Yunanıstan Milli Kitabxanası — Vikipediya
Yunanıstan Milli Kitabxanası | |
---|---|
Εθνική Βιβλιοθήκη της Ελλάδος[1] | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1829 |
Ünvan | Λεωφόρος Ανδρέα Συγγρού 364, Πανεπιστημίου 32 |
Sayt | nlg.gr |
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstan Milli Kitabxanası (Yunan: Εθνική Βιβλιοθήκη) — Afina şəhərinin mərkəzində olan kitabxanadır.
Qurucusu Yunanıstanın ilk dövlət başçısı Yannis Kapodistriasdır. Neoklasik kitabxana binası, Afina Akademiyasının və Afina Universiteti binalarının da memarı olan Danimarkalı Theophile Freiherr von Hansenin əsəridir.
1824-cü ildə ortaya çıxan bir milli kitabxana qurma fikri, 1829-cu ildə Yunanıstanın Osmanlı dövlətindən müstəqilliyini qazanmasından sonra reallaşdırıldı. Məktəb, muzey, mətbəə kimi başqa mədəni təşkilatlarla birlikdə kitabxana də hazırlandı. Hamısı Aegina adasında o zamana qədər yetimxana olaraq istifadə edilən bir binada xidmətə başladı. Kitabxana yeni paytaxt Afinaya 1834-ci ildə köçürülüb. Əvvəl köhnə bir hamamda, sonra da köhnə bir kilsədə yerləşirdi. Sürətlə genişlənən kolleksiyası 1842-ci ildə Afina Universiteti kitabxanası ilə birləşdirildi və yeni bir binaya küçürüldü. 1866-cı ildə Yunanıstan Milli Kitabxanası adını aldı. Yeni neo-klassik mərmər binanın təməli 1888-ci ildə atıldı; və 1903-də kitabxana bu binaya köçürüldü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Rəsmi internet saytı[ölü keçid]
- ↑ https://web.archive.org/web/20221226144622/https://www.cenl.org/member-libraries/.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.