Vilhelm Rentgen — Vikipediya
Vilhelm Rentgen | |
---|---|
Röntgen Vilhelm Konrad | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Remşeyd (Lennep), ![]() |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | kolorektal xərçəng |
Vətəndaşlığı | Almaniya |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | ![]() |
![]() | |
![]() |
Vilhelm Konrad Rentgen (alm. Wilhelm Conrad Röntgen; 27 mart 1845[4][5][…] – 10 fevral 1923[2][4][…], Münhen, Almaniya Reyxi[d][2][3]) — Alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. Rentgen şüalarının kəşfi ilə tanınır.
Həyatı[redaktə | mənbəni redaktə et]
Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur.
1869-cu ildə Sürix Universitetinin doktoranturasını almışdır. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cu ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir.
Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.
Elmi işləri[redaktə | mənbəni redaktə et]
Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. X-şüalarını (röntgen şüaları) kəşf etmiş, ilk rentgen borusunu yaratmışdır. Röntgen şüalarının kəşfi elmin bütün sahələrinə güclü təsir etmişdir. Röntgen və qamma şüalanmaları vahidi rentgen onun şərəfinə aid edilmişdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 https://www.library.ethz.ch/Ressourcen/Digitale-Bibliothek/Kurzportraets/Wilhelm-Conrad-Roentgen-1845-1923.
- ↑ 1 2 3 Рентген Вильгельм Конрад // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 www.accademiadellescienze.it (it.).
- ↑ 1 2 Wilhelm Konrad Röntgen // RKDartists (nid.).
- ↑ W.C. Röntgen // KNAW Past Members (ing.).