Ceyms Pibls — Vikipediya

Ceyms Pibls
ing. Jim Peebles
Doğum adı Phillip James Edwin Peebles
Doğum tarixi 25 aprel 1935(1935-04-25)[1] (88 yaş)
Doğum yeri
Elm sahəsi Kosmologiya
Elmi dərəcəsi
İş yeri
Təhsili
Elmi rəhbəri Robert Henri Dike[d][3]
Üzvlüyü
Mükafatları "Kanada" ordeninin üzvü
Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filip Ceyms Edvin Pibls (25 aprel 1935[1], Vinnipeq, Manitoba, Kanada) — Kanadalı-Amerikalı astrofizik, astronom və nəzəri kosmoloq, hazırda Prinston Universitetində Albert Eynşteyn elmi üzrə fəxri professordur.[4][5] O, 1970-ci ildən bəri ibtidai nukleosintez, qaranlıq maddə, kosmik mikrodalğalı fon və struktur formalaşmasına böyük nəzəri töhfələrlə dünyanın aparıcı nəzəri kosmoloqlarından biri kimi qəbul edilir.

Pibls fiziki kosmologiyada nəzəri kəşflərinə görə 2019-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülüb.[6] O, günəşə bənzər ulduzun ətrafında fırlanan ekzoplanetin kəşfinə görə mükafatı Mişel Mayor və Didye Quelozla bölüşüb.[7][8][9] Əsərlərinin çoxu kainatın ilk bir neçə saniyədən inkişafı ilə bağlı olsa da, o, başlanğıc haqqında bildiklərimizə daha çox şübhə ilə yanaşır və deyir:“Çox təəssüf ki, başlanğıc haqqında düşünürük, halbuki əslində başlanğıc kimi yaxşı bir nəzəriyyəmiz yoxdur."[10]

Pibls özünü aqnostik kimi təsvir edir.[11]

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Pibls 25 aprel 1935-ci ildə Kanadanın Manitoba əyalətinin Vinnipeq,Sent Bonifes şəhərində, evdar qadın Ada Marion (Qrin) və Vinnipeq Taxıl Birjasında işləyən Endryu Çarlz Piblsin oğlu olaraq dünyaya gəlib.[12] Pibls Manitoba Universitetində ali təhsilini alır. Daha sonra o, Prinston Universitetində aspirantura təhsilini davam etdirən Pibls 1962-ci ildə fizika üzrə fəlsəfə doktoru, Robert Dikkin rəhbərliyi altında "Elektromaqnit Qarşılıqlı Təsir Gücünün dəyişən ola biləcəyi Durateston Fərziyyəsi ilə əlaqədar Müşahidə Testləri və Nəzəri problemlər"adlı doktorluq dissertasiyasını tamamlayır.[13] Bütün karyerası boyu Prinstonda qalır. Pibls 1977-78-ci tədris illəri ərzində Təkmilləşdirmə İnstitutunun Təbiət Elmləri Məktəbinin üzvü idi; o, 1990-91 və 1998-99-cu illərdə buraya səfərlər edib.[14]

Akademik karyerası[redaktə | mənbəni redaktə et]

1964-cü ildən bəri Piblsın işlərinin çoxu kainatın mənşəyini müəyyən etmək üçün fiziki kosmologiya sahəsində olmuşdur.[15] 1964-cü ildə bu sahəyə maraq çox az idi və bu sahə "ölü nöqtə" hesab olunurdu, lakin Pibls bu sahəni öyrənməyə sadiq qaldı. Pibls Böyük partlayış modelinə bir çox əhəmiyyətli töhfələr verən alimdir. Dik və başqaları ilə (Corc Qamov, Ralf A. Alfer və Robert C. Hermandan təxminən iyirmi il sonra) Pibls kosmik mikrodalğalı fon radiasiyasını proqnozlaşdırıb. Böyük partlayış nukleosintezinə, qaranlıq maddəyə və qaranlıq enerjiyə böyük töhfələr verməklə yanaşı, o, 1970-ci illərdə kosmik quruluşun formalaşması nəzəriyyəsində aparıcı pioner idi. Fizikanın ciddi, kəmiyyət sahəsi hesab edilməzdən çox əvvəl, Pibls fiziki kosmologiyanı öyrənirdi və onun böyüklüyünü bərqərar etmək üçün çox işlər görüb.[16] Pibls deyirdi: "Bu, birdən-birə kosmologiyanı aktuallaşdıran bir addım deyil, kritik kəşf idi, lakin bu sahə bir sıra eksperimental müşahidələr nəticəsində tədricən ortaya çıxdı. Aydındır ki, karyeram müddətində ən vaciblərindən biri kosmik mikrodalğalı fonun (CMB) radiasiyasının aşkar edilməsi idi ki, bu da dərhal diqqəti cəlb etdi [...] bu radiasiyanın xüsusiyyətlərini ölçməkdə maraqlı olan eksperimentalistlər, həm də nəticələrin təhlilinə qoşulan nəzəriyyəçilərin də diqqətində oldu”.[17] O, kosmologiyada demək olar ki, bütün müasir tədqiqatların əsasını qoydu, həm nəzəri, həm də müşahidə əsasında yüksək spekulyativ sahəni dəqiq bir elmə çevirdi.[18]

