Pavel Çerenkov — Vikipediya

Pavel Çerenkov
rus. Павел Алексеевич Черенков
Doğum tarixi 28 iyul 1904(1904-07-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1990(1990-01-06)[3][1][…] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri Nüvə fizikası, optika
Elmi dərəcəsi
Elmi adları
İş yerləri
  • Lebedev Fizika İnstitutu[d],
  • Moskva Energetika İnstitutu[d]
Təhsili
  • Voronej Dövlət Universiteti[d]
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
SSRİ Dövlət mükafatı "Stalin" mükafatı Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Çerenkov (rus. Па́вел Алексе́евич Черенко́в; 28 iyul 1904[1][2][…], Novaya Çiqla[d], Voronej quberniyası[d], Rusiya imperiyası6 yanvar 1990[3][1][…], Moskva) – 1958-ci ildə İlya Frankİqor Tamm ilə "Çerenkov effektini kəşf və şərh etdiklərinə görə" Fizika üzrə Nobel mükafatını bölüşmüş Sovet fiziki.[4][5]

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Pavel Alekseyeviç Çerenkov 28 iyul 1904-cü ildə Rusiyanın Voronej vilayətində anadan olub. 1928-ci ildə Voronej Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirib. 1930-cu ildə Rusiya Elmlər Akademiyasındaki Lebedev adına Fizika İnstitutunda böyük elmi işçi vəzifəsinə başlayıb.[6] Sonra bölmə rəhbəri vəzifəsinə gətirilib və 1940-cı ildə Fizika-Riyaziyyat Elmləri Doktoru dərəcəsinə layiq görülüb. 1953-cü ildə Eksperimental Fizika professoru olub. 1959-cu ildən başlayaraq institutun foto-mezon prosesləri laboratoriyasına rəhbərlik edib. On dörd il boyunca ali təhsil müəssisələrində dərs vermişdir.[6] 1934-cü ildə S. İ. Vavilovun rəhbərliyi altında işləyərkən radioaktiv bombardmana məruz qalan bir şüşə sudan mavi işıq yayıldığını müşahidə etdi. İşığın faza sürətindən yüksək sürətlərdə hərəkət edən yüklü atom zərrəcikləri ilə əlaqəli olan bu effekt ("Çerenkov effekti"), nüvə fizikasındaki sonraki eksperimental işlərdə və kosmik şüaların öyrənilməsində böyük əhəmiyyətə sahib olduğunu sübut etdi.[6] Çerenkov dedektoru yüksək sürətli hissəciklərin varlığını və sürətini müşahidə etmək üçün atom tədqiqatında standart bir cihaz halına gəldi və cihaz Sputnik 3-ə quraşdırıldı. Çerenkov Elektron sürətləndiricilərin inkişafı və qurulması işində, foto-nüvə və foto-mezon reaksiyalarının araşdırılmasında iştirak etmişdir. 1958-ci ildə İlya Frankİqor Tamm ilə "Çerenkov effektini kəşf və şərh etdiklərinə görə" Fizika üzrə Nobel mükafatını bölüşdü.[7]

Çerenkov 6 yanvar 1990-cı ildə Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Pawel Alexejewitsch Tscherenkow // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Pavel Aleksejevič Čerenkov // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Kojevnikov A. Pavel Alekseyevich Cherenkov // Encyclopædia Britannica (ing.).
  4. "The Nobel Prize in Physics 1958". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  5. Chudakov, Alexander E. "Obituary: Pavel Alexeyevich Cherenkov". Physics Today. 45 (12). December 1992: 106–107. Bibcode:1992PhT....45l.106C. doi:10.1063/1.2809928. 2013-10-04 tarixində orijinalından arxivləşdirilib.
  6. 1 2 3 "Pavel A. Cherenkov Biographical". Nobel Foundation. 2 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2020.
  7. "The Nobel Prize in Physics 1958". Nobel Foundation. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  8. "Могила П. А. Черенкова на Новодевичьем кладбище". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Биография на сайте электронной библиотеки "Наука и техника"  (rus.)