1 №-li Qayıdış qəsəbəsi — Vikipediya

1 №-li Qayıdış qəsəbəsi
39°37′03″ şm. e. 47°39′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 2004
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Poçt indeksi AZ1919
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
1 №-li Qayıdış qəsəbəsi xəritədə
1 №-li Qayıdış qəsəbəsi
1 №-li Qayıdış qəsəbəsi

1 №-li Qayıdış qəsəbəsiFüzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.[3]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Poçt[redaktə | mənbəni redaktə et]

Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919.[4]

Təhsil[redaktə | mənbəni redaktə et]

1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[5]

Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İnzibati ərazi bölgüsü təsnifatı: FÜZULİ RAYONU" (az.). azstat.org. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  4. ""Azərpoct" MMC-nin Füzuli Poct Filialı" (az.). fuzuli-ih.gov.az. 2020. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  5. Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  6. "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]