Çingiz Aytmatov — Vikipediya

Çingiz Aytmatov
qırğ. Чыңгыз Төрөкулович Айтматов
Tschingis Ajtmatow.jpg
Doğum tarixi 12 dekabr 1928(1928-12-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyun 2008(2008-06-10)[3][1][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[5], böyrək çatışmazlığı[d]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, jurnalist, tərcüməçi, roman yazıçısı, ssenarist, fantastika yazıçısı[d], yazıçı
Fəaliyyət illəri 1952–2006
Əsərlərinin dili rus dili
Janrlar roman, povest
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı "Lenin" mükafatı SSRİ Dövlət mükafatı SSRİ Dövlət mükafatı SSRİ Dövlət mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Oktyabr inqilabı" ordeni "Dostluq" ordeni (Azərbaycan)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çınğız Töröquloviç Aytmatov (12 dekabr 1928[1][2][…], Şəkər[d][4]10 iyun 2008[3][1][…], Nürnberq, Bavariya) — Qırğızıstan yazıçısı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.

8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948—1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb.Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, LüksemburqNiderlanddakı səfiri olub.

2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.

10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi ucbatından müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Manqurt
  • Dağlar düşəndə (son romanı – 2007)
  • Əsrə bərabər gün (qırğız türkcəsi: "Кылым карытар бир күн", rusca: "И дольше века длится день", 1980 Ziya Abbasov (Восхождение на Фудзияму, Fuji dağının təpəsi 1973)
  • Ağ gəmi (qırğız türkcəsi: "Ак кеме", rusca: "Белый пароход", 1970)
  • Əlvida, Gülsarı! (Прощай, Гульсары, 1966)
  • Dağlar və steplərdən nağıllar ("Повести гор и степей", 1963)
  • İlk müəllimim ("Первый учитель", 1962)
  • Cəmilə (qırğız türkcəsi: "Жамийла", rusca: "Джамиля", 1958)
  • Üz-üzə ("Лицом к лицу", 1957)
  • Çətinlikli keçid (1956)
  • Torpaq ana
  • Çingiz xana küsən bulud
  • Uşaqlığım
  • Qırmızı alma
  • Dəniz kənarıyla qaçan Alabaş
  • Qırğız çobanı
  • Edam kötüyü
  • Əsrdən uzun gün
  • Köşək gözü
  • Ana tarla
  • İlk durnalar
  • Qırmızı yaylıqlı qovağım mənim

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]