Nürnberq — Vikipediya

Nürnberq
Nürnberg
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
49°27′14″ şm. e. 11°04′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1050
Sahəsi
  • 186,45 km² (2016, 31 dekabr 2017)[2][3]
Mərkəzin hündürlüyü 209 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 526.091 nəf. (31 dekabr 2023)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 911
Poçt indeksi 90402–90491
Nəqliyyat kodu N
Digər
nuernberg.de
Xəritəni göstər/gizlə
Nürnberq xəritədə
Nürnberq
Nürnberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nürnberq (alm. Nürnberg‎) — Bavariyanın (Almaniya) orta hissəsində yerləşmiş şəhər. Nürnberq öz əhalisinə görə Bavariyada 2-ci, Almaniyada isə 14-cü yerdədir. Mərkəzi Frankoniyanın böyük sənaye şəhəridir.

Şəhərin əvvəli 1000–1040-cı illərə gedib çıxır. Həmin vaxtlarda Saksoniya, Bavariya, Şərqi Frankoniya və Böhmen ərazilərinin sərhəddlərinin möhkəmlənməsi ərəfəsində mühüm yolların kəsişən yerdə yaranmışdır. Burada salınan şəhər 1050-ci ildə ilk dəfə olaraq imperator İİİ Haynrihin verdiyi sənəddə "nuorenberg" (yəni daşlı dağ) kmi qeyd olunur. İmperatorun dayaq nöqtəsi kimi şəhər tezliklə məşhurlaşır.

1219-cu ildə imperator İİ Fridrix Nürnberqi azad şəhər elan edir. Bununla kiçik qraflıqların sonu çatır. Sonuncu qraf Vİ Fridrih öz titelini 1427-ci ildə şəhər bələdiyyəsinə satır.

Nürnberq bir çox imperatorların sevimli şəhərinə çevrilir. Bunların arasında İV Karl 1356-cı ildə burada qızıl öküz qoyur. 1423-cü ildə imperator Ziqmund imperiya klaynodlarını Nürnberqə verir.1470–1530-cu illər şəhərin çiçəklənmə dövrü adlanır. Şəhərin varlanmasına burada mövcud olan peşəkarlıq və onun avropada ticarət mərkəzində yerləşməsi əlverişli şərait yaratmışdır. Bu dövrdə Nürberq Köln və Praqa ilə birlikdə Roma imperiyasının ən böyük şəhərləri sayılırdılar.

30 illik müharibədə Nürberq bir çox hadisələrin mərkəzində olmuşdur. Şəhər zəbt edilməsə də onun ətrafında olan ərazilərəin talan olunması şəhərə iqtisadi cəhətdən güclü ziyan vurmuşdur. Müharibədən sonra 1649-cu ildə Nürnberqdə sülh sazişinin tərəfdarları bir neçə gün bu hadisəni bayram etmişlər.

Nürberqdə əsas hadisələrdən biri 1796–1806-cı illərdə baş verir. Bu ərəfədə Prussiya onunla qonşu olan Ansbaxı tutduqdan sonra Nürnberqidə ələ keçirir. Ancaq sonra Prussiya Nürberqdən onun borcunun çox olması ucundan imtina edir. Şəhərdə hökm sürən kasıblıq, korrupsiya və özbaşnalıq onun dağılma qorxusunu yaramışdır. Almaniya imperiyasının 25 fervral 1803-cü il qərarına əsasən Nürnberq fransızlar tərəfindən tutulana qədər azad qalır. 15 sentyabr 1806-cı ildə fransız ordusu şəhəri Bavariya şahlığına verir. Bavariya şahlığı şəhərin borclarını öz üzərinə götürərərk onun ödənilməsini tənzimləyir. Bavariya qanununa əsasən katoliklər protestantlarla eyni hüquqlu elan edilir.

XİX əsrin ortasında Nürberq sənaye mərkəzinə çevrilir. 1835-ci ildə ilk dəfə olaraq Almaniyada sərnişin qatarı Fürt və Nürnberq arasında işə salınır. XİX əsrin ikinci yarısında Nürnberqdə bürünc folyelərdən ibarət külçələrin hazırlanması ixtira edilir.

