4 №-li Qayıdış qəsəbəsi — Vikipediya

4 №-li Qayıdış qəsəbəsi
39°38′08″ şm. e. 47°37′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 2004
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.020 nəf. (2019)
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Poçt indeksi AZ1927
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
4 №-li Qayıdış qəsəbəsi xəritədə
4 №-li Qayıdış qəsəbəsi
4 №-li Qayıdış qəsəbəsi

4 №-li Qayıdış qəsəbəsiFüzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 4 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 4 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla.ş 4 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

2019-cu ilin dekabrına olan məlumata görə 4 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 1020 nəfərdi. Qəsəbədə 8 şəhid ailəsi, 14 Qarabağ müharibəsi əlili vardır.[4]

Poçt[redaktə | mənbəni redaktə et]

Qaraxanbəyli Poçt Şöbəsi 4 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1927.[5]

Təhsil[redaktə | mənbəni redaktə et]

4 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[6]

Qəsəbədə "Qayıdış qəsəbə 4 № li tam orta məktəb" fəaliyyət göstərir.[7]

Sosial infrastruktur[redaktə | mənbəni redaktə et]

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İnzibati ərazi bölgüsü təsnifatı: FÜZULİ RAYONU" (az.). azstat.org. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  4. "Füzuli Rayonu 4 saylı Qayıdış qəsəbəsində RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü keçirilib". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
  5. ""Azərpoct" MMC-nin Füzuli Poct Filialı" (az.). fuzuli-ih.gov.az. 2020. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  6. Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  7. "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]