Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı — Vikipediya

İsveç Akademiyasının daimi katibi Hiras Enqdahlın 2008-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatını Jan-Mari Qustav Le Klezionun qazandığını elan edərkən

Ədəbiyyat üzrə Nobel mükafatıİsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.[2] Ədəbiyyat üzrə ilk Nobel mükafatı 1901-ci ildə Sülli-Prüdoma təqdim edildi.[3] Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[4] 1901-ci ildə Prüdoma verilən mükafat pulu 150.782 SEK təşgil edirdi. Bu məbləğ yanvar 2018-ci ildə 8.823.637,78 SEK idi. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[5]

2021-ci ildən etibarən mükafat 118 şəxsə təqdim edilmişdir.[6] Ən gənc laureat 1907-ci ildə mükafatlandırılarkən 41 yaşı olan Redyard Kiplinq idi. Mükafatı alan ən yaşlı laureat 2007-ci ildə mükafatlandırılarkən 88 yaşı olan Doris Lessinq olub. Erik Karlfeldt 1931-ci ildə ölümündən sonra mükafata layiq görülüb.[7] 1958-ci ildə bu mükafata layiq görülmüş Rusiyalı Boris Pasternak, SSRİ hökumətinin təyziqləri altında mükafatdan imtina etməyə məcbur olmuşdur. 1964-cü ildə Jan Pol Sartr, keçmişdə bütün rəsmi mükafatlardan imtina etdiyi kimi[8] bu mükafatdan da imtina etmişdir.[9] Bütün bunlara baxmayaraq, Nobel komiteti mükafatdan imtinanı qəbul etməyib və Pasternak və Jan Pol Sartrı Nobel laureatları siyahısına daxil etmişdir.[10]

16 qadın Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur.[11][12] 1904, 1917, 1966 və 1974-cü ildə mükafat iki nəfərə verilmişdir. 1914, 1918, 1935, 1940–1943 və 2018-ci ildə isə mükafat verilməmişdir.[13] 2018-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı 2019-cu ilin mükafatı ilə birlikdə 2019-cu ilin oktyabrında verildi.[6][14][15] 2021-ci ilə qədər Ədəbiyyat üzrə Nobel Mükafatının 29 ingilis dilli, 15 fransız dilli və 14 alman dilli qalibi mövcuddur.

Laureatlar[redaktə | mənbəni redaktə et]

İl Şəkil Laureat Ölkə Dil(lər) Əsaslanma janr(lar)
1901 Sülli-Prüdom
(1839 – 1907)
Üçüncü Fransa Respublikası Fransızca "Qəlb və ağlın nadir kombinasiyasının keyfiyyətliliyi, bədii mükəmməliliyi və ali idealizmin sübutu olan poetik kompozisyasının xüsusi olaraq tanınması üçün"[16] Poeziya, esse
1902 Teodor Mommzen
(1817 – 1903)
Almaniya İmperiyası Alman dili "Roma tarixi" adlı monumental əsərinə xüsusi istinadla tarix yazıçılığı sənətinin ən böyük canlı ustası"[17] Tarix, hüquq
1903 Byörnstyerne Byörnson(1832 – 1910) İsveç-Norveç Norveç dili "İlhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına təqdir olaraq"[18] Poeziya, roman, dram
1904 Frederik Mistral
(1830 – 1914)
Üçüncü Fransa Respublikası Provans dialekti "Xalqının təbii mənzərəsini və doğma ruhunu sədaqətlə əks etdirən poetik istehsalının təravətli orjinallığının və həqiqi ilhamının tanınmasına və əlavə olaraq Provans filoloqu olaraq əhəmiyyətli çalışmalarına görə"[19] poeziya, filologiya
Xose Eçegeray-i-Eysagirre
(1832 – 1916)
Restorasiya (İspaniya) İspan dili "İndividual və orijinal mövzularda İspan dramaturgiyasının böyük ənənələrini dirçəldən çoxsaylı və parlaq kompozisiyaların tanınması üçün"[19] dram
1905 Henrik Senkeviç
(1846 – 1916)
Polşa Polyak dili "Epos sahəsindəki böyük xidmətlərinə görə"[20] roman
1906 Cozue Karduççi
(1835 – 1907)
İtaliya Krallığı İtaliya dili "Nəinki sadəcə onun dərin öyrənmə və tənqidi tədqiqatını diqqətə almaqla, lakin hər şeydən əvvəl onun poetik şah əsərlərini xarakterizə edən yaradıcılıq enerjisinə, tərzinin təravətinə və lirik gücünə təqdir olaraq"

