Şəkərcik — Vikipediya

Şəkərcik
39°36′25″ şm. e. 47°09′44″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şəkərcik xəritədə
Şəkərcik
Şəkərcik

ŞəkərcikAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır.[2] Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir. Yaşayış məntəqəsinin əhalisi əsasən, Hacılı camaatından ibarət olmuşdur. Bəzi mənbələrdə Şəkərcik kəndi yerləşən ərazinin adına Qaraköpək formasında da rast gəlinir.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzinin 2 kilometrliyində, şəhərin şimal-şərqində, düzənlikdə yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 800 nəfərdir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıəkinçilik, maldarlıqheyvandarlıq olub.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə klub və kitabxana mövcud olub.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine. report.az (azərb.). 9 noktyabr 2020.
  2. Şəkərcik // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]