1920-ci ildə Nürnberqdə nasional sosialistlərin ilk yığıncaqları keçirilir. Buna baxmayaraq şəhər əsasən sosial demokratların mərkəzi hesab edilirdi.

Nasional sosialstlərin hakimiyyətə gəldikləri vaxt Nürnberq onların özəklərinin yerləşdiyi mərkəzə çevrilir və propaanda aparılmaısnda böyük rol oynayır. İkinci dünya müharibəsi ərəfəsində elə bu səbəbdən Nürnberq güclü hava hücumlarına məruz qalır. Müharibədən sonra şəhərin 90%-dən çoxu uçmuş hesab edilirdi. Ona görə də, hətta şəhəri qoyub başqa yerdə şəhər salmaq ideyaları da ortaya gəlir.

Müharibədən sonra bu şəhərdə tarixdə məşhur olan "Nürberq prosessləri" keçirilərək İİ dünya müharibəsində günahı olanlar hakim olunurlar.

Müharibədən sonra şəhər təmizlənərək demək olar ki, yenidən salınır. Bu zaman arxitektorlar əvəlki şəhər strukturuna əsas götürərək qədim və orta əsr abidələri müəyyən qədər bərpa olunur.

Əhali artımı

[redaktə | mənbəni redaktə et]

1870 ilə qədər olan rəqəmlər təxmini rəqəmlərdir. Ondan sonrakılar şəhərin rəsmi orqanları tərəfindən aparılmış siyahı əsasında tərtib olunmuşdur.

İl Sayı
1397 5.626
1485 36.000
1622 40.250
1827 37.012
1 dekabr 1871 ¹ 83.200
1 dekabr 1890 ¹ 142.590
1 dekabr 1900 ¹ 261.022
1 dekabr 1910 ¹ 333.142
16 iyun 1925 ¹ 392.494
16 iyun 1933 ¹ 410.438
İl Sayı
17 may 1939 ¹ 401.672
13 sentyabr 1950 ¹ 363.224
6 uyun 1961 ¹ 420.711
27 may 1970 ¹ 473.555
30 iyun 1975 503.900
30 iyun 1980 483.900
30 iyun 1985 466.100
27 may 1987 ¹ 470.943
30 iyun 1997 491.700
2002 493.397
2003 494.400

¹ Əhalinin yenidən siyahıya alınmasının nəticələri

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri[5]
Yer Ölkə Əhali (31.12.2018)
1 Türkiyə Türkiyə 17,085
2 Rumıniya Rumıniya 13,327
3 Yunanıstan Yunanıstan 11,893
4 İtaliya İtaliya 6,986
5 Polşa Polşa 5,790
6 Xorvatiya Xorvatiya 5,614
7 Bolqarıstan Bolqarıstan 5,327
8 İraq İraq 4,849
9 Suriya Suriya 4,348
10 Serbiya Serbiya 3,097
11 Bosniya və Herseqovina Bosniya və Herseqovina 2,903
12 Kosovo Kosovo 2,206

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Nürnberqi özünəməxsus görkəmi vardır. O həm Almaniyada, həm də bütün dünyada məşhur olan əlamətlərlə fərqlənir. İlk dəmir yolu, burada yaşamış Albreht Dürer kimi insanlar, muzeylər şəhərə şöhrət gətirmişdir. Nürberq orta əsrlərdə oyunçaq istehsalı üzrə dünyada məşhur olmuşdur. Bu tarixi əlamətlərdən başqa şəhərdə Adolf Hitlerin fəaliyyəti də şəhərin tarixinə düşmüşdür. Burada çoxlu sayda paradlar keçirilmişdir.

Müasir Nürnberqi məşhur edən orada hər il keçirilən xristian bayramındakı bazardır (Christkindlmarkt). Şəhərin mərkəzi meydanı çoxlu sayda kiçik çadır satıcı piştaxtaları ilə dolur. Meydanda yarmarkalar, oyuncaqlar quraşdırılır. Bu yarmarka 2–3 həftə davam edir. Hər il Nürnberq yarmarkasına 2 milyona qədər turist gəlir.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
  3. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
  4. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.
  5. "Bevölkerungsstand". Stadtforschung und Statistik für Nürnberg und Fürth. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]