[21]

poeziya
1907 Redyard Kiplinq
(1865 – 1936)
Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı İngilis dili "Dünyaca məşhur müəllifin yaradıcılığını xarakterizə edən müşahidə gücü, təxəyyülünün orijinallığı, ideyalarının bitkinliyi və diqqətəlayiq təhkiyə qabiliyətinə görə"[22] roman, qıssa hekayə, poeziya
1908 Rudolf Eyken
(1846 – 1926)
Almaniya İmperiyası Alman dili "Onun çoxsaylı əsərlərində idealist həyat fəlsəfəsini təsdiqləmiş və inkişaf etdirdiyi təqdimatındaki həqiqəti ciddi axtarışının, nüfuz edən düşüncə gücünün, geniş baxış diapazonunun, hərarətinin və qüvvəsinin tanınması üçün"[23] fəlsəfə
1909 Selma Lagerlöf
(1858 – 1940)
İsveç İsveç dili "Onun yazılarını səciyyələndirən yüksək idealizmə, canlı təxəyyülə və mənəvi qavrayışa təqdir olaraq"[24] roman, qıssa hekayə
1910 Paul fon Heyze
(1830 – 1914)
Almaniya İmperiyası Almaniya İmperiyası "Lirik şair, dramaturq, romançı və dünya şöhrətli qısa hekayələr yazıçısı kimi uzun məhsuldar karyerası ərzində nümayiş etdirdiyi idealizmlə hopmuş mükəmməl sənətkarlığa təqdir olaraq"[25] poeziya, dram, roman, qıssa hekayə
1911 Moris Meterlink
(1862 – 1949)
Belçika Fransız dili "Onun çoxşaxəli ədəbi fəaliyyətinin, xüsusən də zəngin təxəyyülü və poetik fantaziya ilə seçilən dramatik əsərlərinə yüksək təqdir olaraq, hansı ki, onun əsərləri bəzən nağıl qiyafəsində, dərin ilhamla, sirli şəkildə oxucuların öz hisslərinə xitab edir, onların təxəyyülünü canlandırır"[26] dram, şeir, esse
1912 Gerhart Hauptman
(1862–1949)
Almaniya İmperiyası Alman dili "ilk növbədə onun dramaturgiya sənəti sahəsində məhsuldar, rəngarəng və görkəmli yaradıcılığının tanınması üçün."[27] dram, roman
1913 Rabindranat Taqor
(1861–1941)
Hindistan
(Britaniya imperiyası)
Benqal diliİngilis dili "Poetik zəkadan ustalıqla istifadə edilərək, dərin həssaslıqla yazılmış orijinal və gözəl şeirlərə görə"[28] poeziya, roman, dram, qıssa hekayə, musiqi, esse, fəlsəfə
1914 Mükafat verilmədi
1915 Romen Rollan
(1866–1940)
Üçüncü Fransa Respublikası Fransız dili "Ədəbi əsərlərindəki yüksək idealizmə, həqiqəti duymaya və sevməyə görə"[29] roman
1916 Verner fon Heydenstam
(1859–1940)
İsveç İsveç dili "Dünya ədəbiyyatının yeni dövrünün görkəmli nümayəndəsi olduğuna görə"[30] poeziya, roman
1917 Karl Adolf Gellerup Danimarka Danimarka dili "Poetik yaradıcılığının rəngarəngliyinə və yüksək ideallarına görə".[31] poetry
Henrik Pontoppidan Danimarka Danimarka dili "Danimarkanın müasir həyatını inandırıcı bir tərzdə təsvir etdiyinə görə"[31] roman
1918 Mükafat verilmədi
1919 Karl Şpitteler İsveçrə Alman dili "Bənzərsiz "Olimpiya baharı" eposuna görə.[32] poeziya
1920 Knut Hamsun Norveç Norveç dili "Torpağın şirləri əsərinə görə"[33] roman
1921 Anatol Frans Üçüncü Fransa Respublikası Fransız dili "Dərin məşəqqətli humanizmlə və əsl qall temperamentliliyi ilə yazılmış nəfis stilli parlaq ədəbi nailiyyətlərinə görə".[34] roman, poeziya
1922 Xasinto Benavente-i-Martines Restorasiya (İspaniya) İspan dili "Şanlı ispan dram ənənələrini ustalıqla davam etdirdiyinə görə"[35] dram
1923 Vilyam Yeyts Azad İrlandiya Dövləti İngilis dili "Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə"[36] poeziya
1924 Vladislav Reymont İkinci Polşa Respublikası Polyak dili "Möhtəşəm Kişilər milli eposuna görə"[37] roman
1925 Bernard Şou İrlandiya[38] İngilis dili "Misilsiz poetik gözəlliklə birləşdirdiyi parlaq satirasına, idealizm və humanizmlə zəngin yaradıcılığına görə"[39] dram, ədəbi tənqid
1926 Qrasiya Deledda İtaliya Krallığı İtalyan dili "Əziz vətəninin həyatını və insan problemlərinə tam dərindən yanaşmanı plastik aydınlıqla əks etdirdiyi poetik əsərlərinə görə"[40] poeziya, roman
1927 Anri Berqson Üçüncü Fransa Respublikası Fransız dili "Aydın və optimist ideyalarına və bu ideyaları özündə əks etdirən müstəsna fəaliyyətlərinə görə"[41] fəlsəfə
1929 Tomas Mann Almaniya Almaniya "Müasir ədəbiyyatın klassikasına çevrilmiş qüdrətli "Buddenbroklar" romanına görə".
1930 Sinkler Lüis ABŞ ABŞ "Güclü və ifadəli yaradıcılıq məharətinə, satira və yumordan istifadə edərək yeni tip və xarakater yaratmaq kimi müstəsna qabiliyyətinə görə".