Pibls, daha sonra digər elm adamları tərəfindən geniş şəkildə öyrənildi.[19] Məsələn, 1987-ci ildə o, ilkin kainatın inkişafı üçün ilkin izocurvature barion modelini təklif etdi. Eynilə, Pibls 1970-ci illərin əvvəllərində qaranlıq maddə probleminin qurulmasına töhfə verdi.[20][21] Pibls qalaktik formalaşmanın sabitliyi ilə bağlı Ostriker-Peebles meyarı ilə də tanınır.[22]

Pibls "Fiziki kosmologiyada nəzəri kəşflərə görə" 2019-cu ildə Fizika üzrə Nobel mükafatı laureatı alması ilə tanındı; Pibls mükafatı Mişel Mayor və əsas ardıcıllıq ulduzu ətrafında ekzoplaneti kəşf edən Didye Quelozla bölüşdü.[23]

Pibls 1977-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü, 1988-ci ildə isə Milli Elmlər Akademiyasının üzvü seçilmişdir.[24][25]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Mükafatları
Onun adını daşıyır

Nəşrləri[redaktə | mənbəni redaktə et]

  • Filip Ceyms Edvin Pibls. (2009). Böyük partlayışın tapılması. Cambridge University Press.
  • Filip Ceyms Edvin Pibls. (1980). Kainatın irimiqyaslı quruluşu. Princeton University Press.
  • Filip Ceyms Edvin Pibls. (1992). Kvant mexanikası. Princeton University Press.
  • Filip Ceyms Edvin Pibls. (1993). Fiziki Kosmologiyanın Prinsipləri. Princeton University Press.
  • Filip Ceyms Edvin Pibls. (2020). Kosmologiya əsri. Amsterdam University Press.[44]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 James Peebles // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 NNDB (ing.). 2002.
  3. Mathematics Genealogy Project (ing.). 1997.
  4. "Princeton University Physics Department". May 11, 2011 tarixində arxivləşdirilib.
  5. "Princeton University News". April 13, 2016 tarixində arxivləşdirilib.
  6. Hooper, Dan. "A Well-Deserved Physics Nobel - Jim Peebles' award honors modern cosmological theory at last". Scientific American. October 12, 2019. October 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.
  7. "The Nobel Prize in Physics 2019". Nobel Media AB. October 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  8. Chang, Kenneth; Specia, Megan. "Nobel Prize in Physics Awarded for Cosmic Discoveries - The cosmologist James Peebles split the prize with the astrophysicists Michel Mayor and Didier Queloz, for work the Nobel judges said "transformed our ideas about the cosmos."". The New York Times. October 8, 2019. October 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  9. Kaplan, Sarah. "Nobel Prize in physics awarded for research on exoplanets and the structure of the universe". Washington Post. 8 October 2019. İstifadə tarixi: 13 October 2019.
  10. Couronne, Ivan. "Top cosmologist's lonely battle against 'Big Bang' theory". Phys.org. November 14, 2019. November 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2019.
  11. "Jim Peebles - Session II". www.aip.org (ingilis). 2015-04-01. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  12. Narins, Brigham, redaktor Notable Scientists from 1900 to the Present. 4 (N–S) (2). Gale Group. 2001. ISBN 9780787617554. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17Google Books vasitəsilə.
  13. Peebles, Phillip James Edwin. Observational tests and theoretical problems relating to the conjecture that the strength of the electromagnetic interaction may be variable (Tezis). Princeton University. 1962. OCLC 83718695. 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17ProQuest vasitəsilə.
  14. "Phillip James E. Peebles". Institute for Advanced Study. May 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  15. Garlinghouse, Tom. "A 'joy ride' of a career: Peebles wins Nobel Prize in Physics for tackling big questions about the universe". Princeton University. October 8, 2019. June 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2019.
  16. "General Relativity's Influence and Mysteries". Institute for Advanced Study (ingilis). August 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  17. "Interview with James Peebles". CERN EP newsletter (ingilis). May 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2016.
