişdir. Onlar arasında Aleksey Mixaliçenko, Yozef Sabo, Leonid Buryak, Anatoli Demyanenko, Oleq Lujniy, Yuri Syomin, Valeri Qazzayev, Oleq Bloxini qeyd etmək olar. Bloxinin istefasında sonra, mövsümün sonuna qədər baş məşqçi vəzifəsinin icrası Sergey Rebrova tapşırılır. Bloxinin məşqçiliyi dövründə komanda çoxlu xal itirdiyinə görə,Rebrovun rəhbərliyi altında Dinamo çempionatı dördüncü yerdə bitirdi. Lakin 2014-cü il mayın 15-də ölkə kübokunun finalında Şaxtyor Donetsk üzərində qazanılmış 2-1 hesablı qələbədən sonra Rebrov vəzifəsində möhkəmlənməyə imkan verdi. Növbəti mövsüm Rebrov rəsmi olaraq komandanın baş məşqçisi təyin edildi. Rebrovun məşqçiliyinin birinci ilində Dinamo Kiyev uğurlu çıxış edərək Avropa Liqasının 1/4 final mərhələsinə kimi irəlilədi, həmçinin ölkə çempionatının sonuna iki tur qalmış Çempionluq sevinci yaşadı.

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

Ukrayna SSR[redaktə | mənbəni redaktə et]

    • USSR çempionatı
      • Çempion (2): 1931, 1936 (yaz).
      •  Gümüş medal (2): 1934, 1935.
    • USSR kuboku
      • Qalib (6, rekod): 1937, 1938, 1944, 1946, 1947, 1948.
      • Finalçı(1): 1945.

SSRİ[redaktə | mənbəni redaktə et]

    • SSRİ Çempionatı
      • Çempion(13, rekord): 1961, 1966, 1967, 1968, 1971, 1974, 1975, 1977, 1980, 1981, 1985, 1986, 1990
      • Gümüş medal (11): 1936 (yaz), 1952, 1960, 1965, 1969, 1972, 1973, 1976 (payız), 1978, 1982, 1988
      •  Bürünc medal (3): 1937, 1979, 1989
    • SSRİ kuboku
      • Qalib (9): 1954, 1964, 1965/66, 1974, 1978, 1982, 1984/85, 1986/87, 1989/90
      • Finalçı(1): 1973
    • SSRİ superkuboku
      •  Qalib (3, rekord): 1981, 1986, 1987
      • Finalçı(1): 1977

Ukrayna[redaktə | mənbəni redaktə et]

    • Ukrayna çempionatı
      •  Çempion (16, rekord): 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2003, 2004, 2007, 2009, 2015, 2016, 2021
      • Gümüş medal (12): 1992, 2002, 2005, 2006, 2008, 2010, 2011, 2012, 2017, 2018, 2019, 2020
      •  Bürünc medal (1): 2013
    • Ukrayna kuboku
      •  Qalib (12): 1993, 1996, 1998, 1999, 2000, 2003, 2005, 2006, 2007, 2014, 2015, 2020
      • Finalçı (5): 2002, 2008, 2011, 2017, 2018
    • Ukrayna superkuboku
      •  Qalib (8): 2004, 2006, 2007, 2009, 2011,2016, 2018, 2019
      •  Finalçı (5): 2005, 2008, 2014, 2015, 2017

Beynəlxalq[redaktə | mənbəni redaktə et]

Klubun forması Avropa Liqası Muzeyində
    • UEFA Kuboklar kuboku
      •  Qalib (2): 1975, 1986
    • UEFA superkuboku
      •  Qalib (1): 1975
      •  Finalçı (1): 1986
    • UEFA Çempionlar Liqası / Çempionlar kuboku
      • 1/2 final: 1977, 1987, 1999.
    • UEFA Avropa liqası / UEFA kuboku
      • 1/2 final: 2009.
    • Birlik kuboku (MDB)
      •  Qalib(4): 1996, 1997, 1998, 2002
      •  Finalçı (1): 1999

"Dinamo" futbolçularının nailiyyətləri[redaktə | mənbəni redaktə et]

France Football "Qızıl top" mükafatı (Avropanın ən yaxşı oyunçusuna)

SSRİ-nin ən yaxşı futbolçu (Futbol-Hokkey gendəliyi)

  • Andrey Biba — 1966.
  • Vladimir Muntyan — 1969.
  • Yevgeni Rudakov — 1971.
  • Oleq Bloxin — 1973, 1974, 1975.
  • Anatoli Denyanenkо — 1985.
  • Aleksandr Zaxarov — 1986.
  • Aleksey Mixayliçenko — 1988.

SSRİ çempionatının bombardırləri:

  • Makar Qonçarenko — 1938.
  • Andrey Zazroev — 1952.
  • Oleq Bloxin  — 1972, 1973, 1974, 1975, 1977.
  • Oleq Protasov — 1990.

SSRİ-də ilin ən yaxşı qapıçısı ("Oqonyok" jurnalı)

  • Viktor Bannikov — 1964.
  • Yevgeni Rudakov — 1969, 1971, 1972.
  • Viktor Çanov— 1986.

Ukrayna çempionatının bombardirləri:

Ukraynada ilin futbolçusu ("Ukraynskiy sport" qəzeti):

  • Viktor Serebryanikov — 1969.
  • Vladimir Muntyan — 1970.
  • Yevgeni Rudakov — 1971.
  • Oleq Bloxin — 1972, 1973, 1974, 1975, 1976, 1977, 1978, 1980, 1981.
  • Anatoli Denyanenkо — 1982, 1985.
  • Aleksandr Zaxarov — 1986.
  • Aleksey Mixayliçenko — 1987, 1988.
  • Vladimir Bessonov — 1989.
  • Sergey Yuran — 1990.
  • Axrik Sveyba — 1991.
  • Viktor Leonenko— 1992, 1993, 1994.
  • Yuri Kalitvintsev — 1995.
  • Sergey Rebrov — 1996, 1998.
  • Andrey Şevçenko — 1997, 1999.
  • Artyom Milevskiy — 2008, 2009.
  • Andrey Yarmolenko- 2013, 2014

Ukraynada ilin futbolçusu ("Komanda" qəzeti):

Ukraynada ilinqapıçısı:

Ukraynada "Qızıl top"un sahibi ("Futbol" jurnalının vəfootball.ua saytının versiyası):

  • Oleq Qusev — 2007.
  • Artyom Milevskiy — 2009.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]