1930-cu illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1931 Erik Karlfeldt İsveç İsveç "Poeziyasına görə (ölümündən sonra)"
1932 Con Qolsuorsi Böyük Britaniya Birləşmiş Krallıq "Yüksək yaradıcılıq qabiliyyətinin zirvəsi olan "Forsaytlar haqqında saqa" əsərinə görə".
1933 İvan Bunin Rusiya Rusiya/ Fransa Fransa "Rus klassik nəsrinin ənənələrini inkişaf etdirmə ustalığına görə". (mükafatı mühacirətdə alıb)
1934 Luici Pirandello İtaliya İtaliya "Səhnədə və dramaturgiya sənətinin intibahında göstərmiş olduğu bədii cəsarətə və ixtiraçılıq qabiliyyətinə görə".
1935 Mükafat təqdim edilməyib.
1936 Yucin O'Nil ABŞ ABŞ "Faciə janrını yeni şəkildə təfsir edən dram əsərlərinin təsir gücünə, həqiqiliyinə və məna dərinliyinə görə".
1937 Roje Marten dü Qar Fransa Fransa "İnsanı və müasir həyatın daha qabarıq tərəflərini düzgün əks etdirdiyinə və bədii gücünə görə".
1938 Perl Bak ABŞ ABŞ "Çin kəndlilərinin həyatını hərtərəfli, həqiqi epik təsvirlərinə və bioqrafik şedevrlərinə görə".
1939 Frans Emil Sillanpaa Finlandiya Finlandiya "Fin kəndlilərinin həyatına dərindən nüfuz etdiyinə və onların möhtəşəm adətlərini və təbiətlə münasibətlərini əks etdirdiyinə görə".
1940 Mükafat təqdim edilməyib.

