Otto Ştern — Vikipediya

Otto Ştern
alm. Otto Stern
Doğum tarixi 17 fevral 1888(1888-02-17)[1][2][…]
Vəfat tarixi 17 avqust 1969(1969-08-17)[3][1][…] (81 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Otto Stern (alm. Otto Stern‎; 17 fevral 1888[1][2][…]17 avqust 1969[3][1][…], Berkli, Kaliforniya) — Alman fiziki. 1943-cü il Nobel Fizika Mükafatı laureatı.

Almaniya İmperiyasının Zorau şəhərində doğulmuşdur (indiki Polşa ərazisində). Təhsilini Breslau Universitetində tamamlamış, fizika və kimya sahəsində doktorluq müdafiə etmişdir. Rostok Universitetində professor olaraq çalışmış, 1923-cü ildə Hamburq Universitetinə keçmişdir.

Nasizm dövründə Karnegi Texnologiya Universitetinə keçmiş və dərhal sonra Kaliforniyanın Berkli Universitetində də işlərinə davam etmişdir.

Ştern təcrübəli fizik idi. Molekulyar dalğa metodunun inkişaf etdirilməsi üçün çalışmışdır. Atom maqnit hərəkət ölçümləri, atom və molekulların təbii hərəkətlərinin izlənməsi, protonun maqnit hərəkətinin kəşfi də onun xidmətləri sırasındadır. Buna görə 1943-cü ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Otto (1888-1969) Stern // Frankfurter Personenlexikon. 2014.
  2. 1 2 Otto Stern // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Штерн Отто // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 NNDB (ing.). 2002.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]