Mirzəcamallı — Vikipediya

Mirzəcamallı
39°36′02″ şm. e. 47°12′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mirzəcamallı xəritədə
Mirzəcamallı
Mirzəcamallı

Mirzəcamallı (digər tarixi adları Türkman, Tərəkəmə) – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Mirzəcamallı obası Hacılı camaatına qatılan obalardan biri idi. XVIII yüzildə Türkman, XIX yüzildə Tərəkəmə adlanırdı. 1842-ci ildən bəri Qarabağ xanlığının baş vəziri Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirin adıyla bağlıdır.

1823-cü ilə aid mənbədə yazılır: Türkman obası, orda nökərlər, bağbanlar və çobanlardan ibarət 12 tüstü var. Burda 3 tüstü var ki, Mirzə Xanməmmədə məxsusdur.

1842-ci ildə Mirzəcamallı obasında 21 tüstü qərar tuturdu. 1849-cu ildə Mirzəcamallı obasında 35 tüstü yaşam sürürdü. 1863-cü ildə Mirzəcamallı obasında 34 tüstü köç-düşlə məşğul olurdu. 1873-cü ildə Mirzəcamallı obasında 41 tüstü vergi ödəyirdi. 1886-cı ildə Mirzəcamallı obasında 43 tüstü qeydə alınmışdı. Göstərdiyimiz tüstü saylarına bəy və ruhani ailələri daxil deyil.

9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Fizuli aeropurtu buradadır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Mirzəcamallı (oyk.) — Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Köndələnçayın sahilində, dağətəyi ərazidədir.

Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773–1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış va onun adı ilə adlanmışdır.[2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine. report.az (azərb.). 9 noktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427