1940-cı illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1941 Mükafat təqdim edilməyib.
1942 Mükafat təqdim edilməyib.
1943 Mükafat təqdim edilməyib.
1944 Yohannes Yensen Danimarka Danimarka "İntellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslübu ilə birləşdirmiş olduğu müstəsna poetik təxəyyülünün gücü və zənginliyinə görə".
1945 Qabriela Mistral Çili Çili "Adını "bütün Latın Amerikası üçün idealist can atma" rəmzi edən həqiqi hisslərlə dolu poeziyasına görə ".
1946 Herman Hesse Almaniya Almaniya/İsveçrə İsveçrə "Humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu yaradıcılığına və həmçinin gözəl üslüba görə".
1947 Andre Jid Fransa Fransa "İnsan problemini — həqiqətə qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirən dərin mənalı bədii əsərlərinə görə".
1948 Tomas Eliot Böyük Britaniya Birləşmiş Krallıq "Müasir poeziyanı yeniliklərlə zənginləşdirdiyinə görə".
1949 Vilyam Folkner ABŞ ABŞ "Ədəbiyyat nöqteyi-nəzərindən müasir amerika romanına verdiyi böyük və misiksiz töhfələrinə görə".
1950 Bertran Rassel Böyük Britaniya Birləşmiş Krallıq "Rasionalizm və humanizmin ən dəyərli nümayəndələrindən biri kimi azad söz və azad fikir uğrunda qərbdə mübarizə aparan qorxusuz döyüşçü olduğuna görə".

1950-ci illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1951 Per Lagerkvist İsveç İsveç "Yazıçının bəşəriyyəti daim düşündürən suallara cavab tapmaq uğrunda çalışdığı bədii gücünə və mütləq müstəqil mühakimələrinə görə".
1952 Fransua Moriak Fransa Fransa "Öz romanlarında insan həyatının faciələrini əks etdirə bilən dərin mənəvi hissləri anlamağına və bədii gücünə görə".
1953 Vinston Çörçill Böyük Britaniya Birləşmiş Krallıq "Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə".
1954 Ernest Heminquey ABŞ ABŞ "Növbəti dəfə "Qoca və dəniz" əsərində sərgiləmiş olduğu yazıçılıq qabiliyyətinə görə".
1955 Halldor Laksness İslandiya İslandiya "İslandiya ədəbiyyat sənətini dirçəldən parlaq epik gücünə görə".
1956 Xuan Ximenes İspaniya İspaniya "İspan poeziyasında yüksək ruh və bədii təmizlik nümunəsinə çevrilmiş lirik poeziyasına görə".
1957 Alber Kamyu Fransa Fransa "İnsan vicdanının əhəmiyyətini işıqlandıran, ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə".
1958 Boris Pasternak SSRİ "Müasir lirik poeziyadakı əhəmiyyətli nailiyyətlərinə və böyük rus epik roman ənənələrini davam etdirdiyinə görə".
1959 Salvatore Kvazimodo İtaliya İtaliya "Müasir dövrün faciəvi sınaqlarını klassik canlılıqla əks etdirdiyi lirik poeziyasına görə".
1960 Sen-Jon Pers Fransa Fransa "Müasir dövrdəki vəziyyəti əks etdirə bildiyi yüksək və nümunəvi şeirlərə görə".

