Ouen Çemberlen — Vikipediya

Ouen Çemberlen
ing. Owen Chamberlain
Doğum tarixi 10 iyul 1920(1920-07-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 fevral 2006(2006-02-28)[2][3][…] (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Parkinson xəstəliyi
Dəfn yeri
  • Mauntin-Vyu qəbiristanlığı[d][5]
Elm sahəsi fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Enriko Fermi
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ouen Çemberlen (ing. Owen Chamberlain; 10 iyul 1920[1][2][…], San-Fransisko, Kaliforniya[1]28 fevral 2006[2][3][…], Berkli, Kaliforniya) – subatomik antizərrəcik olan antiprotonu kəşf etdiyinə görə 1959-cu ildə Fizika üzrə Nobel mükafatını Emilio Gino Segre ilə bölüşmüş amerikalı fizik.[6]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kaliforniyanın San-Fransisko şəhərində anadan olan Çemberlen, 1937-ci ildə Filadelfiyadaki "Germantown" Dostlar Məktəbini bitirdi. Dartmut KollecindəBerkli Kaliforniya Universitetində fizika təhsili aldı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər məktəbdə qaldı və 1942-ci ildə həm Berklidə, həm də Los Alamos, Nyu-Meksikoda Segre ilə birlikdə çalışdığı Manhetten layihəsinə qatıldı. 1943-cü ildə Betris Babet Kapper ilə evləndi[7]

1946-cı ildə müharibədən sonra Çemberlen fizik Enriko Ferminin rəhbərliyi altında Çikaqo Universitetində doktorantura işinə davam etdi.[8] 1949-cu ildə Çikaqo Universitetindən Ph. D elmi dərəcəsini qazandı.

1948-ci ildə eksperimental işini başa vuran Çemberlen, fakültənin üzvü olaraq Berkliyə qayıtdı. Orada, Segre və digər fiziklər proton-proton səpələnməsini araşdırdılar. 1955-ci ildə Berkli, Bevatronda həyata keçirilmiş bir sıra proton səpələnmə təcrübələri antiprotonun kəşfinə yol açdı.

Çemberlen sülh və sosial ədalət məsələlərində siyasi cəhətdən fəal idi və Vyetnam müharibəsinə qarşı çıxışlar etdi. 1980-ci illərdə "Nüvə dondurma" hərəkatının qurulmasına kömək etdi. 2003-cü ildə Humanist manifestini imzalayan 22 Nobel mükafatçısından biri idi.[9]

1985-ci ildə Çemberlenə Parkinson xəstəliyi diaqnozu qoyuldu və 1989-cu ildə müəllimlikdən təqaüdə çıxdı. Xəstəliyinin ağırlaşması səbəbindən, 2006-cı ilin 28 fevral tarixində, 85 yaşında Berklidə vəfat etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Чемберлен Оуэн // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 2,0 2,1 2,2 2,3 Owen Chamberlain // Encyclopædia Britannica (ing.).
  3. 3,0 3,1 Owen Chamberlain // Solomon Quqqenhaym muzeyi. 1937.
  4. 4,0 4,1 NNDB (ing.). 2002.
  5. Find a Grave (ing.). 1996.
  6. Jaros, John; Nagamiya, Shoji; Steiner, Herbert. "Obituary: Owen Chamberlain". Physics Today. 59 (8). August 2006: 70–72. Bibcode:2006PhT....59h..70J. doi:10.1063/1.2349741.
  7. Sanders, Robert (March 1, 2006). Owen Chamberlain, Physics Nobelist, UC Berkeley professor, LBNL researcher and co-discoverer of the anti-proton, has died at 85 Arxivləşdirilib 2012-08-18 at the Wayback Machine. www.berkeley.edu.
  8. Yarris, Lynn (March 1, 2006). Berkeley Scientific Great Owen Chamberlain Has Died Arxivləşdirilib 2022-02-17 at the Wayback Machine. www.lbl.gov (March 1, 2006)
  9. "Notable Signers". Humanism and Its Aspirations. American Humanist Association. October 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 15, 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]