Arış — Vikipediya

Arış
39°32′01″ şm. e. 47°06′20″ ş. u.
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 145[1] nəfər (2009)
Xəritəni göstər/gizlə
Arış xəritədə
Arış
Arış
Arış xəritədə
Arış
Arış
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ArışAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin ətəyindədir. Türk dillərində arış/arıs sözü tayfanın bir qolu"; "arabanın yan qoşqusu"; "çovdar" mənalarını ifadə etmişdir. 1933-cü ildə Gədəbəy rayonunda Arışlı kəndi, 1917-ci ildə Quba qəzasında Arısküş kəndi qeydə alınmışdır. Başqırdıstanın Pobonin yaşayış məntəqəsinin adı əvvəllər Arış olmuşdur. Qazaxıstanda Sırdərya çayının sağ qolu, həmin çayın sol sahilində şəhər və Qızıl Orda vilayətində şor göllərdən biri Arıs adlanır. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Arış — tayfadan bir qol; Arışlı — çovdarlı, Arışküş — çovdar zəmisi; Arıs — çay qolu deməkdir.[2]

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Kəndin adı Osmanlı türkcəsində Əriş formasındadır. Türk dillərində arış "Tayfanın (elin) qolu" sözündəndir.[3]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Füzuli rayonunun Arış kəndində 1993-cü ilə kimi 70-ə yaxın ev olub. Tam siyahı olmadığı üçün 500 çox şəxs yaşamışdır.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]