1960-cı illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1961 İvo Andriç Yuqoslaviya "Öz ölkəsinin tarixi ilə bağlı olan insanların taleyini və problemləri bütünlüklə aça bildiyi epik janrdakı istedad gücünə görə".
1962 Con Steynbek ABŞ ABŞ "İncə yumoru kəskin sosial baxışlarla birləşdirə bilən realist poetik zəkasına görə".
1963 Yorqos Seferis Yunanıstan Yunanıstan "Qədim ellin dünyasının qarşısında baş əyməyə vadar edən gözəl lirik əsərlərinə görə".
1964 Jan Pol Sartr Fransa Fransa "Müasir dövrümüzə böyük təsir göstərmiş azadlıq ruhu ilə aşılanmış və yaradıcılıq həqiqətləri ilə dolu zəngin ideyalarına görə ".
1965 Mixail Şoloxov SSRİ "Rusiya üçün dönüş dövründə bədii gücü baxımından eposun tamlığına görə".
1966 Şmuel Yosef Aqnon İsrail İsrail "Yəhudi xalq motivləri ilə zəngin olan dərin mənalı orijinal hekayələrinə görə ".
1966 Nelli Zaks Almaniya Almaniya/İsveçrə İsveçrə "Yəhudi xalqının taleyini araşdıran əzəmətli lirik və dram əsərlərinə görə".
1967 Migel Anhel Asturias Qvatemala Qvatemala "Əsərlərində Latın Amerikası hindularının adət və ənənələrinə maraq duyduğu parlaq bədii nailiyyətlərinə görə".
1968 Yasunari Kavabata Yaponiya Yaponiya "Yapon şüur və düşüncəsinin mahiyyətini ustalıqla çatdıra bildiyi yazıçılıq qabiliyyətinə görə".
1969 Semyuel Bekket İrlandiya İrlandiya "Müasir insanın faciəsinin elə insanın özünün qələbəsinə çevrildiyini göstərdiyi nəsr və dramaturgiya sahəsində yenilikçi əsərlərinə görə".
1970 Aleksandr Soljenitsın SSRİ "Dahi rus ədəbiyyatı ənənələrini öz əsərlərində qeyd etmiş əxlaqi gücünə görə".

1970-ci illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1971 Pablo Neruda Çili Çili "Bütün qitənin taleyini özündə təcəssüm etdirən fövqəltəbii şeirlərinə görə".
1972 Henrix Böll Almaniya Almaniya "Əsərlərində geniş şəkildə əks etdirdiyi gerçəkliklərə və yüksək sənətkarlıqla yaratdığı xarakterlərlə alman ədəbiyyatının dirçəlməsinə səbəb olan yaradıcılığına görə".
1973 Patrik Vayt Avstraliya Avstraliya "Yeni ədəbiyyat materikinin kəşfinə səbəb olmuş epik və psixoloji ustalığına görə".
1974 Eyvind Yonson İsveç İsveç "Məkan və zamanı dərk edərək azadlığa xidmət edən yazıçılıq qabiliyyətinə görə".
1974 Harri Martinson İsveç İsveç "Özündə şehdən tutmuş kainata qədər hər şeyi ehtiva edən yaradıcılığına görə".
1975 Eucenio Montale İtaliya İtaliya "Tamamilə xəyallardan azad, böyük təsirlilik gücü ilə və həyata baxışların ifadə olunması ilə fərqlənən poeziya sahəsindəki nailiyyətlərə görə".
1976 Sol Bellou ABŞ ABŞ "Öz yaradıcılığında birləşdirmiş olduğu müasir mədəniyyətin incə təhlili və humanizminə görə".
1977 Visente Aleysandre İspaniya İspaniya "İnsanın kosmosda və müasir cəmiyyətdəki vəziyyətini əks etdirən və eyni zamanda özündə iki dünya müharibəsi arasında ispan poeziyası ənənələrinin oyanışını ifadə edən möhtəşəm poetik yaradıcılığına görə".
1978 İsaak Başevis-Zinger ABŞ ABŞ "Öz polyak-yəhudi köklərinə gedərək, emosional yazıçılıq qabiliyyətinə görə".
1979 Odiseas Elitis Yunanıstan Yunanıstan "Yunan mədəniyyətindən bəhrələnərək, ehtirasla və yüksək intellektuallıqla müasir insanın azadlıq və müstəqillik uğrunda mübarizəsini təsvir edən poetik yaradıcılığına görə".
1980 Çeslav Miloş Polşa Polşa "İnsanın dünyada edilməməsini və münaqişələr nəticəsində parçalanacağını heç bir qorxu olmadan qabaqcadan xəbər verdiyinə görə ".

