Qaradağlı (Füzuli) — Vikipediya

Qaradağlı
39°30′45″ şm. e. 47°04′34″ ş. u.
Ölkə
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QaradağlıAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilədək Çaykənd Qaradağlısı da adlanırdı. Qaradağlı ən böyük Azərbaycan obalarındən birinin adıdır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış Qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[1]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qaradağlı (Füzuli) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]