  18. "Announcement-The Shaw Laureate in Astronomy 2004". Shaw Foundation. January 9, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 27, 2016.
  19. Hu (June 28, 1994)
  20. de Swart, J. G.; Bertone, G.; van Dongen, J. "How dark matter came to matter". Nature Astronomy. 1 (3). 2017: 0059. arXiv:1703.00013. Bibcode:2017NatAs...1E..59D. doi:10.1038/s41550-017-0059. 0059.
  21. de Swart, Jaco. Closing in on the Cosmos: Cosmology's Rebirth and the Rise of the Dark Matter Problem // Blum, Alexander; Lalli, Roberto; Renn, Jürgen (redaktorlar ). The Renaissance of General Relativity in Context. Einstein Studies. 16. Birkhäuser, Cham. 2020. 257–284. arXiv:1903.05281. doi:10.1007/978-3-030-50754-1_8. ISBN 978-3-030-50754-1. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  22. Binney, James; Tremaine, Scott. Galactic Dynamics (ingilis). Princeton University Press. 1987. 374. ISBN 9780691084459. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  23. Chang, Kenneth; Specia, Megan. "Nobel Prize in Physics Awarded for Studies of Earth's Place in the Universe". The New York Times. October 8, 2019. August 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2019.
  24. "P. James E. Peebles". American Academy of Arts & Sciences (ingilis). 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
  25. "P. James E. Peebles". www.nasonline.org. 2019-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
  26. "APS Fellow Archive". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  27. 1 2 Weintraub, David A. How Old Is the Universe? (ingilis). Princeton University Press. 2011. səh. 317. ISBN 9780691147314. May 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  28. "Dannie Heineman Prize for Astrophysics | American Astronomical Society". aas.org. November 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  29. "Phillip Peebles biography". Royal Society. September 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2017.
  30. "The Bruce Medalists". www.phys-astro.sonoma.edu. October 9, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  31. "Earlier Lectures - Oskar Klein Centre". www.okc.albanova.se. November 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  32. Williams, D. A. "Prof. P J E Peebles: 1998 Gold Medal". Astronomy & Geophysics (ingilis). June 1, 1999. 3.6–a–3.6. doi:10.1093/astrog/40.3.3.6-a. May 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  33. "2000 Gruber Cosmology Prize | Gruber Foundation". gruber.yale.edu. May 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  34. "Princeton Announcements, June 2001 - Archived". www.princeton.edu. December 15, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  35. "The Shaw Prize - Top prizes for astronomy, life science and mathematics". www.shawprize.org. April 5, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  36. "American Philosophical Society Member History". www.amphilsoc.org. June 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2021.
  37. "The Crafoord Prize 2005". www.crafoordprize.se. March 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  38. "Charles M. and Martha Hitchcock Lectures | Series | Berkeley Graduate Lectures". gradlectures.berkeley.edu. January 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  39. "FACULTY AWARD: Peebles awarded 2013 Dirac Medal for work in theoretical physics". Princeton University (ingilis). May 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  40. "12 Manitobans to receive province's highest honour this summer". CBC.ca. May 12, 2017. June 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  41. "The Nobel Prize in Physics 2019". Nobel Media AB. October 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  42. "AAS Fellows". AAS. 28 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2020.
  43. "Asteroid (18242) Peebles". Royal Astronomical Society of Canada. March 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2019.
  44. ThriftBooks. "Phillip James Edwin Peebles Books | List of books by author Phillip James Edwin Peebles". ThriftBooks (ingilis). 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]