1980-ci illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1981 Elias Kanetti Böyük Britaniya Birləşmiş Krallıq "İnsan vicdanının əhəmiyyətini işıqlandıraraq ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə".
1982 Qabriel Qarsiya Markes Kolumbiya Kolumbiya "Fantaziya və reallığı eyni zamanda bir yerə sığışdıraraq bütov bir qitənin həyat və mübarizələrini əks etdirən roman və hekayələrinə görə".
1983 Vilyam Qoldinq Böyük Britaniya Birləşmiş Krallıq "İnsan təbiətinin və şər probleminin mahiyyətinə varan, onları yaşamaq uğrunda mübarizə ideyasında birləşdirən romanlarına görə".
1984 Yaroslav Seyfert Çexoslovakiya "İnsan ruhunun müstəqil və hərtərəfli olmasını sübut edən və öz təravətliliyi, həssaslığı və zəngin təxəyyüllülüyü ilə fərqlənən şeirlərinə görə".
1985 Klod Simon Fransa Fransa "Gözəlliyi və poetik başlanğıcları birləşdirmiş olduğu yaradıcılıq qabiliyyətinə görə".
1986 Vole Şoyinka Nigeriya Nigeriya "Nəhəng mədəni və poetik perspektivləri olan teatr yaratdığına görə".
1987 İosif Brodski SSRİ
ABŞ ABŞ
"Aydın fikir və coşğun poeziya ilə zəngin hərtərəfli yaradıcılığına görə".
1988 Nəcib Məhfuz Misir Misir "Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə".
1989 Kamilo Xose Sela İspaniya İspaniya "Mərhəmətlə və həssaslıqla insan zəifliyini qeyd edən, təsirli və güclü nəsr əsərlərinə görə".
1990 Oktavio Pas Meksika Meksika "Ağılla, humanist tamlıqla və böyük şövqlə yazılmış hərtərəfli əsərlərinə görə".

1990-cı illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
1991 Nadin Qordimer Cənubi Afrika "Öz bənzərsiz eposu ilə bəşəriyyətə böyük xeyir verdiyinə görə".
1992 Derek Uolkott Sent-Lüsiya Sent-Lüsiya "64 fəsilli bənzərsiz karib eposu nümunəsinə görə".
1993 Toni Morrison ABŞ ABŞ "Amerika gerçəkliyinin vacib aspektini dirçəltdiyi arzu və poeziyayla zəngin romanlarına görə".
1994 Kenzaburo Oe Yaponiya Yaponiya "Gerçəkliyin və mifin birləşərək bugünkü insan fəlakətlərinin qorxulu mənzərəsini canlandırdığı təsəvvür edilən dünyanın poetik bir güclə təsvirinə görə".
1995 Şeymas Xini İrlandiya İrlandiya "Qarşımızda heyrətamiz həyatı canlandıran və keçmişi dirildən poeziyasının lirik gözəlliyinə və etik dərinliyinə görə".
1996 Vislava Şimborska Polşa Polşa "Bəşər gerçəklikləri kontekstində tarixi və bioloji təzahürləri böyük dəqiqliklə təsvir edən poeziyasına görə".
1997 Dario Fo İtaliya İtaliya "Orta əsrlərin təlxəklərinin xələfi kimi hakimiyyəti və avtoriteti tənə etdiyinə, əsarətdə yaşayanların ləyaqətini müdafiə etdiyinə görə".
1998 Joze Saramaqo Portuqaliya Portuqaliya "Təxəyyül, həyəcan və ironiya ilə zəngin pritçalardan istifadə edərək xəyalı reallığı anlamağa imkan verən fəaliyyətlərinə görə".
1999 Günter Qrass Almaniya Almaniya "Tarixin unudulmuş surətini işıqlandıran, şən və kədərli pritçalarına görə".
2000 Qao Sintszyan Çin ÇXR/ Fransa Fransa "Müasir dünyada insanın vəziyyətini kədərlə qeyd edən dünyəvi xarakterli əsərlərinə görə".

2000-ci illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
2001 Vidiadxar Suracprasad Naypol Trinidad və Tobaqo Trinidad və Tobaqo/
Böyük Britaniya Birləşmiş Krallıq
"Barəsində fikir yürüdülməsi qəbul edilməyən bəzi faktlarla bağlı bizi düşünməyə vadar edən sarsılmaz düzlüyünə görə".
2002 İmre Kertes Macarıstan Macarıstan "Kertes öz yaradıcılığında cəmiyyətin aktiv olaraq şəxsiyyəti özündən asılı etdiyi bir dövrdə fərdin yaşamağa və düşünməyə necə davam edə biləcəyi barəsində suallara cavab verir".
2003 Con Maksvell Kutzee Cənubi Afrika Respublikası CAR "Kutzeyenin romanlarına xas olan xüsusiyyətlər — gözəl düşünülmüş kompozisiyalar, zəngin dialoqlar və analitik düşüncə sahəsindəkı ustalığıdır. O, eyni zamanda hər şeyi — qərb sivilizasiyasının qəddar rasionalizmini və süni əxlaqını tənqid edir. O, intellektual baxımından çox vicdanlı adamdır. Doğrunu yanlışdan ayırd etmək problemləri ilə, hərəkət və hərəkətsizliklərin arasındakı seçim əzabı ilə məşğul olur".
2004 Elfrida Elinek Avstriya Avstriya "Qeyri-adi linqvistik səylə sosial qəliblərin mənasızlığını və onları kölə vəziyyətinə salan qüvvələri işıqlandırdığı roman və pyeslərində musiqili səda və əks-səda qabarmalarına görə".
2005 Harold Pinter Böyük Britaniya Birləşmiş Krallıq "Öz pyeslərində gündəmin təlaşları əsasında duran uçurumları aydınlaşdırdığına və işgəncə yerinə daxil olduğuna görə".
2006 Orxan Pamuk Türkiyə Türkiyə "Doğma şəhərinin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə".
2007 Doris Lessinq Zimbabve Zimbabve/
Böyük Britaniya Birləşmiş Krallıq
"Skepsis, həyəcan və uzaqgörənliklə bölünmüş sivilizasiyanı diqqətə çatdıran, qadın təcrübəsini qeyd edən yazıçı olduğuna görə".
2008 Jan-Mari Qustav Le Klezio Fransa Fransa/
Mavriki Mavriki
"Yeni istiqamətlərin, poetik macəraların və duyğusal coşğunluğun müəllifi, bəşəriyyətin hakim sivilizasiyanın sərhədlərindən kənar tədqiqatçısı olduğuna görə".
2009 Herta Müller Almaniya Almaniya "Poeziyanın cəmləşdirilməsi və nəsrdəki səmimiyyəti ilə məzlumların həyatını təsvir etdiyinə görə".
2010 Mario Varqas Lyosa Peru Peru "Hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə".

2010-cu illər[redaktə | mənbəni redaktə et]

Mükafatın təqdim edildiyi il Mükafatı alan yazıçı və ya şairin adı Laureatın təmsil etdiyi ölkə Mükafata layiq görülmə səbəbi
2011 Tumas Tranströmer İsveç İsveç "Aydın və yığcam şəkilləri ilə reallığa daha asan çıxış əldə etmək imkanı yaratdığına görə"
2012 Mo Yan Çin ÇXR "Öz əsərlərində magik realizmlə xalq nağıllarını, tarixiliyi və müasirliyi əlaqələndirdiyinə görə"
2013 Elis Munro Kanada Kanada "çağdaş qısa hekayənin ustası olduğuna görə"
2014 Patrik Modiano Fransa Fransa "özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə"
2015 Svetlana Aleksiyeviç Belarus Belarus "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə"
2016 Bob Dylan ABŞ ABŞ "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə"
2022 Anni Erno Fransa Fransa "cəsarət və klinik kəskinliklə, şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ortaya qoyduğuna görə"
2023 Yun Fosse Norveç Norveç “anlaşılmaz olanı ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə”

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Alfred Nobel – The Man Behind the Nobel Prize". Nobel Foundation. 2007-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  2. "The Nobel Prize Awarders". Nobel Foundation. 2008-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  3. "Winners of the Nobel Prize for Literature | Nobel Prize in Literature". Encyclopedia Britannica (ingilis). 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  4. "The Nobel Prize". Nobel Foundation. 2008-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-07.
  5. "The Nobel Prize Award Ceremonies". Nobel Foundation. 2008-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  6. 1 2 "All Nobel Laureates in Literature". Nobel Foundation. 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  7. Facts on the Nobel Prize in Literature Arxivləşdirilib 2019-09-28 at the Wayback Machine Nobelprize.org
  8. "Nobel Laureates Facts". Nobel Foundation. 2007-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  9. Flood, Alison. "Jean-Paul Sartre rejected Nobel prize in a letter to jury that arrived too late". The Guardian (ingilis). 2015-01-05. ISSN 0261-3077. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  10. "Bob Dylan removes mention of Nobel prize from website". The Guardian. 2016-10-21. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  11. "Women Nobel Laureates". Nobel Foundation. 2008-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-16.
  12. "Nobel Prize winners: How many women have won awards?". Telegraph.co.uk (ingilis). 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  13. "2018 Nobel Prize In Literature Is A Casualty Of Sex-Abuse Scandal". NPR. NPR. 11 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
  14. "2018 Nobel Prize In Literature Is A Casualty Of Sex-Abuse Scandal". NPR. NPR. 11 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
  15. "Nobel Prize in Literature awarded to Olga Tokarczuk and Peter Handke". The Independent. The Independent. 10 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2019.
  16. "Nobel Prize in Literature 1901". Nobel Foundation. 2008-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  17. "Nobel Prize in Literature 1902". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  18. "Nobel Prize in Literature 1903". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  19. 1 2 "Nobel Prize in Literature 1904". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  20. "Nobel Prize in Literature 1905". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  21. "Nobel Prize in Literature 1906". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  22. "Nobel Prize in Literature 1907". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  23. "Nobel Prize in Literature 1908". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  24. "Nobel Prize in Literature 1909". Nobel Foundation. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  25. "Nobel Prize in Literature 1910". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  26. "Nobel Prize in Literature 1911". Nobel Foundation. 2008-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  27. "Nobel Prize in Literature 1912". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  28. "Nobel Prize in Literature 1913". Nobel Foundation. 2008-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  29. "Nobel Prize in Literature 1915". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  30. "Nobel Prize in Literature 1916". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  31. 1 2 "Nobel Prize in Literature 1917". Nobel Foundation. 2008-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  32. "Nobel Prize in Literature 1919". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  33. "Nobel Prize in Literature 1920". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  34. "Nobel Prize in Literature 1921". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  35. "Nobel Prize in Literature 1922". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  36. "Nobel Prize in Literature 1923". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  37. "Nobel Prize in Literature 1924". Nobel Foundation. 2008-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  38. "George Bernard Shaw | Irish dramatist and critic". Encyclopedia Britannica (ingilis). 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.
  39. "Nobel Prize in Literature 1925". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  40. "Nobel Prize in Literature 1926". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.
  41. "Nobel Prize in Literature 1927". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-17.